Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-584/2025 17.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “26” avqust 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh "VAZ-2101" markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobili təmir etmək adı ilə ona ziyan kimi vurduğu 3061 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən Culfa rayon Saltaq kəndində yaşayıram. Uzun illərdir X2 Limanında işləyirəm. İşə mülkiyyətimdə olan "VAZ2101" markalı ** BB *** dövlət nömrə nişanlı avtomaşınla gedib-gəlirdim. 2019-cu ildə avtomaşınımı əsaslı təmir etdirmək istədim. Həmin vaxtı iş yerimdə yoldaşlarımla məsləhətləşdim orada mənə Babək rayon Nehrəm qəsəbəsində yaşayıb işləyən Cavabdeh məsləhət gördülər. Məndə onunla görüşüb danışdım və avtomaşını aparıb onun işlədiyi sexə qoydum. Onda Cavabdeh Nehrəm qəsəbəsində Əşrəf adlı ustanın sexini arendaya götürmüşdü işlədirdi. İlkin olaraq Cavabdeh 100 manat (28 kq karbit) vermişəm. Avtomaşını sürtüb təmizləmək çətin olduğundan məni aldadaraq bütün hissələrin yenisi ilə əvəz olunacağını dedi. Mən də ona istədiyi ehtiyat hissələrini alıb verdim: 3 ədəd krılo - biri əlli manatdan -150 manat 1 ədəd arxa panel - 45 manat 2 ədəd padnoşka - biri 12 manatdan -24 manat 2 ədəd ehtiyat təkər altı və bakın altı – hərəsi altı manat – 12 manat Cəmi: 231 manat. Cavabdehlə danışıb razılaşdıq ki, qaynaq işlərini görüb qurtarıb maşını sürtüb təmizlədikdən sonra ona 300 manat pul verəcəm. Mən əl xərci olaraq Cavabdeh 50 manat, 80 manat və 200 manat, ümumilikdə 330 manat pul vermişəm. Daha sonra 150 manatlıq (ağ zamaska- 3 kq, eboksit politex - 2kq, 1 kq az zamosqa, qrunt (4+1) -2 ədəd, şkulka (pas kağızı) -60 lıq 7 ədəd, 80-lik 5 ədəd, 120-lik 5 ədəd, 180-lıq 5 ədəd, 320-lik 8 ədəd, 360-lıq 10 ədəd, (rastvoritel – 5 1, 10 litr benzin), işlətməsi üçün materiallar aldım. Cavabdeh maşınımın diferini (500 manat), sol qabaq stupiçanı (20 manat), qabaq şüşəni (30 manat), qapıların əlcəkləri (3 ədədi 30 manat) söküb satıb. Yan şüşələr (50 manat), arxa kapotun zamoku - 10 manat, perodokun tyaqaları - 100 manat, 4 təkər, 4 ədəd diskləri - 160 manat, sol qapı, arxa kapot – 50 manat, əl tormuzunun hissələri – 20 manat, içəri şit və pribor -150 manat ( 5 ilin içində yararsız hala salıb qarın yağışın altında saxlamaqla), 5 ildə yola və telefon konturlarına çəkdiyim xərc - 500 manat, əlavə maşının içinə dəmir gətirmişdim ki, qaynaq etsin (dəmir 40 manat, yol pulu 20 manat cəmi 60 manat), qabaq panel -55 manat. 5 il yarımdır maşın ustadadır təmiri hələ başa çatmayıb. Son vaxtlarda çıxıb gedib Bakıya oradan deyirdi ki, deyəcəm ustalara təmir edib verəcəklər maşınını. Lakin hamısı söz olaraq qalır, məni aldadır. Əlavə olaraq 200 manat vermişəm sənədləşmə işlərinə qabaq amortizatorlar - 35 manat. 280 manata 4 təkər alıb 5 ildir evdə istifadəsiz qalıb. Cavabdeh avtomaşınımı təmir etmək adı ilə məni 3061 (üç min altmış bir) manat ziyana salıb. Əlavə olaraq məndən təmir etmək adı ilə aldığı avtomobilimi 5 ildən artıqdır ki, özündə saxlayıb təmir etməyib. Mən bununla bağlı Babək rayon Polis idarəsinə yazılı şəkildə müraciət etdim. Orada işi ətraflı araşdırma aparmayaraq 11 aprel 2025-ci il tarixdə 3-13-43-7/2-i19xx/xx/2025 nömrəli məktubla cavab verilərək müvafiq məhkəməyə müraciət etmək hüququmun olması bildirilmişdir. Ona görə də mən Cavabdeh mənim avtomobilimi təmir etdirmək adı ilə vurduğu ziyan olan 3061 manat pulun alınıb mənə verilməsini istəyirəm. Mülki iş materiallarını nəzərdən keçirən məhkəmə belə nəticəyə gəlir ki, hazırda yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermədiyindən İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş üzrə 26 dekabr 2025-ci il tarixə saat 16:05-ə təyin olunmuş məhkəmə baxışı iclasında şahidlərin bir qismi dindirilmiş, cavabdehin və digər Şahid1 növbəti məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə məhkəmə baxışı iclası təxirə salınaraq 26 yanvar 2026-cı il tarixə saat 11:30-a təyin edilmiş və məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə 26 dekabr 2025-ci il tarixli, 2(079)-584/2025 nömrəli bildirişlə rəsmi qaydada məlumat verilmişdir. Mülki iş üzrə cavabdeh Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Babək Rayon Məhkəməsi tərəfindən göndərilən məhkəmə sənədləri tərəflərin həmin ünvanda yaşamaması səbəbindən məhkəməyə geri qaytarılmış, ona görə də xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədləri tərəflərə çatdırılması üçün Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin xx.xx.2026-cı ildə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim edilməsi aydın olur. “26” yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxışı iclası tərəflərin məhkəmə iclasında iştirak etməməsinə görə təxirə salınaraq, “17” fevral 2026-cı il tarixə saat 0930-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş və bu barədə tərəflərə xx.xx.2026-cı il tarixli, 2(079)-584/2025 nömrəli sifarişli poçt göndərişi (məhkəmə bildirişi) göndərilmişdir. Bundan əlavə məhkəmə iclaslarının vaxtı və yeri barədə yenə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə tərəflərə məhkəməyə təqdim etdiyi mobil telefon nömrələrinə SMS göndərilmiş, buna baxmayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər məhkəmə baxışı iclasında təkrar iştirak etməmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsaslanan məhkəmə tərəflərə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılması üçün əsas olduğundan həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 51 (əlli bir) manat miqdarında dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 51 (əlli bir) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-584/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-584/2025
17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver