Məhkəmə qərarları › İş №2(079)-78/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-78/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-78/2021 21.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı ASC xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat məbləğində əsas borcun, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat məbləğində faiz borcunun, 31.58 (otuz bir manat, 58 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə, 24 ay müddətinə 1000 manat kredit götürmüşdür, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-dək Cavabdeh banka xx xxxxx 2019-cucu il tarixli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat əsas borc, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat faiz borcu, 31.58 (otuz bir manat, 58 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək təşkilatı-hüquqi formasını dəyişərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi müəyyən olunur. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli, 15-Y-1-0-390-19 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanıbdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə bu müqavilənin predmeti Bank tərəfindən buraxılmış kredit kartının (bundan sonra “Kart”) Müştəriyə verilməsi, kart vasitəsi ilə kredit xəttinin açılması, Müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vasitəsinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesab köçürülməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi və qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi barədə öhdəlikdir. Həmin müqavilənin 2.1-ci bəndinə görə Bank Müştəriyə 24 (iyirmi dörd) ay müddətinə kartı buraxır. Həmin müqavilənin 3.1.və 3.3-cü bəndlərinə görə Bank Müştəriyə 1000 AZN (bir min manat) məbləğində kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən olunur və kreditin istifadəsinə görə Müştəri Banka illik 25 (iyirmi beş) % ödəyir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh həmin tarixə Banka 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat əsas borc, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat faiz borcu, 31.58 (otuz bir manat, 58 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, Babək rayonu, Cəhri kəndində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli, 15-Y-1-0-390-19 kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh kredit xətti açılmış və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər Cavabdeh tərəfindən edilməmiş, o, yaranmış pul borcunu qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun İddiaçı ASC qarşısında 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat əsas borc, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat faiz borcu, 31.58 (otuz bir manat, 58 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat məbləğində borcu yaranmışdır. İddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat İddiaçı ASC öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh istifadə etdiyi kredit üzrə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə və komisyon haqlarının iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək Cavabdeh 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat əsas borc, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat faiz borcu, 31.58 (otuz bir manat, 58 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 803.26 (səkkiz yüz üç manat, 26 qəpik) manat əsas borc, 111.57 (bir yüz on bir manat, 57 qəpik) manat faiz borcu, 31.58 (otuz bir manat, 58 qəpik) manat cərimə borcu olmaqla, cəmi 946.41 (doqquz yüz qırx altı manat, 41) manat məbləğində pul tutularaq iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar