Məhkəmə qərarları › İş №2(079)-76/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-76/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-76/2024 22.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 25 dekabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Nehrəm qəsəbəsində telefon dükanım var idi və mən həmin telefon dükanında təzə telefonlar satırdım. Babək rayonu, Şəkərabad kənd sakini Cavabdeh mənim oğlum X2 hərbi xidmətdən tanıyırdı. 18 may 2022-ci il tarixdə Cavabdeh kəndə, yəni telefon dükanına gələrək oğlum X2 tanıdığını bildirdi. Cavabdeh məndən kreditlə 11 ədəd müxtəlif markalı 9400 (doqquz min dörd yüz) manat dəyərində mobil telefon götürüb və həmin telefonaları cavabdeh tərəfindən ilkin 500 (beş yüz) manat ödəməklə, növbəti aylarda isə həmin telefonları satıb hər ay mənə 500 (beş yüz) manat pul ödəyəcəyi şərti ilə razılaşdıq. Lakin Cavabdeh növbəti aylarda razılaşdığımız 500 (beş yüz) manat pulu ödəməkdən boyun qaçırdı. Bununla bağlı mən aidiyyəti orqanlara şikayət etdim. 07 mart 2023-cü il tarixdə Cavabdeh mənim şikayətim əsasında razılaşmaya imza edərək mənə borclu olduğu qalıq 8900 (səkkiz min doqquz yüz) manat pulu 25 aprel 2023-cü il tarixdən başlayaraq hər ay 500 manat ödəyəcəyini bildirmişdi. Lakin Cavabdeh bu günədək həmin pulu ödəməkdən boyun qaçırır. Mən 06 dekabr və 18 dekabr 2023-cü il tarixlərdə Cavabdeh ünvanında pretenziya ərizəsi göndərmişəm və onun tərəfindən ərizəmə cavab verilməyib. Mən də məcbur qalaraq məhkəməyə müraciət etməli oluram. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 25 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı ona qarşı olan 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul tələbini qəbul edir və 2024-cü ilin aprel ayının 01-dən başlayaraq ona hər ay 250 (iki yüz əlli) manat ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona 2024-cü ilin aprel ayının 01-dən başlayaraq hər ay 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 8900 (səkkiz min doqquz yüz) manat pul ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər;http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 25 yanvar 2024-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən və barışıq sazişindən iddiaçının tələbinin təmin edilməsi müəyyən edildiyindən iddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş 109 (bir yüz doqquz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 25 yanvar 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh İddiaçı ona qarşı olan 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pul tələbini qəbul edir və 2024-cü ilin aprel ayının 01-dən başlayaraq ona hər ay 250 (iki yüz əlli) manat ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Cavabdeh ona 2024-cü ilin aprel ayının 01-dən başlayaraq hər ay 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 8900 (səkkiz min doqquz yüz) manat pul ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Cavabdeh 109 (bir yüz doqquz) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar