Məhkəmə qərarları › İş №2(079)-574/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-574/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-574/2024 28.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “28” avqust 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, 23 fevral 2024-cü il tarixli, EMS001794 nömrəli müqavilə üzrə 481 (dörd yüz səksən bir) manat əsas, 72.15 (yetmiş iki manat, on beş qəpik) manat cərimə borcu, 17 aprel 2024-cü il tarixli, EMS001943 nömrəli müqavilə üzrə 489 (dörd yüz səksən doqquz) manat əsas, 48.90 (qırx səkkiz manat, doxsan qəpik) manat cərimə olmaqla, ümumilikdə isə 1091.05 (bir min doxsan bir manat, beş qəpik) manat borcun və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, Atatürk prospekti 9/11-də yerləşən “X3" mağazası işlədirəm. Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan Cavabdeh ilə aramızda bağlanmış 23 fevral 2024-ci il tarixli, EMS001794 nömrəli kredit müqaviləsinə əsasən 790 manat dəyərində bir ədəd “Redmi note 13pro” markalı mobil telefonunu kreditə vermişəm. Aramızda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış EMS001794 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 790 (yeddi yüz doxsan) manat, ilkin ödəniş məbləği 80 (səksən) manat, kreditin qalıq məbləği 710 (yeddi yüz on) manat olmaqla 9 (doqquz) ay müddətində aylıq 78.88 (yetmiş səkkiz manat, səksən səkkiz qəpik) manat olmaqla nağd və ya köçürmə yolu ilə mənə qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh ilə aramızda 17 aprel 2024-cü il tarixli, EMS001943 nömrəli kredit müqaviləsiə əsasən 710 manat dəyərində bir ədəd “Redmi note 13pro” markalı mobil telefonunu kreditə vermişəm. Aramızda Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış EMS001943 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 710 (yeddi yüz on) manat, ilkin ödəniş məbləği 0.00 (sıfır) manat, kreditin qalıq məbləği 710 (yeddi yüz on) manat olmaqla 10 (on) ay müddətində aylıq 71 (yetmiş bir) manat olmaqla nağd və ya köçürmə yolu ilə mənə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh EMS001794 nömrəli müqavilə üzrə ilk vaxtlar borcunu ödəyərək mənə ilkin ödəniş daxil olmaqla 790 (yeddi yüz doxsan) manat borcundan 309 (üç yüz doqquz) manat borcunu qaytarmışdır. Lakin cavabdeh borcundan qalmış 481 (dörd yüz səksən bir) manat pulu 2024cü ilin may ayından bu günədək mənə geri qaytarmamışdır. Cavabdeh EMS001943 nömrəli müqavilə üzrə ilk vaxtlar borcunu ödəyərək mənə ilkin ödəniş daxil olmaqla 710 (yeddi yüz on) manat borcundan 221 (iki yüz iyirmi bir) manat borcunu mənə qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 489 (dörd yüz səksən doqquz) manat pulu 2024-cü ilin iyun ayından bu günədək mənə geri qaytarmamışdır. Ona bir neçə dəfə mənə borclu qaldığı pulun qaytarmasını desəm də, o, hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Ona yazılı şəkildə müraciət edərək mənə olan kredit borcunu geri qaytarmasını xahiş etdim, lakin o, yazılı müraciətimə heç bir münasibət bildirməmişdir. Artıq bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Cavabdeh ilə bağladığımız müqavilələrə görə aramızdakı razılığımıza əsasən mənə ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 5 (beş) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən cavabdehin mənə 23 fevral 2024-cü il tarixli, EMS001794 və 17 aprel 2024-cü il EMS001943 nömrəli müqavilələr üzrə 3 (üç), digər müqavilə üzrə 2(iki) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 5 (beş) faiz olmaqla, ödənilməmiş 6 və 7 ay üzrə 481 (dörd yüz səksən bir) manat və digər müqavilə üzrə 489 (dörd yüz səksən doqquz) manat pulun da mənə ödənilməsini istəyirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən mənə verilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim kredit borcundan qalmış 481 (dörd yüz səksən bir) manat və 489 (dörd yüz səksən doqquz) manat, ödənilməmiş dəyər üçün 5 (beş) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 72.15 (yetmiş iki manat, on beş qəpik) manat və digər müqavilə üzrə ödənilməmiş 2 ay 48.90 (qırx səkkiz manat, doxsan qəpik) manat pulun və dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. 15 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

1. Cavabdeh İddiaçı mənə qarşı olan 1000 (min) manat məbləğində pul tələbini qəbul edirəm və 2024-cü ilin noyabr ayının 05-dək 300 (üç yüz) manat, 2024-cü ilin noyabr ayından sonra növbəti hər ayın 05-dən gec olmamaqla ardıcıl 7 ay ərzində hər ay 100 (yüz) manat ödənilməsi öhdəliyini üzərinə götürür;

2. İddiaçı Cavabdeh ona 2024-cü ilin noyabr ayının 05-dək 300 (üç yüz) manat, 2024-cü ilin noyabr ayından sonra növbəti hər ayın 05-dən gec olmamaqla ardıcıl 7 ay ərzində hər ay 100 (yüz) manat ödənilməsi qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Belə ki, MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının niddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2024-cü il tarixli, 18219 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 19 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi:

İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.Cavabdeh İddiaçı mənə qarşı olan 1000 (min) manat məbləğində pul tələbini qəbul edirəm və 2024-cü ilin noyabr ayının 05-dək 300 (üç yüz) manat, 2024-cü ilin noyabr ayından sonra növbəti hər ayın 05-dən gec olmamaqla ardıcıl 7 ay ərzində hər ay 100 (yüz) manat ödənilməsi öhdəliyini üzərinə götürür;

2. İddiaçı Cavabdeh ona 2024-cü ilin noyabr ayının 05-dək 300 (üç yüz) manat, 2024-cü ilin noyabr ayından sonra növbəti hər ayın 05-dən gec olmamaqla ardıcıl 7 ay ərzində hər ay 100 (yüz) manat ödənilməsi qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli, 18219 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar