Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-74/2022 10.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Teymur Əli oğlunun Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı oğlu “10” yanvar 2022-ci ildə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edilək onunla arasında bağlanmış 04 fevral 2017-ci il tarixli müqavilə üzrə 8000 (səkkiz min) manat pulun və əlavə olaraq ondan aldığı 500 (beş yüz) manat miqdarında pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının tələbindən görünür ki, o, Cavabdeh 04 fevral 2017-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında ona verdiyi 8000 (səkkiz min) manat məbləğində pulun və əlavə olaraq cavabdehə verdiyini iddia etdiyi 500 (beş yüz) manat miqdarında borcun geri qaytarılmasını istəyir. İddia ərizəsinə əlavə olunmuş müqavilədən məlum olur ki, 04 fevral 2017-ci il tarixdə Bakı şəhəri, 37 saylı Notariat Kontorunda İddiaçı oğlu ilə Cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. İddiaçı isə tələbində məhz bu müqaviləyə əsaslanmaqla Cavabdeh verdiyi 8000 (səkkiz min) manat məbləğində pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oğlunun iddia tələbinin 8000 (səkkiz min) manat pulun geri qaytarılmasına dair hissəsi ilə bağlı məhkəmə bildirir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. İş üzrə tərəflər isə qanunvericiliyin onlara verdiyi bu imkandan istifadə edərək Bakı şəhəri, 37 saylı Notariat Kontorunda yuxarıda qeyd edilən müqaviləni bağlamışlar. Eyni zamanda həmin Qanunun 76-cı maddəsi ilə müəyyən olunur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-ci bəndindən aydın olur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi verilir. İddiaçı oğlunun tələbindən isə aydın olur ki, onun cavabdehə qarşı olan tələbinin 8000 (səkkiz min) manat pulun alınmasına dair hissəsi məhz yuxarıda qeyd edilən müqavilədən yaranan pul tələbidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğlunun Cavabdeh qarşı tələbinin 8000 (səkkiz min) manat pulun geri qaytarılmasına dair hissəsi iddia ərizəsi Babək Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinin məzmundan məlum olur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsi ilə isə müəyyən olunur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin bu tələbini nəzərə alan məhkəmə iddiaçıya izah edir ki, Cavabdeh qarşı yuxarıda qeyd olunan müqavilənin icrası ilə bağlı icra qeyd verilməsi üçün o, borclunun olduğu yer üzrə notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsi ilə müəyyən olunur ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə iddiaçıya izah edir ki, həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulsa da, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı dövlət rüsumu ödəməkdən azad olması müəyyən edilir. Bu səbəbdən də qeyd edilən məsələnin hüquqi həllinə ehtiyac yaranmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3, 153.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi 8000 (səkkiz min) manat pulun geri qaytarılmasına dair hissədə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi həmin hissəyə münasibətə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-74/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-74/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver