Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-621/2024 30.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi-artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “16” sentyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə 14 iyul 2003-cü il tarixdə Babək rayon Qeydiyyat şöbəsində nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Bizim həmin nikahdan iki nəfər övladımız doğulmuşdur. X12: xx.xx.2004-cü il təvəllüdlü və X13 xx.xx.2007-ci il təvəllüdlü. Nəzərinizə çatdırıram ki, aramızda olan nikah Babək rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən hər iki uşaq mənim yanımda saxlanılmışdır. Mən hazırda bir nəfər Sedat adlı türk vətəndaşı ilə ailə qurmuşam və uşaqlar mənimlə birlikdə Türkiyə Respublikasında yaşayır, oğlum Öztürk artıq 20 yaşını tamamlayıb, qızım Özləm isə orada təhsil alır. Mən Hilaldan ayrılandan sonra təqribən 7 il ərzində bir dəfə də olsun nə özü, nə də ki, yaxınları uşaqlarla maraqlanıb hər hansısa bir maddi köməklik göstərmədikləri üçün mən oğlum Öztürk yetkinlik yaşına çatdığı üçün qızım Özləmin saxlanılması üçün Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırdım. Babək rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi ilə 18 noyabr 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün 120 (bir yüz iyirmi) manat məbləğində aliment qət olundu. Artıq həmin vaxtdan iki il ötür. Özüm heç bir yerdə işləmirəm. Bu səbəbdən də maddi imkanım yaxşı deyil. Cavabdehin Özləmə ödədiyi 120 manat miqdarında aliment hazırkı dövrdə onun tələbatını qarşılamağa yetmir. Aldığım ailment bu gün Özləmin təminatını ödəmir və mən bunun öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Hazırda hər bir əşyanın qiymətində davamlı artım müşahidə olunur və bu da bizim ailə büdcəmizə təsir edir. Bu səbəbdən də övladımın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istəyirəm. Alimentin artırılması üçün X4 iştirak olunsada orada məsələ öz müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçının vəkil-nümayəndəsi məhkəmə hazırlıq iclasında verdiyi izahatında tərəflərin 14 iyul 2003-cü ildə Babək Rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurduğunu, birgə nikahdan 2 övladlarının olduğunu, tərəflər arasında olan nikahın 10 iyul 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, hər iki uşağın ananın yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən aliment tutulmasının qət olunduğunu, iddiaçı Türkiyə Respublikası vətəndaşı ilə ilə ailə qurduğunu, uşaqları oraya aparmaq istəyərkən cavabdehin razılığı olmadığından iddiaçının məcburiyyət qarşısında qalaraq iddia tələbinin alimentə dair hissəsindən imtina etdiyini, cavabdehin isə bunun qarşılığında notarial qaydada razılıq ərizəsi verdiyini, 7 il nə cavabdeh, nə də onun yaxınları tərəfindən aliment ödənilmədiyini, tərəflərin birgə nikahından olan X7 hazırda 20 yaşı olduğunu, X8 isə iddiaçı ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, Babək Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə onun saxlanılması üçün 120 manat alimentin qət edidiyini, cavabdehin ödədiyi alimentin Özləmin təhsil xərclərini və digər ehtiyaclarını qarşılamadığını, əvvəllər iddiaçının özünün də işlədiyini, bu səbəbdən də uşaqların saxlanılması üçün 7 il ərzində cavabdehdən aliment tələb etmədiyini, halbuki uşaqların saxlanılmasının hər iki valideynin borcu olduğunu, iddiaçının hazırda işləmədiyini, övladları Özləmin isə artıq böyüdüyünü və orta təhsil aldığını, onun təhsil xərclərinin çoxaldığını, cavabdehin rəsmi olaraq işləməsə də qeyri-rəsmi olaraq ev təmiri ilə bağlı usta işləməsi barədə məlumatı olduğunu, Özləmin hazırda 17 yaşı olmaqla orta məktəbdə təhsil aldığını, lakin onun hansı məktəbdə təhsil aldığını bilmədiyini qeyd etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında Özləm Türkiyə Respublikasında olarkən ona pul göndərdiyini, bununla bağlı qəbzlərin də olduğunu, 2022-ci ildə Özləmin saxlanılması üçün alimentin artırıldığını, qızı ilə əlaqə saxladığı zaman Özləmin işlədiyini bildirdiyini, son 1 ildir ki, işləyə bilmədiyini, bağırsaqlarına su yığışdığını və həmçinin babasil xəstəliyindən əziyyət çəkdiyini, hazırda da işləmədiyini, iddiaçının nikah pozulduqdan sonra yenidən ailə qurduğunu, həmin nikahdan 1 oğlan və 1 qız övladının dünyaya gəldiyini, oğlunun vəfat etdiyini, qızı Ömür Əliyevanın 1 ay əvvəl dünyaya gəldiyini, Babək rayonu, Didivar kəndində qardaşının evində yaşadığını, mülkiyyətində nəqliyyat vasitəsi və ya şəxsi təsərrüfatının omadığını, 2022-ci ildə aliment təyin olunarkən usta işlədiyini, hazırda isə işləmədiyini və iddia tələbini qəbul etmədiyini bildirmişdir. İddiaçının vəkil-nümayəndəsi məhkəmə baxışı iclasında verdiyi izahatında əvvəllər tərəflərin birgə nikahından olan Öztürk Əliyevin işlədiyini və anasına az da olsa maddi dəstək olduğunu, lakin onun hazırda hərbi xidmət üçün Naxşıvana çağırıldığını, bu səbəbdən də iddiaçının maddi imkanının aşağı olduğunu, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatında heç bir yerdə işləmədiyini və gəlirinin olmadığını qeyd etməsinə, həmçinin rəsmi iş yeri olmamasına baxmayaraq onun çox yerlərdə təmir-tikinti işləri üzrə işlədiyini və yüksək miqdarda əmək haqqı aldığını, bunu cavabdehi tanıyan dost-tanışdan öyrəndiyini, lakin onun rəsmi iş yerinin olmadığından məhkəməyə sübut təqdim edə bilmədiyini, iddiaçının qarşı tərəfdən 7 il aliment almadığını, buna səbəb Səmanın Türkiyə Respublikası vətəndaşı ilə ailə qurması, oraya gedərkən qarşı tərəfin uşaqları ölkə xaricinə çıxarması üçün razılıq verməməsi olduğunu, iddiaçının bunun müqabilində alimentdən imtina etdiyini, 2022-ci ildə birgə nikahlarından olan Öztürk Əliyevin yetkinlik yaşına çatdığını, həmin vaxt Özləmin saxlanılması üçün qarşı tərəfdən aliment tələb etdiyini, iddiaçının birgə nikahlarından olan Öztürk Əliyevin saxlanılması üçün indiyədək aliment ödəmədiyini, yekunda isə Səmanın əvvəllər işlədiyini, buna görə qarşı tərəfdən aliment tələb etmədiyini, lakin son bir neçə ildir ki işləmədiyini, iddiaçının Türkiyə Respublikası, İstanbul şəhərində yaşadığını, hər bir əşyanın qiymətində davamlı artım olduğunu, iddiaçının tək qadın olaraq uşağın saxlanılmasında çətinlik çəkdiyini, bu səbəbdən də X1 üçün cavabdehdən 235 manat alimtin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini qeyd etmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından X12 və X13 adlı ümumi uşaqlarının dünyaya gəlməsi, iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması və bunun qeydiyyata alınması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahından olan uşağın iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “10” iyul 2015-ci il tarixli, 2(079)-48/2015 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan tərəflər arasında 14 iyul 2003-cü ildə nikahın bağlanması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, tərəflərin nikahının pozulması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən, onların birgə nikahından olan X7 dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən və Babək Rayon Nəzərabad kənd İƏDÜ nümayəndəliyi tərəfindən 22 fevral 2008-ci ildə verilmiş AZ-İİ seriyalı 164094 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq ounmuş surətindən onların birgə nikahından 18 noyabr 2007-ci ildə X8 dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 174992 nömrəli, 02 noyabr 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflər arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması; - iddia ərizəsinə əlavə edilmiş “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnamənin təsdiq olunmuş surətindən və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin X11 ilə nikaha daxil olması və həmin nikahdan 03 fevral 2020-ci il təvəllüdlü X14 adlı uşağın dünyaya gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən X2 üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsidir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları, işə baxılması zamanı məhkəmə tərəfindən tədqiq edilmiş sübutları qanunvericiliyin tələbləri daxilində və onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının tələbi əsasında məhkəmə onların birgə nikahından olan uşağın saxlanılması üçün aliment sabit pul məbləğində müəyyən edilmişdir. Hazırki mübahisə üzrə isə iddiaçının artırılmasını istədiyi məhz Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində olan aliment miqdarıdır. Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə müəyyən edilir. Belə ki, həmin maddəyə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəllənin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları qeyd edilib. 112.1-ci maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddi hüquq normasının tələbindən də aydın olur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin üzərinə yəni, iddiaçının üzərinə düşür. İddiaçının nümayəndəsi aliment miqdarının artırılması ilə bağlı əsasların mövcudluğunu iddiaçının uşaqların saxlanılması üçün 7 il ərzində cavabdehdən aliment tələb etməməsi, həmin dövrdə uşaqlara təkbaşına baxması, əvvəllər iddiaçının işləyib gəlir əldə etməsinə baxmayaraq hazırda işləməməsi, cavabdehin rəsmi iş yeri mövcud olmasa da onun işləyib yaxşı qazanc əldə etməsi və aliment tələb edilən xx.xx.2007-ci il təvəllüdlü uşağın hazırda yaşadığı yer nəzərə alınmaqla artan tələbatları ilə əsaslandırmışdır. Buna baxmayaraq iddiaçının əvvəllər işləsə də hazırda işləməməsi, cavabdehin əvvəlkinə münasibətdə gəlirlərinin artması faktı sübuta yetirilməmiş, ümumiyyətlə aliment miqdarı artırıldıqdan sonra keçən 2 il müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində aliment miqdarının artırılması üçün əsas təşkil edən halların mövcudluğuna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-ci il tarixli qərarında hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halların mövcudluğunu məhkəməyə təqdim etdiyi yazılı sübutlarla əsaslandırmağa çalışmışdır. Belə ki, - AZ-İV seriyalı, 053326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən atası Cavabdeh olan X10 xx.xx.2024-cü il tarixdə dünyaya gəlməsi; - Babək Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 046054 saylı tibbi xidmətə göndəriş vərəqəsindən Cavabdeh planlaşdırılmış müayinə cərrahi müayinə olmaqla xroniki qanama diaqnozu ilə Naxçıvan MR Xəstəxanasına göndərilməsi: - AR ƏƏSMN X3 Sisteminin Məşğulluq haqqında arayışından Cavabdeh xx.xx.2024-cü il tarixə işsiz olması müəyyən olunur. Həmçinin "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı və Cavabdeh adına hər hansı əmlak və ya gəlirin olmaması müəyyən edilir. Digər diqqətəlayiq halların mövcudluğunun yoxlanılmasına gəldikdə isə iddiaçının nümayəndəsinin tələbini həmçinin uşağın böyüməsi, bununla bağlı onun tələbatlarının da artması, aliment məbləğinin uşağın saxlanılmasına yetməməsi ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbinin hüquqi həlli ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X17 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinin tələblərinə əsaslanır. Belə ki, maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Cavabdeh birgə nikahlarından olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə X2 üçün aliment təyin edildiyi vaxtdan iki il keçməsini, bu müddət ərzində hər bir əşyanın qiymətində artım müşahidə edilməsini, həmçinin 2022-ci illə müqayisədə bu il üçün müəyyən edilmiş yaşayış ehtiyacını, xeyrinə aliment ödənilən uşağın yaşı nəzərə alınmaqla xərclərini diqqətəlayiq başqa maraqlar kimi qəbul edərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi qismən əsaslı sayılmalıdır. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, onun miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun yaşına uyğun olaraq təhsili ilə bağlı xərcləri, həmçinin cavabdehin evli olmaqla himayəsində aliment ödənilən uşaqdan azyaşlı uşağın olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay 140 (bir yüz qırz) manat məbləğində aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (20x12= 240, müvafiq olaraq 30 manat dövlət rüsumu). Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; -qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 18 noyabr 2007-cü il il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulmaqla uşağın anası İddiaçı ödənilməli; -iş üzrə Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli; -iddia digər hissədə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin “30” avqust 2022-ci il tarixli, 2(079)-383/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, tərəflərin birgə nikahından olan 18 noyabr 2007-cü il il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-621/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-621/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver