Məhkəmə qərarları › İş №2(079)-67/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-67/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-67/2024 11.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “18” dekabr 2023-cü ildə vəkili-nümayəndəsi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10776 (on min yeddi yüz yetmiş altı) manat borc məbləğinin, ödəmiş olduğu 520 (beş yüz iyirmi) manat vəkil xərcinin və 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. O, tələbi əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı 2023-cü ilin mart ayında əvvəllər tanıdığı X3 ona zəng edərək bildirmişdir ki, Naxçıvanda Əfqan adlı iş adamı var və ona Türkiyədən kartof gətirilməsini istəyir. İddiaçı Nəcəfə bildirmişdir ki, gətirəcəyim malın pulun verərsə gətirərəm. Nəcəf isə iddiaçıya demişdi ki, telefon nömrəni Əfqana verəcəyəm, zəng vuracaq özünüz danışın. Bundan sonra Əfqan iddiaçıya zəng vurmuş və ona bir tır kartof vurub gətirməsini istəmiş və malın pulunu mal (kartof) ona gəlib çatan kimi dərhal verəcəyini bildirmişdir. İddiaçı Əfqanın səmimiliyinə inanaraq onun istəyinə uyğun olaraq 25930 kiloqram kartofu Türkiyə Respublikasından tıra yükləyərək Sədərək gömrük keçid məntəqəsinə gətirmişdir. O, bir tır (25930 kiloqram) kartofu Əfqana təhvil verdikdən sonra cavabdeh ona bildirmişdir ki, hazırda pulum yoxdur, satan kimi pulu verəcəyəm. Belə olanda iddiaçı dərhal Əfqanı ona tanış edən Nəcəfi çağırmışdır. İddiaçı, Nəcəf və Əfqan bir yerdə söhbət etmişlər. Söhbət zamanı Əfqan iddiaçıya bildirmişdir ki, narahat olmasın, 10 gün ona möhlət versin, həmin müddətdə onun gətirdiyi kartofun pulu olan 15776 manat pulu verəcək. Həmin vaxt Əfqan ona demişdi ki, Bakı şəhərinə 17000 manatlıq mal (kartof) göndərmişdir, pulu qısa zamanda veriləcək və dərhal ona gətirdiyi kartofun pulunu verəcək. İddiaçı Əfqanın səmimiyyətinə və dediklərinə inanaraq ona Türkiyə Respublikasından gətirərək Əfqana verdiyi 25930 kiloqram kartofun pulunu ona vermək üçün Əfqana 10 günlük müddət vermişdir. Bu müddət keçdikdən sonra cavabdeh ona gələn malın pulunu verməmişdi. İddiaçı cavabdehə dəfələrlə ona olan pul borcunu ödəməsini tələb etsə də, cavabdeh ona pulunu verməkdən yayınmışdır. İddiaçı bu barədə cavabdehin işlədiyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə və Türkiyə Respublikasının Naxçıvan MR Baş Konsulluğuna müraciət etdikdən sonra bir dəfə 1000 manat, bir dəfə 1500 manat, bir dəfə 700 manat, bir dəfə 1000 manat və bir dəfə 800 manat olmaqla, ümumilikdə 5000 manat pulu ona geri qaytarıb vermişdir. Cavabdeh iddiaçıya borclu olduğu 15776 manat puldan 5000 manatını verdikdən sonra borclu qaldığı 10776 (on min yeddi yüz yetmiş altı) manat pulu yenidən ona qaytarıb verməkdən boyun qaçırtmağa başlamışdır. Hazırda cavabdeh iddiaçıya həmin məbləğdə pul borcludur. İddiaçı dəfələrlə Əfqanın ona borclu qaldığı borcunu geri qaytarmasını tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfə müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin iddiaçı bu mülki mübahisə ilə bağlı 520 (beş yüz iyirmi) manat ödəniş edərək vəkil tutaraq, vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istəyir. İddiaçı hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 10776 (on min yeddi yüz yetmiş altı) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 520 (beş yüz iyirmi) manat və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun cavabdehdən alınmaqla, ümumilikdə 11420 (on bir min dörd yüz iyirmi) manat pulun ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə 20 fevral 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh 10000 (on min) manat pul tələb etdiyini bildirmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsaslanmaqla məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin iddia tələbinin həcminin azaldılması barədə müraciətini əsaslı saymış və mülki işə tələb edilən həcmdə baxmışdı. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İddiaçı vəkili-nümayəndəsi məhkəmədə verdiyi izahatında iddia ərizəsində bütün xüsusatları qeyd etdiyini və əlavə sözünün olmadığını bildirərək, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında iddia tələbini qəbul etdiyini, Şərur rayonu, Cəlilkənd kənd sakini Nəcəf adlı şəxslə dost olduğunu, onun vasitəsi ilə iddiaçını tanıdığını, İddiaçı ona əvvəlcə bir maşın kartof göndərdiyini, malın çəkisinin 25 ton 40 kiloqram olduğunu, onun bir kiloqramın çəkisini isə 80 qəpikdən aldığını, malın buradan gəlib Bakı şəhərinə getdiyini, kartofun Bakı şəhərinə gedənədək 14 tonunun donduğunu, iddiaçı tərəfin sürücü ilə 2500 manata danışmalarına baxmayaraq, sürücünün ondan 3000 manat tələb etdiyini və özünü də həm məbləği verdiyini, bundan başqa gömrükdə aparılan əməliyyatlarla bağlı əlavə 1100 manat ödədiyini, özünün iddiaçıya malda donma olduğunu dediyini, onun isə cavabında “sən malı sat, sənə köməklik edəcəyik” dediyini, həmin malda 12700 manat zərər etdiyini, daha sonra iddiaçıdan bir maşın da kartof aldığını, həmin malın isə çəkisinin 25 ton olduğunu, sonuncu malın dəyərindən 5700 manat ödədiyini, son dəfə isə 700 manatı 08 dekabr 2023-cü ildə Əsəd, Nazim və Pərviz adlı şəxsin yanında iddiaçının şəriyi olan Nihal adlı şəsxə verdiyini, Nihalın isə həmin pulu İddiaçı vermədiyi üçün sonuncunun iddia qaldırdığını, halbuki aralarında olan razılığa görə özünün hər ay iddiaçıya 500 manat pul verdiyini, bu iddianı qaldırmağa ehtiyac olmadığını, hazırda İddiaçı 10000 manat borcu qaldığını, bunu da qəbul etdiyini bildirmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətlərinin yaranması, İddiaçı satması üçün Cavabdeh kartof göndərməsi mülki işin mübahisəsiz hallarıdır. Qeyd edilənlərin işin mübahisəsiz halları olması iddia tələbi və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarla müəyyən edilir. İddiaçının tələbi isə özünün cavabdehə nisyə satdığı kartofun dəyəri olan 10000 (on min) manat məbləğində pulun ondan alınmasıdır. İddiaçının tələbini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması ilə bağlı istinad etdiyi əsas sübut isə cavabdehin tələbi etiraf etməsidir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İşdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında kartofun nisyə satılmasına dair razılıq əldə edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona qarşı olan tələbini təkzib etməmiş, ona 10000 (on min) manat borcu olduğunu etiraf etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdi. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair cavabdehin iddianı etiraf etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər; - 52.2-ci maddəsi ilə müəyyən edilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 52.5-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 106.3-cü maddəsində qeyd edilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edilən prosessual normaları iş materialları ilə qarşılıqlı şəkildə müzakirə edib, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 10000 (on min) manat məbləğində borcun cavabdeh tərəfindən etiraf edilməsinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən də, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı tərəfin qarşı tərəfdən tələb etdiyi məhkəmə xərclərinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan məhkəmə sözü gedən prosessual normanın tələbindən çıxış edərək belə nəticəyə gəlir ki, 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər məhkəmə xərci olaraq vəkilə ödədiyi 520 (beş yüz iyirmi) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəmə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115-ci maddəsini ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir (115.0, 115.0.6 və 115.0.9cu maddələr). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş 19111 və 1693 nömrəli, 08 dekabr 2023-cü il tarixli qəbzlərdən, hüquqi yardım üzrə xidmət müqaviləsinin təsdiq edilmiş surətindən və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş ******* nömrəli, 08 dekabr 2023-cü il tarixli orderdən İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Nümayəndə arasında həmin tarixdə 04/718 nömrəli müqavilə bağlanması və vəkil xərci və marka pulu olaraq 520 (beş yüz iyirmi) manat miqdarında pul ödənilməsi aydın olur. İddiaçı ilə vəkil arasında bağlanmış müqavilə xərcinin elə də yüksək olmamasını, işə məhkəmədə baxılması zamanı isə cavabdehin iddianı etiraf etməsini və yuxarıda qeyd edilən prosessual normaları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq vəkilə çəkilmiş xərc 520 (beş yüz iyirmi) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu və Nümayəndə göstərdiyi yardıma görə iddiaçının ona çəkdiyi 520 (beş yüz iyirmi) manat məbləğində xərc Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 120 (bir yüz iyirmi) manat miqdarında dövlət rüsumu və Nümayəndə göstərdiyi yardıma görə iddiaçının ona çəkdiyi 520 (beş yüz iyirmi) manat məbləğində xərc Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar