Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-629/2025 09.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Davud oğlunun X4 qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Davud oğlu 17 sentyabr 2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan cavabdeh X2 avtomobilinə vurduğu ziyana görə 3695 (üç min altı yüz doxsan beş) manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 58 (əlli səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3753 (üç min yeddi yüz əlli üç) manat məbləğində pulun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 10 may 2025-ci il tarixdə təqribən saat 07:40 radələrində özümə məxsus “Vaz 2107” markalı **-BD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsilə Babək qəsəbəsində yerləşən torpaq sahəsində işləmək üçün gedirdim. Məhəllədən əsas yola çıxarkən uzaqdan "Vaz 2106" marakalı nəqliyyat vasitəsinin gəldiyini gördüm və əsas yola çıxaraq yoluma bir müddət davam etdikdən sonra həmin "Vaz 2106" marakalı nəqliyyat vasitəsi mənim avtomobilimi arxadan vurdu. Bu zaman idarə etdiyim avtomobil yoldan çıxaraq divara dəydi. Həmin vaxt mənim avtomobilimdə olan sərnişinlər Seyidova Rübabə, Baxşəliyeva Firanə, X7 Özləm xəsarət almışlar. DYP əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görmüşlər. Eyni zamanda təyin olunmuş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə həm mənim, həm də "Vaz 2106" marakalı **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü X3 hərəkətlərində "Yol hərəkəti haqqında" AR Qanununun tələblərinin pozulması müəyyən edilmişdir. Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində başlanmış araşdırmada cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, bizim hər ikimizin barəsində müvafiq inzibati tədbir görülməsi üçün qərar Babək Rayon Polis İdarəsinin DYPB-nə göndərilmişdir. Barəmdə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən mənə təyin olunmuş cəriməni ödəmişəm. Naxçıvan MR Yol Patrul Xidməti inspektorunun xx.xx.2025-ci il tarixli, TP7275409 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən isə X5 da Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsinin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin bildirmək istəyirəm ki, avtomobil təmiri ilə məşğul olan usta X6 tərəfindən müayinə edilərkən avtomobilimin təmiri üçün 3695 manat xərc tələb olunduğunu bildirilmiş və bu barədə müvafiq Qaimə-faktura tərtib etmişdir. Qeyd edim ki, X3 avtomobilinə vurulmuş ziyan sığorta şirkəti tərəfindən ödənilsədə, "Vaz 2106" marakalı **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobilin məcburi tibbi sığortası olmadığından, mən isə heç bir sığorta ödənişi ala bilməmişəm. Həmçinin qeyd edim ki, X5 avtomobilin təmiri üçün mənə ödəməli olduğu 3695 manat puldan mənə bir manat da ödəməyəcəyini bildirdiyindən, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Mülki işin 19 noyabr 2025-ci il tarixə təyin olunmuş hazırlıq iclasında İddiaçı Davud oğlu ərizə ilə müraciət edərək Cavabdeh qarşı pul tələbi ilə bağlı iddia qaldırdığını və ümumilikdə 3695 manat (üç min altı yüz doxsan beş) manat pulun Cavabdeh alınaraq ona verilməsini tələb etdiyini, iddia tələbinin həcminin azaldılaraq Cavabdeh ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi kimi baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(079)-629/2025 qərardadı ilə mülki işə X2 1800 (bir min səkkiz yüz) manat pulun İddiaçı Davud oğlunun xeyrinə tutulması həddində baxılması və eyni tarixli qərardadla İddiaçı Davud oğlu tərəfindən "xxxx" MMC vasitəsilə ********** nömrəli, xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzlə ödənilmiş 19.6 (on doqquz manat, altmış qəpik) manat tələb edilən miqdardan artıq dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı Davud oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək X4 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırdığını, məhkəmədən kənar cavabdehlə aralarındakı mübahisə ilə bağlı razılığa gəldiklərini və bununla bağlı barışıq sazişini məhkəməyə təqdim etdiklərini, bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və barışıq sazişinin qeyd edilən şərtlərlə təmin olunması barədə məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflər imzaladığı xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə aşağıdakı öhdəlikləri götürmüşlər: - cavabdeh X5 İddiaçı Davud oğlunun ona qarşı 1800 (bir min səkkiz yüz) manat pul tələbindən 875 (səkkiz yüz yetmiş beş) manatını qəbul etdiyini, 375 (üç yüz yetmiş beş) manatı 10 yanvar 2026-cı il tarixdə, 250 (iki yüz əlli) manatı 10 fevral 2026-cı il tarixdə və qalan 250 (iki yüz əlli) manatı isə 10 mart 2026-cı il tarixdə ödəməyi öhdəsinə götürmüş. - İddiaçı Davud oğlu cavabdeh X5 tərəfindən 875 (səkkiz yüz yetmiş beş) manat pul məbləğindən 375 (üç yüz yetmiş beş) manatı 10 yanvar 2026-cı il tarixdə, 250 (iki yüz əlli) manatı 10 fevral 2026-cı il tarixdə və qalan 250 (iki yüz əlli) manatı isə 10 mart 2026-cı il tarixdə ödənilməsini qəbul etdiyini, pul məbləği tam şəkildə ödənildikdən sonra X4 qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" MMC vasitəsilə ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 09 dekabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Davud oğlunun X4 qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 09 dekabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər aşağıdakı öhdəlikləri öhdəsinə götürür: - cavabdeh X5 İddiaçı Davud oğlunun ona qarşı 1800 (bir min səkkiz yüz) manat pul tələbindən 875 (səkkiz yüz yetmiş beş) manatını qəbul etdiyini, 375 (üç yüz yetmiş beş) manatı 10 yanvar 2026-cı il tarixdə, 250 (iki yüz əlli) manatı 10 fevral 2026-cı il tarixdə və qalan 250 (iki yüz əlli) manatı isə 10 mart 2026-cı il tarixdə ödəməyi öhdəsinə götürür; - İddiaçı Davud oğlu cavabdeh X5 tərəfindən 875 (səkkiz yüz yetmiş beş) manat pul məbləğindən 375 (üç yüz yetmiş beş) manatın 10 yanvar 2026-cı il tarixdə, 250 (iki yüz əlli) manatın 10 fevral 2026-cı il tarixdə və qalan 250 (iki yüz əlli) manatın isə 10 mart 2026-cı il tarixdə ödənilməsini qəbul edir, pul məbləği tam şəkildə ödənildikdən sonra X4 qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İddiaçı Davud oğlunun X4 qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı Davud oğlunun "xxxx" MMC vasitəsilə ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-629/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-629/2025
09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver