Məhkəmə qərarları › İş №2(079)-98/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-98/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-98/2025 05.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 18 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 175000 (bir yüz yetmiş beş min) manat pulun, 04 sentyabr 2024-cü il tarixli, EM-06/63VK-6400/24 nömrəli elektron müqavilə əsasında ödədiyi 120 (bir yüz iyirmi) manat və 10 dekabr 2024-cü il tarixli, EM- 06/63VK13685/2024 nömrəli elektron vəkil müqaviləsi əsasında ödədiyi 380 (üç yüz səksən) manat və dövlət rüsumu olaraq ödədiyi 465.50 (dörd yüz altmış beş manat, əlli qəpik) manatın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, “Cahan” ticarət mərkəzində 38 nömrəli qızıl məmulatları mağazasını işlətməklə qızıl-zinət əşyalarının satışı ilə məşğul oluram. 2020-ci ildə “44 günlük” Vətən müharibəsindən sonra cavabdeh, həmin vaxtı hərbçi olan Cavabdeh1 mənim işlətdiyim mağazaya gəlib mənimlə tanış oldu və məndən qızıl istədi. Mən də ondan soruşdum ki, nə üçün qızıl istəyirsən, o da cavab verdi ki, oğlum Türkiyədə təhsil alır, oradan gələcək toyunu edəcəyəm, hazırlıq görürəm. Mən də onunla razılaşıb ona nisyə olaraq qızıl verdim. Həmin gündən bir müddət sonra Cavabdeh1 bir nəfər hərbiçi ilə yanıma gəlib onu mənimlə tanış etdi və adının Cavabdeh2 olduğunu bildirdi. Onun da qızıl götürmək istədiyini bildirdi. Onlar həmin günü məndən nisyə olaraq qızıl əşyalar götürdülər. Götürdükləri qızılların pulunu ödəyə bilmədiklərindən məni əmin edirdilər ki, Naxçıvan şəhərində fəaliyyət göstərən bankların birindən kredit götürüb mənə olan borclarını ödəyəcəklər. Lakin müraciət etdikləri banklarla razılığa gələ bilmədiklərindən kreditə pul götürə bilmədilər. Sonra Cavabdeh2 bildirdi ki, mənim Bakı şəhərində “Access” Bankda tanışım var, oradan kredit götürərik. Bir müddət sonra Cavabdeh2 Bakı şəhərinə getdi. Cavabdeh1 da o vaxtları Bakıda idi, 2 il onlar məndən yenə pullar götürdülər, deyirdilər ki, bu pulları yüksək məbləğdə kredit almaq üçün səndən alırıq. Mən də onların verdikləri hesablara pul göndərirdim. Beləliklə ümumilikdə 2022-ci ilin iyun ayına kimi onların mənə 175000 (bir yüz yetmiş beş min) manat borcları yarandı. Mən məcbur qalıb Bakı şəhərinə getdim. Onlarla görüşdüm, pulumu istədim, dedim deyin görüm sizin hər biriniz mənə neçə manat borcunuz var. Onlar da 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Şahid2 və Şahid1 iştirakları ilə müqavilə imzalayıb mənə 175000 (bir yüz yetmiş beş min) manat borclarının olduğunu və həmin borcu bir il ərzində 16 noyabr 2023-cü il tarixə qədər ödəyəcəklərini bildirdilər. Lakin onlar sözlərinə əməl etməyərək mənə olan 175000 (bir yüz yetmiş beş min) manat borclarından bir manat belə olsun ödəməyiblər. Mən də bir sahibkar kimi çox çətin maddi vəziyyətə düşmüşəm, satmaq üçün götürdüyüm qızıl əşyalarının pulunu ödəyə bilmirəm. Mən cavabdehlərə 24 oktyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərərək borclarını ödəmələrini, ödəməsələr, məhkəməyə müraciət edəcəyimi, bununla əlaqədar çəkəcəyim xərcləri onlardan tələb edəcəyimi bildirsəm də, heç bir cavab almamışam. Buna görə də hüquqi yardım üçün bağladığım müqavilələrə görə ödədiyim 500 (beş yüz) manatın cavabdehlərdən müştərək qaydada alınıb mənə ödənilməsini istəyirəm. İddiaçı 27 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 95000 (doxsan beş min) manat pulun, hüquqi yardım üçün vəkillə bağladığı müqavilələrə görə ödədiyi 500 manat xidmət haqqının 250 manatını və Cavabdeh2 80000 (səksən min) manat pulun, hüquqi yardım üçün vəkillə bağladığı müqavilələrə görə ödədiyi 500 manat xidmət haqqının 250 manatını, dövlət rüsumu olaraq ödədiyi 465.50 (dörd yüz altmış beş manat, əlli qəpik) manatın alınıb ona verilməsi tələbi daxilində baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında 2003-cü ildən fərdi sahibkarlıqla, yəni Cahan Ticarət Mərkəzində qızıl alveri ilə məşğul olduğunu, 2005-ci ildən isə vergi ödəyicisi kimi qeydiyyata düşdüyünü, Cavabdeh1 həmkəndlisi Eldəniz vasitəsilə tanıdığını, həmin vaxt onun hərbçi işlədiyini, onun noyabr-dekabr aylarında müraciət edərək övladının xeyir işini görəcəyini, əmək haqqısının artacağını və mart ayına kimi ödənişi edib qurtara biləcəyini bildirərək qızıl-zinyət əşyaları almaq istədiyini bildirdiyini, pulun bir hissəsini ödəmək şərti ilə onunla razılaşdığını, İlqarın ilk dəfə ondan 1 ədəd 750 əyar brilliant üzük aldığını, bir də komplekt qızıl götürdüyünü, komplektin sırğa, üzük, boyunbağı və qolbaqdan ibarət olduğunu, qızılların Türkiyə istehsalı olmaqla 20-25 qram təşkil etdiyini, həmin gün 360 manat pul verdiyini, İlqarın həmin vaxt nə qədər borcu qaldığını borc dəftərində qeyd etdiyini, İlqarın tək gəldiyini, ikinci dəfə isə 585 əyar boyunbağı götürdüyünü, boyunbağının qiymətini və çəkisini xatırlamadığını, sadə toxunuşlu 1 ədəd sep olduğunu və ümumilikdə İlqarın ona həmin vaxta qədər 6900 manat borcu qaldığını, sonra bu qaydada razılaşmaq üçün İlqarın iş yoldaşı olan Cavabdeh2 də mağazaya gətirdiyini, Cavabdeh2 isə öz növbəsində iş yoldaşları Qadir və Səbinə adlı şəxslərlə birlikdə ayrı-ayrı vaxtlarda qızıl götürdüklərini və ümumi summanın 35000 manat təşkil etdiyini, sonra onların borclarını azaltmaqdan ötrü bankların birindən pul götürdüklərini, buna görə Naxçıvanda müxtəlif banklara müraciət etdiklərini, lakin bunun alınmadığını, Cavabdeh2 Bakı şəhərində “Acsess Bank”-da tanışının işlədiyini və oradan pul götürüb az vaxtda ona olan borcunu qaytaracağını bildirdiyini, onlarla razılaşdığını, 2020-ci ilin aprel ayının sonu, may ayının əvvəli Xalidin Bakı şəhərinə getdiyini, pulu qaytarmadıqlarından 2 dəfə Cavabdeh1 müraciət etdiyini, İlqarın ona yaxın zamanlarda Bakı şəhərinə gedəcəyini və bu işlə maraqlanıb məlumat verəcəyini bildirdiyini, bir müddət sonra İlqarın da Bakı şəhərinə getdiyini, sonra telefonda “Vatsap” mobil tətbiqi vasitəsilə borcla bağlı Xalidlə aralarında söhbətlər olduğunu, İlqar Xalidin hərbi qulluqçu işlədiyini və Bakı şəhərinə ezam olunduğunu, həmçinin orada “Acsess Bank”-a müraciət edəcəyini dediyini, həmin zaman Xalidin ondan 2 dəfə ipoteka krediti götürmək adı ilə pul istədiyini, daha sonra isə “Acsess bankdan pul götürürük, bizdən 3000-5000 manat pul istəyirlər” dediyi üçün ona pul göndərdiyini, məqsədinin onların pul götürüb borcu qaytarmalarına nail olmaq olduğunu, İlqar və Xalidin həmişə birlikdə olduqlarını, 35000 manat borcu almaq üçün nə qədər pul istəyiblərsə göndərdiyini, ayrı-ayrı vaxtlarda ona 21000 manat pul göndərdiyini, pulu bacanağı vasitəsilə və digər üsullarla göndərdiyini, əlavə olaraq İlqarın bazarda ondan 4500 manat borc alıb Xalidə verəcəyini və Xalidin oradakı məzuniyyətini uzadacaqlarını bildirdiyini, özünün həmin vaxt Xalidin işdən çıxmasından xəbərinin olmadığını, qızıl alveri ilə məşğul olduğundan buradakı köhnə qızılları alaraq Bakı şəhərindəki qızıl alveri edən əməkdaşlara göndərdiyini, onların isə əvəzində pul göndərdiyini, həmin vaxt “milliön” terminalları olmadığına görə pulun çox vaxt Xalidə verildiyini, İlqarın isə həmin vaxt Xalidin yanında olduğunu, Xalid və İlqara birlikdə 175000 manat pul verdiyini, sonra Bakı şəhərinə getməli olduğunu, pulu qaytarmadıqlarından kürəkəni ilə birlikdə Acess banka getdiklərini, həmin vaxt İlqar və Xalidin də gəldiyini, orada Xalidin yalan danışmasının ortaya çıxdığını, “Acsess bank” və “Hindistan bank” dan başqa digər bankların ipoteka krediti vermədiyini öyrəndiyini, orada Xalidin “hər şeyi bildi, bildi, bizi tutacaqlar” dediyini, bir-iki dəfə onlarla görüşdüyünü, Xalidə məhkəməyə və ya polisə müraciət edəcəyini dediyini, onların isə borcun etirafı ilə bağlı yazılı sənəd verməyi və bunun üçün kamera çəkilən bir yerə getməyi təklif etdiklərini, onlara bacanağı Əyyubun sexinə getməyi təklif etdiyini, həmçinin Əyyub və kürəkəni Maildən şahidlik etmələrini istədiyini və onların da bununla razılaşdığını, kürəkəni ilə oraya getdiyini, Xalidin də İlqarla birlikdə oraya gəldiyini, onların könüllü surətdə öz razılıqları ilə gəldiyini, Bakı şəhərində Şemə bazarı adlanan yerdə görüşdükləri vaxt heç bir təzyiq olmadan 175000 manat borclarının olduğu barədə cavabdehlərin müqavilə imzaladıqlarını, Xaliddən 175000 manat pulun hansı hissəsini kimdən istəyəcəyini soruşanda onun da “mənlikdir, sən pulu məndən istə” dediyini, bununla bağlı izahat da yazdığını, Xalidin borcun özünə aid olduğunu bildirdiyini, kürəkəninin maşını ilə gedib Xalid və İlqarla birlikdə borcun təsdiqi üçün notariusa müraciət etdiklərini, Xalidin öz şəxsiyyət vəsiqəsinin üzərinə ona 200000 manat borcunun olması barədə ərizə yazıb verdiyini, ondan pulların hansı hissəsinin ona, hansı hissəsinin isə İlqara aid olduğunu soruşduğunu, Xalidin isə cavabında borcun hamısının özünə aid olduğunu bildirdiyini, həmin vaxt bacanağı Əyyubun iş yerinin yanında 5 nəfər - özü, cavabdehlər, bacanağı və kürəkəninin iştirakı ilə müqavilə imzaladıqlarını, müqavilənin şərtinə görə 175000 manat borcu ilin sonunadək qaytaracaqlarını, bir dəfə isə Xalidlə söhbət etdiyi vaxt “pulu mən yeməmişəm, yesəm bu gündə olmazdım, İlqar 6-7 maşın alıb və s” dediyini, sonra Naxçıvana qayıtdığını, onlara pulu bütöv şəkildə qaytara bilməyəcəkləri halda hissə-hissə ödəmələrini təklif etdiyini, bununla razılaşmadıqlarını, pulu tam ödəyəcəklərini bildirdiklərini, pulu qaytarmadıqlarından yenidən Bakı şəhərinə getdiyini, kafedə onlarla görüşərkən təkidlə borclarını qaytaracaqlarını bildirdiklərini, onu inandırmağa çalışdıqlarını, yenə Naxçıvana qayıtdığını, İlqarı iki dəfə çağırsalar da, gəlmədiyini və Xalidin üçüncü dəfə 175000 manat borcunun 80000 manatının özünə, 95000 manatının isə İlqara aid olması barədə izahat yazdığını, üstəlik xalasının oğluna da qızıl istədiyini və Xalidə 300-400 manat dəyərində qızıl göndərdiyini, İlqarın ona zəng edib hərbidən hesabı kəsiləndə 49000 manat onun adına borc pul olduğunu, həmin pulu alıb borcunun müəyyən hissəsini qaytaracaqlarını bildirdiyini və ondan yenə borc pul istəndiyini, müəyyən vaxtlarda 1500, 2500 və 3000 manat olmaqla ümumilikdə 6000 manat Xalidə borc verdiyini, sonra bunun da yalan olduğunu öyrəndiyini, indiyədək borclarını ödəmədiklərini, başlıq hərfləri Ş.A.A olan kart hesabının kimə aid olduğunu bilmədiyini, belə ki, pulu cavabdehlərin dedikləri kart hesablarına göndərdiyini, bu zaman pulları kimin götürdüyünü bilmədiyini, pulun çatıb-çatmamasını Xaliddən soruşduğunu, pulları Cavabdeh1 oğlu Elgün Şükürova məxsus kart hesabına köçürdüyünü bilmədiyini, bununla bağlı danışıqlar və səs yazılarının silindiyini, hər dəfə pul göndərəndə dəfələrlə Xalid və İlqara zəng edib pulu götürüb-götürmədiklərini soruşduğunu, İlqarın Aftandil adında qardaşının polis rəisi işlədiyini, həmin şəxsin də bir neçə dəfə ona zəng edib ona yevrey Aftandil dediklərini, lazım olan məbləğlərdə summanı göndərməyini xahiş edib həmin pulu qaytaracaqlarını bildirdiklərini, məcbur qalıb 05 sentyabr 2023-cü ildə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, həmin vaxt İlqar və Xalidi oraya çağırdıqlarını, Xalidin həmin vaxt yenə yalan vədlər verib pulu qaytaracaqlarını bildirdiyini, 1 il vaxt keçməsinə baxmayaraq onların borclarını qaytarmadıqlarını, pulları onlara göndərməkdə məqsədinin əlavə qazanc əldə etmək olmadığını, əksinə bu müddətdə avtomobilini və evini satdığını, flaşkartda olan səs yazılarında Xalidə göndərdiyi pullarla bağlı danışıqların mövcud olduğunu, Xalidin borcunu dəfələrlə etiraf etdiyini, “Xalid və İlqarın kimin nə qədər borcu olduğunu dəqiq demədiyini, Xalidin isə 175000 manat borcun yarıdan çoxunun İlqara, qalanının isə özünə aid olduğunu dediyini, Culfalı Əsgər adlı şəxsin Xalidin iş yoldaşı olduğunu, onun arvadı və Xalidin gəlib birlikdə qızıl götürdüyünü və 4900 manat borcunun yarandığını, borcunu vermədiyindən Xaliddən dəfələrlə onun mobil nömrəsini istədiyini, lakin Xalid onun telefonunun olmadığını bildirdiyini, Əsgərdən pulu qaytarmasını istədiyini, Əsgərin arvadı Səbinə və Xalidin qızıl alarkən birlikdə olduqlarını və 4900 manatlıq qızıl aldıqlarını, Səbinədən qızılların pulunu qaytarmasını istədikdə dükandan çıxdıqdan sonra qızılları Xalidə verdiyini bildirdiyini, həmin məbləğdəki pulu tərəflərdən tələb etmədiyini, bununla bağlı ayrıca iddia qaldıracağını, Xalid və İlqar həmişə birlikdə olduğu üçün pulu İlqardan istədiyini, Xalidin atasıyla aralarında danışıqların olduğunu, oradan ərizəsini geri götürərək pulunu ala bilmədiyindən məhkəməyə müraciət etdiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında oğlunun Türkiyə Respublikasında işlədiyini, onun nişan mərasimi üçün İddiaçı yanına gedib dediyi qızıl-zinyət əşyalarını götürdüyünü, ona 6900 manat borcu yarandığını, hərbi qulluqçu işlədiyini, Cavabdeh2 ilə də iş yoldaşı olduğunu, onunla söhbət edən vaxt qızılı hardan aldığını soruşduğunu, qızılları İddiaçı götürdüyünü dedikdə Xalidin də qızıl götürmək istədiyini və ona “gedək, məsləhət bilər verər, bilməz də heç” dediyini, Xalidlə birlikdə İddiaçı yanına getdiklərini, ona “Xalid hərbi qullluqçu işləyir, kapitan rütbəsi daşıyır, ailəsinə qızıl almaq istəyir, məsləhət bilərsənsə nisyə qızıl ver, məsləhət bilmirsənsə də özün bilərsən” dediyini, danışıb razılaşdıqlarını və xatırladığına görə Əlinin Xalidə 11000 manat dəyərində qızıl satdığını, müqaviləsi bitdiyindən, həmçinin səhhətinə görə özünün işdən ayrıldığını, bir müddət sonra İddiaçı ona Xalidin müəyyən şəxslər gətirdiyini və onların çoxlu qızıl-zinət əşyaları aldığını dediyini, ona “nahaq yerə nisyə vermisən” dediyini, işdən çıxdığı üçün Xalidin harada olduğunu bilmədiyini dediyini, sonra Xalidə zəng etdiyini və onun Bakı şəhərində olduğunu dediyini, İddiaçı iş üçün Bakı şəhərinə gedəcəyini və oradan maraqlanacağını dediyini, Bakı şəhərində olarkən Xalidlə görüşdüyünü və onun bankdan pul götürüb Əlinin pulunu qaytaracağını dediyini, indiyədək İddiaçı 1 dəfə də olsun borc pul götürmədiyini, yalnız 1 dəfə pandemiya vaxtı oğlu Türkiyə Respublikasından qayıdan zaman bilet əldə etmək üçün İddiaçı 1100 manat borc aldığını, həmin puldan əlavə Əlidən pul götürmədiyini, özünün Bakıda maşın götürüb işlətdiyini, Xalidin Şirvan şəhərində borc tələbi ilə məhkəməyə müraciət edəcəyini ona dediyini, sonra onları 3-4 dəfə Xalid və onun vəkili ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə apardığını, daha sonra proseslərdən xəbərinin olmadığını, Bakı şəhərində olarkən Xalidin bankdan pul götürüb İddiaçı pulunu qaytaracağını dediyini, hansı bankdan kredit götürəcəklərini soruşduqda isə tələbə yoldaşının “Acess Bank”-da işlədiyini və oradan kredit götürüb Əlinin pulunu qaytaracağını dediyini, Xalidin sonra Əlidən 2000 manat, 3000 manat pul istədiyini və Əlinin də həmin məbləğlərdə pulu ona göndərdiyini, Əlinin Xalidə göndərdiyi digər pullardan isə məlumatının olmadığını, sonra səhhəti ilə bağlı olaraq Naxçıvana qayıtmalı olduğunu, həmin vaxt İddiaçı polis idarəsinə müraciət etdiyini və izahatlarının alındığını, İddiaçı 8000 manat borcu olduğunu orada da etiraf etdiyini, həmin pulun yarısını qaytardığını, işləmədiyi üçün qalanını qaytara bilmədiyini, həmçinin həmin borcun qarşılığında Bakı şəhərində olan 5 sot torpaq sahəsini ona verməyi təklif etdiyini, İddiaçı isə əvvəl razılaşsa da, sonradan bundan imtina etdiyini, iddia tələbinin 8000 manat hissəsini qəbul etdiyini, digər hissədə qəbul etmədiyini, İddiaçı kürəkəni və bacanağı ilə birlikdə onların ofisində razılaşdıqlarını, həmin vaxt ona “bu öhdəlikdə 5 nəfərin içində sənin də İddiaçı 8000 manat borcun var, sən də imza et” deyildiyindən o də müqaviləyə imza etdiyini, Xalidin isə heç bir təzyiq olmadan 200000 manat borcunun olduğuna dair imza etdiyini, Cavabdeh2 borcun hansı hissəsinin onun olduğunu soruşduqlarında onun borcun hamısının ona aid olduğunu dediyini, iddaçının Səbinə və digər şəxslərə də qızıl satdığını, onların əvəzindən pulu özündən tələb edilməsinin düzgün olmadığını, rus sürücülük vəsiqəsi aldığına görə saxtalaşdırma faktına görə cinayət məsuliyyətinə cəlb edildiyini və 1 il müddətində əmək haqqısının 20 faizinin dövlət nəfinə tutduğunu, barəsində əlavə cəza təyin olunmadığını, oğlunun adına olan kartı maşından Xalidin götürdüyünü, bunu polisdə Xalidin etiraf etdiyini, kartın mobil tətbiqinin isə oğlunun telefonuna yükləndiyini, həmin karta müxtəlif vaxtlarda pulların köçürüldüyünü, ümumilikdə polisdə həmin karta 35000 manat pul köçürüldüyünü dediklərini, pulların hamısının oğlunun kartına atıldığını, daha sonra kartı Xaliddən alaraq bağlatdırdıqlarını, kartı bağlayan vaxt kartda pulun olmadığını, həmin pulları Xalidin artıq istifadə etdiyini, oğlunun kartı Xalidə verib-vermədiyini bilmədiyini, Xalidlə dost olduğuna görə və birlikdə işlədiyinə görə oğlunun da Xalidlə görüşdüyünü, işdən çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, bütün qızılları və pulları almaqda məqsədinin oğlunun nişan və toy mərasimini keçirmək olduğunu, ailə üzvlərinin özü, arvadı Mələk, qızı Sevinc və oğlu Elgündən ibarət olduğunu, X1 köçən 100 manat pulu qaytardıqlarını, iddiaçının oğlunun və arvadının adına olan kart hesablarına pul göndərməsinin səbəbini bilmədiyini, ondan pul istəməsə də, oğlunun kartına nəyə görə o qədər pul atıldığını bilmədiyini, Cavabdeh2 iş yoldaşı olaraq tanıdığını, ona nə pul verdiyini, nə də pul aldığını, iddiaçıdan 1100 manat pul və 6900 manatlıq qızıldan başqa nəsə almadığını, ***-***-**-** mobil nömrəsinin özünə məxsus olduğunu, yazışmaların onunla Xalid arasında keçdiyini, Xalidə Miri deyə müraciət etdiyini, yazışmada “Yaxşı yoxe get qardaşınla otur papağını qoy qabağına fikirləş mənə xəbər et yoxsa başqa cür olacaq ikinizi də basdıracam içəri, Əli dayıya demirəm hələ ki heç nə, kişi kişidən sui-istifadə etməz, əgər kişidirsə bil, zəng edərəm danışarıq” olan hissənin onunla Xalid arasında keçmədiyini, Xalidin onun telefonundan istifadə etməklə özünə yazaraq sonra İddiaçı göndərdiyini, həmçinin maşında olarkən Xalidin özünün yazdığını və mesajları sonra sildiyini, bunu Xalidin özünün ona sonradan etiraf etdiyini, “İlqar belə hərəkət eləmək olmaz qardaş, sənə qardaşına əlimlə demək olar, 130 min manat pul vermişəm, neçə dənə maşın aldınız satdınız, ev-eşik, yemək-içmək, indi puldan qaçmaq istəyirsiniz, alınmaz o, bil ay qardaşım, korrupsiya sədridir, nədir, sizi əlli-ayaqlı götürərlər, bilin, pulu həll edin, tapın Əli dayı ilə danışın, yalvarın, məni işə salmayın, may ayının 15-ə qədər vaxt istəmisiniz, vermişik, tapın düzün qoşun” “Miri həll edəcəm, Aftandil məni işə saldı, nə almışıq, yemişik, hamısını verəcəyik, Əli dayını sən başa sal nəsə şikayət eləməsin, dövlət məmuru adından qardaşınla əlbir olub məni necə inandırmısınız, qardaşın danışıb, sən də bilə-bilə bu işləmir, fəhlədir, məni oyuna gətirmisiniz, bax deyirəm, yenə nə az nə çox 130000 manat puldur çeklərdə var, şəkillər də Əli dayıda dahasını siz fikirləşin”, “yaxşı Miri sən Əli dayıya nəsə demə, Aftandil də şikayət eləməsin məni də, hamısını verəcəyik mayın 15-nə verməsək şikayət edin” yazışmalarını Xalidin özünün yazdığını və cavablandırdığını, fotoşəkildəki avtomobillərin özünə aid olmadığını, həmin maşınlar ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, səs yazılarında da İddiaçı 8000 manat borcu olduğunu etiraf etdiyini, Qadir və Şöhrətin borcunu, Səbinə 20000 manat civarında qızıl alıbsa onun pulunu, Xalidin baldızına, qayınanasına və xalasına aldığı qızılların pulunu onların əvəzində özünün ödəməyəcəyini, üstəlik Xalidin ona 5000 manat borcu olduğunu bildirmiş, sonda iddiaçıya olan 8000 manat borcuna dair hissədə iddianı qəbul etdiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilən məbləğin ona aidiyyatının olmadığını, iyun ayında iddiaçı ilə arasında söhbət olduğunu və mübahisə ilə bağlı razılığa gəldiklərini, əvvəllər hərbi qulluqçu işlədiyini, İddiaçı ilə arasında 2020-ci ildə alqı-satqı olduğunu, o zamanlar Naxçıvanda yaşadığını, iddiaçının həmin vaxt Naxçıvan şəhərində 57 adlanan yerdə qızıl əşyalarının satışı ilə məşğul olduğunu, Cavabdeh1 hərbidə onun tabeliyində xidmət etdiyini, özünün bölük komandiri, onun isə tuşlayıcı vəzifəsində olduğunu, onunla Cavabdeh1 vasitəsi ilə tanış olduğunu, belə ki, qızıl götürmək istədiyini İlqara dediyini və beləliklə, Əli ilə tanış olduqlarını, qızılları şəxsi istidafə üçün götürdüyünü, qızılları tək gedib aldığını, İddiaçı ilk dəfə 2020-ci ildə komplekt qızıl dəst götürdüyünü və komplektin - üzük, qolbaq, sırğa və boyunbağıdan ibarət olduğunu, dəsti ümumilikdə 10500 manata razılaşıb aldığını, qızıl əşyalarının qaşlarının brilyant olubolmadığını bilmədiyini, əsas qaşın üzükdə olduğunu, komplektin pulunu ödədiyini, pulun 7000 manatını kart vasitəsilə iddiaçının kart hesabına köçürdüyünü, qalan 3500 manatı isə vasitəçiliklə ödədiyini, 2024-cü ilin iyun ayında ödədiyini, iddiaçı kimə deyibsə pulu ona verdiyini, bununla bağlı sübutu olmadığını, iddia tələbində həmin qızılların pulunun da göstərildiyini, məbləğin ona görə bu qədər şişdiyini, digər məbləğə görə isə aralarında razılaşma olduğunu, bundan başqa İddiaçı əlavə borc pul aldığını, ondan ümumilikdə 19000 manat borc pul aldığını, pulları 2020-ci ildən 2024-cü ilədək müxtəlif vaxtlarda aldığını, iddiaçının pulları karta atıb qəbzini ona göndərdiyini, pulların özünə məxsus karta atıldığını, kartın son rəqəmlərinin “0087” olduğunu dediyini, iş qurmaq məqsədi ilə iddiaçıdan borc istədiyini və onun da borc verdiyini, iddia ərizəsində göstərilən məbləğdə borcunun olmadığını iddiaçının da yaxşı bildiyini, iddiaçı, yoldaşı və qızının gün ərzində dəfələrlə ona zəng edib borcu qaytarmağını istədiklərini, onu özünü öldürmə həddinə çatdırdıqlarını, buna görə də ona “nə qədər istəyirsən?, 100000 manat, 200000 manat, yazım verim, məndən əl çək, onsuz da bilirsən ki, mənim o pula aidiyyətim yoxdur” dediyini, bu səbəbdən də 80000 manat iddiaçıya borclu olmağı barədə 21 avqust 2023-cü il tarixli ərizə imzalayıb verdiyini, bu niyyətlə və məcburetmə təsiri altında həmin ərizəni yazdığını, 2 dəfə nömrəsini dəyişdiyini, bir dəfə dərman atıb intihara cəhd etdiyini, ona olan borcunu qaytaracağını, 1-2 aya işlərinin qaydasına düşəcəyini və ondan sonra hissə-hissə borcu ödəyəcəyini, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğin borc alınan pulların faizi kimi hesablandığını, lakin bu qədər faizin ola bilməyəcəyini, Cavabdeh1 oğlunun adına olan kartın onda olmadığını, pulların bir neçə il ərzində həmin kartlara köçürüldüyünü, İlqarın oğlunun kartının onda olması ilə bağlı izahatın doğru olmadığını, özünün kartı olduğunu, pul lazım olanda İddiaçı həmin karta pul köçürdüyünü, iddiaçının vəkilinin təqdim etdiyi - cavabdehlər arasında olan vatsçap yazışmaları ilə bağlı suala cavab vermək istəmədiyini, həmin mesajları təzyiq qarşısında yazdığını, “İlqar belə hərəkət eləmək olmaz qardaş, sənə qardaşına əlimlə demək olar, 130 min manat pul vermişəm, neçə dənə maşın aldınız satdınız, ev-eşik, yemək-içmək, indi puldan qaçmaq istəyirsiniz, alınmaz o, bil ay qardaşım, korrupsiya sədridir, nədir, sizi əlli-ayaqlı götürərlər, bilin, pulu həll edin, tapın Əli dayı ilə danışın, yalvarın, məni işə salmayın, may ayının 15-ə qədər vaxt istəmisiniz, vermişik, tapın düzün qoşun” “Miri həll edəcəm, Aftandil məni işə saldı, nə almışıq, yemişik, hamısını verəcəyik, Əli dayını sən başa sal nəsə şikayət eləməsin, dövlət məmuru adından qardaşınla əlbir olub məni necə inandırmısınız, qardaşın danışıb, sən də bilə-bilə bu işləmir, fəhlədir, məni oyuna gətirmisiniz, bax deyirəm, yenə nə az nə çox 130000 manat puldur çeklərdə var, şəkillər də Əli dayıda dahasını siz fikirləşin”, “yaxşı Miri sən Əli dayıya nəsə demə, Aftandili də şikayət eləməsin məni də, hamısını verəcəyik mayın 15-nə verməsək şikayət edin” olan yazışmada 15 gün vaxtı Əli dayının verdiyini, İlqara 130000 manatı verməyinin doğru olduğunu, lakin işin başqa tərəflərinin də olduğunu, həmin hadisələri açıqlamaq istəmədiyini, açıqlayacağı halda iddiaçının həbs olunacağını, anasının yanında onu maşına salıb zor tətbiq edərək çəkiliş apardıqlarını, 35000 manatın ona aidiyyatının olmadığını, ikinci elan olunan səs yazısının onunla İddiaçı arasında keçdiyini, səs yazısında Əliyə “nəyə görə pulun hamısını mənim üstümə atırsan?, kimin kartına pul köçürmüsən ondan istə” dediyini və bunu nəzərdə tutduğunu, iddiaçının bütün günü ona zəng etdiyini və İlqarın, Qadirin və digərlərinin pulunu ondan istədiyini, ona köçürülən pulları etiraf etdiyini, İddiaçı İlqara zəng etdiyini və İlqarın onu acıladığını, bu səbəbdən dönüb ona zəng etdiyini, bu zaman ona İlqarın borcunu ödəyəcəyini dediyini, səs yazılarında İlqarın 230000 manat alacağının olması barədə təsəlli məqsədli danışıq olduğunu, Əliyə təsəlli verib düzələcəyini dediyini, iddiaçı ilə telefon danışıqları zamanı borcunun konkret məbləğini demədiyini, yalnız aldığı borcun hamısının qaytaracağını dediyini, 2 dəfə borcun etirafı ilə bağlı izahat yazdığını, 175000 manat və 200000 manat borcunun olması barədəki sənədlərin saxta olduğunu, bununla bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, 26 iyun 2024-cü ildə İddiaçılə Naxçıvan şəhərində özünün görüşdüyünü və onunla bu məsələni müzakirə etdiklərini, iddiaçının borcunu şişirtdiyini, halbuki onunla görüşdükləri vaxt oğlu Xalidin ona 19000 manat borcunun olduğunu dediyini, həmin pulu isə hissə-hissə ona qaytaracağını dediyini, oğlunun hərbi qulluqçu işlədiyini və səhhətinə görə işdən çıxmalı olduğunu, bu səbəbdən də borcunu ödəyə bilmədiyini, borcu 12 aya ödəmək barədə razılaşdıqlarını və hər ay 532.83 manat pul ödədiyini, faiz borcunu isə ödəyə bilmədiyini, 175000 manat pulun bu dövrdə heç kimə verilmədiyini, 54000 manat və 20000 manat pulun necə şişib 200000 manat olduğunu, bu pulların faizlə bağlı olduğunu, Əliyə 14500 manat pul qaytardığını və qəbzlərin yanında olduğunu, oğlunun isə iddiaçıya cüzi miqdarda borcu qaldığını, Əlinin başına dəstə toplayaraq oğlunu zorla maşına salıb ona xəsarət yetirdiklərini və pulu qaytarmayacağı təqdirdə onun uşaqlarını girov götürəcəklərini dediklərini, müqaviləni oğluna zorla imzalatdırdıqlarını, 80000 manat borcunun olması barədə ərizəni təsir altında yazdığını, Əliyə 14500 manat pul köçürdüyünü və əlavə olaraq 17 iyun 2024-cü il tarixdə 7000 manat pulu Naxçıvan şəhərindəki çayxanaların birində Əlinin tanışına verdiyini, lakin həmin şəxsi tanımadığını, Əlinin həmin vaxt pulu kart vasitəsilə qəbul etmədiyini, 2025-ci ildə isə ödəniş etmədiyini bildirmişdir. Şahid2 real vaxt rejimində texniki vasitələrdən istifadə edilməklə məhkəmə iclasında verdiyi izahatında İddiaçı onun qayınatası olduğunu, Cavabdeh1 və Cavabdeh2 tanımadığını, cavabdehlərlə qohumluğu və ədavətinin olmadığını, İddiaçı pulu ona göndərdiyini, daha sonra da özünün pulu cavabdehlərə verdiyini, hadisənin təqribən 2-3 il bundan əvvəl, yaz və ya payız aylarında baş verdiyini, özü, İlqar, Əli və Şahid1 onun işlədiyi ofisdə görüşdüklərini, tərəflər arasında olan müqaviləni Əyyub Abbbasovun yazdığını, Əyyubun Əlinin bacanağı olduğunu, müqavilənin ofisdəki kompüterlərdən istifadə edilməklə tərtib edildiyini, müqavilənin məzmununu kimin dediyini bilmədiyini, həmin vaxt cavabdehlərlə oturub normal şəkildə çay içdiklərini, həmin gün cavabdehlərin heç bir ödəniş etmədiyini və onların orada hər ay ödəniş edəcəkləri və İddiaçı pulunu qaytaracaqları barədə razılaşdıqlarını, İlqar və Mirinin İddiaçı ümumilikdə 200000 civarında borcları olduğunu, hadisədən çox vaxt keçdiyi üçün tam xatırlamadığını, belə ki, İlqar və Mirinin ayrı-ayrılıqda nə qədər borclarının olmasını deməklərini xatırlamadığını, orada cavabdehlərə qarşı hər hansı hədə-qorxu və təsir olmadığını, qayınatasından pul alıb, İlqara 5000, 10000 və 15000 manat pul verdiyini, lakin verdiyi tarixləri tam xatırlamadığını, pulu şəxsən İlqara əldən verdiyini, pulu ona iş yerlərinin yanında və əsasən Masazırda olduqları üçün orada verdiyini, həmin vaxt İlqara heç bir sənədə imza etdirmədiyini, İlqarın oğlunu görmədiyini, Miri dediyi şəxsin Xalid olduğunu, onun da Masazırda yaşadığını və İlqarla birlikdə olduqlarını, hər dəfə pulu verəndə İlqar və Xalidin birlikdə olduqlarını, ofisdə müqavilə imzalayarkən də onların hər ikisinin birlikdə olduqlarını, İddiaçı başqa vasitələrlə də onlara pul verdiyini, terminal vasitəsilə də onlara pul göndərdiyini, lakin kimin kartına göndərdiyini bilmədiyini, ofisdə müqavilə imzalanarkən 1 il içərisində ödənişi edib qurataracaqlarını bildirdiklərini, Cavabdeh1 sualına cavab olaraq İlqarla Xaliqin dost olduğunu, onun taksi sürücüsü kimi gəlmədiyini, bir dəfə sən zəng edib “pul bizə çatmalıdır” dediyini, həmin vaxt iş yerinin qabağına gəlib pulu götürdüyünü, İlqarın da həmin vaxt “bankdan kredit götürəcəyəm, pulu çatdıraq verək, krediti ödəsinlər” dediyini, İddiaçı və İlqarla birlikdə banka getmədiyini, həmin vaxt Mirinin pul götürəcəyini, İlqarın isə “orda tanış var, bunlar düz qoş edib, pulu verəcəklər” dediyini, həmişə İlqar və Mirini birlikdə gördüyünü, ikisi ilə birlikdə söhbət etdiyini, pul verdiyi tarixləri xatırlamadığını, İlqara da, Miriyə də pul verdiyini, İlqarın ofisdə Əliyə cəmi 8000 manat borcum var deməyini eşitmədiyini, orada mübahisə olmadığını, ofisdə müqaviləni imzalayarkən Cavabdeh1 “mənim 8000 manat borcum var, buna görə mən bu müqaviləni imzalayıram” demədiyini, sadəcə pulu qaytarmaq üçün imza etdiklərini, hər ikisinin Əlidən pul istədiyini və pulu almağa birlikdə gəldiyini, heç biri heç vaxt tək gəlib pul götürmədiyini, hər dəfə İddiaçı onların borclu olduğu pulun məbləğini dediyini, pulu onlara sayıb verdiyini bildirmişdir. Şahid1 real vaxt rejimində texniki vasitələrdən istifadə edilməklə məhkəmə iclasında verdiyi izahatında Əlinin onun bacanağı olduğunu, bir gün ona zəng edib “qızıl satmışam, borcumu ala bilmirəm, onlara bir az kömək etmək lazımdır, bankdan pul götürüb mənim borcumu bağlasınlar” dediyini, Əlidən onları tanıyıb-tanımadığını soruşduğunu, Əlinin isə “tanıyıram, çətinə düşüblər deyə borcumu verə bilmirlər, mənim pulumu vermələri üçün bankdan pul götürməlidirlər, bunun üçün də banka hörmət etmək lazımdır” dediyini, Əliyə artıq elə bir şey olmadığını, banklarda rüşvətin olmadığını dediyini, Əlinin isə onlara pul verilməsində israr etdiyini, məcbur qalıb onlara pul verdiyini, yaxında həll edəcəklərini dediklərini, bildiyinə görə Əlinin onlara sonra yenə pul verdiyini, həmçinin Naxçıvandan da pul göndərdiyini, Əliyə etmə dedikdə “pulumu geri ala bilmirəm, onlar kredit götürməlidilər ki, mənim pulumu qaytarsınlar” dediyini, İlqar, Miri və onların dostu Aftandillə görüşdüyünü, işi quranın elə Aftandil olduğunu, Əlini aldadıb pullarını alıb qaytarmadıqlarını, sonda isə Əlinin evini satmasına və özünü öldürmək həddinə çatdırdıqlarını, Cavabdeh1, Cavabdeh2 və İddiaçı arasında yazılı razılaşma prosesində iştirak etmədiyini, lakin Əlinin İlqara və Xalidə pul verməsində vasitəçilik etdiyini, İlqarın xatırlamadığı tarixdə gəlib ondan Əlinin adından pul aldığını, pul verdiyi tarixi xatırlamadığını, 3500 manat və 5000 manat olmaqla 2 dəfə İlqara pul verdiyini, verdiyi pulları kitabına qeyd etdiyini, həmin pulların özünə məxsus olduğunu, Əlinin onlara borc verməsini xahiş etdiyini, pulu İlqara verdiyini, Xalidi tanımadığını, onu bir neçə dəfə gördüyünü, bir neçə dəfə də Əli ilə onun ofisində görüşüb hazırki məsələ ilə bağlı söhbət etdiklərini, Xalidə pul vermədiyini, Mailin işçisi olduğunu, Maillə birlikdə Cavabdeh1, Cavabdeh2 və İddiaçı ilə görüşlərinin olduğunu, onların bildirdikləri kimi kompüterdə müqavilə tərtib etmədiyini, Mailin tərtib edib-etmədiyini bilmədiyini, bildiyinə görə Cavabdeh2 və Cavabdeh1 İddiaçı 200000 manatdan yuxarı borcu olduğunu, Əlini aldadıb qızıl aldıqlarını, Xalidin və İlqarın ayrı-ayrılıqda İddiaçı nə qədər borclarının olduğunu bilmədiyini, ancaq Əli deyəndə onlara pul verdiyini, ofisində tərəflər görüşərkən söhbətlərin hamısının kamera görüntülərinin olduğunu, həmin söhbətlər olan vaxt kiməsə təzyiq və hədə-qorxu gəlmədiklərini, həmin gün İlqarın Əliyə 8000 manat borcun olduğunu, qalan borcun isə Xalidə məxsus olmasını deməsi barədə söhbətin olmadığını, İlqara 3500 manatdan başqa da pul verdiyini, pul həmişə İlqara verdiyini, pulu almağa həmişə İlqarın gəldiyini, pulu verdiyi vaxt isə kamera olduğu barədə xəbərdarlıq etdiyini bildirmişdir. Məhkəmə iki cavabdehə qarşı qaldırılmış iddia tələblərinin bir-birilə əlaqəli olduğunu nəzərə alaraq iki cavabdehə qarşı qaldırılmış ayrı-ayrı iddia tələblərinə birlikdə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İddia tələbinin Cavabdeh1 95000 (doxsan beş min) manat pulun alınıb İddiaçı ödənilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə İddiaçı arasında borc və qızıl alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. Belə ki, Cavabdeh1 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahatında faktı etiraf edərək İddiaçı 7000 manatlıq qızıl aldığını və bunun əvəzində iddiaçıya cəmi 100 manat qaytardığını, qalan borcunu ödəmədiyini, eyni zamanda ondan 1100 manat borc pul vəsaitini aldığını və həmin borcu qaytarmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarında Cavabdeh1 olan iddia tələbinin etiraf olunan 8000 manat hissəsini sonuncuya satdığı 6900 manat məbləğində komplekt dəstin dəyəri və verdiyi 1100 manat borcun qaytarılmaması ilə əsaslandırmışdır. Məhkəmə tələbin alqı-satqı qiymətinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi alqı-satqı müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mülki qanunvericilikdə tərəflər arasındakı alqı-satqı münasibətlərinin predmetini təşkil edən istehlak mallarına, daşınar əşyalara münasibətdə forma şərti nəzərdə tutulmamış və tərəflər arasında subyekt tərkibinə, iradə ifadəsinə münasibətdə mübahisələndirilməyən etibarlı şifahi alqı-satqı münasibətləri yaranmışdır. Mülki işin cavabdeh tərəfindən faktın etirafı əsasında müəyyən olunan halı ondan ibarətdir ki, cavabdeh fərdi sahibkar olan iddiaçıya məxsus qızıl mağazasından nisyə mal almış, alıcı malı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməməmişdir. Belə olan halda iddia tələbi sözügedən hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 1100 manat borcun ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin sözügedən hissəsində tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. MM-in tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinin mənasına görə müqavilənin tərəfi əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə həmçinin pulun borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və razılaşdırıldığı halda faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi borc müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mübahisənin yarandığı vaxt qüvvədə olan MM-in 740.1-ci maddəsində nəzərdə tutulurdu ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sözügedən halda müqavilənin predmetinin məbləği üç min manatdan az təşkil etmiş və tərəflər arasında etibarlı şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən faktı etiraf edərək 1100 manat borcu iddiaçıdan aldığını və qaytarmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sözügedən hissədə də əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı qalmış hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi qəbzlərdən aydın olur ki, 26 noyabr 2021-ci il tarixli, 26796 nömrəli qəbzlə 500 manat X5 hesabına, 01 dekabr 2021-ci ildə 838 nömrəli qəbzlə 2000 manat, 03 dekabr 2021-ci ildə 20446 nömrəli qəbzlə 600 manat, eyni tarixdə 16329 nömrəli qəbzlə 1700 manat, 18 dekabr 2021-ci ildə 9793 nömrəli qəbzlə 2000 manat, 21 dekabr 2021-ci ildə 49 nömrəli qəbzlə 450 manat, 23 dekabr 2021-ci ildə 23200 nömrəli qəbzlə 3000 manat, 28 dekabr 2021-ci ildə 4000 manat, 04 yanvar 2022-ci ildə 3000 manat, 11 yanvar 2022-ci ildə 5000 və 2500 manat, 13 yanvar 2022-ci ildə 200 manat, 26 yanvar 2022-ci ildə 5000 və 1060 manat, 21 fevral 2022-ci ildə 3000 manat, 28 fevral 2022-ci ildə 2500 manat, 11 aprel 2022-ci ildə 3000 manat, 08 iyun 2022-ci ildə 2500 manat, 16 iyun 2022-ci ildə 2000 manat, 22 iyun 2022-ci ildə 2000 manat, 28 iyun 2022-ci ildə 3000 manat, 06 iyul 2022-ci ildə 4000 manat, 27 oktyabr 2022-ci ildə 1500 manat olmaqla ümumilikdə 54.510 manat pul Ş****** E***** İ***** adlı şəxsin hesabına İddiaçı tərəfindən köçürülmüşdür. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında X5 onun oğlu olduğunu, bununla belə X5 adına olan kartın Cavabdeh2 istifadəsində olduğunu və həmin vəsaitin onun tərəfindən istifadə edildiyini bildirmişdir. Bunun əksinə olaraq məhkəmə araşdırması zamanı İddiaçı ilə Cavabdeh2 arasında keçmiş səs yazılarından belə məlum olur ki, sonuncu iddiaçıdan aldığı pul vəsaitinin bir hissəsini Cavabdeh1 vermişdir. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdehlər arasında keçmiş vatsap yazışmalarında Cavabdeh2 Cavabdeh1 İddiaçı alaraq ona verdiyi 130 min manat pulun iddiaçıya geri qaytarılmalı olduğunu, Cavabdeh1 isə bunu qəbul edərək həmin borcu qısa müddətdə qaytaracağını bildirmişdir. Məhkəmə belə hesab edir ki, iddia tələbinin sözügedən hissədə qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətləri təşkil etmiş, Cavabdeh1 iddiaçının onun oğlunun kart hesabına köçürdüyü 54.510 manat pul vəsaiti hesabına birbaşa varlanmışdır və bu varlanmaya haqq qazandıran qanuni əsas mövcud deyildir. Belə ki, “MM”-in: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə belə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri əsasında birbaşa İddiaçı hesabına Cavabdeh1 əsassız varlandığı 54.510 manat pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə Cavabdeh1 ünvanlanmış iddia tələbinin qalmış hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbinə haqq qazandıran qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2022-ci il tarixdə tərəflər arasında razılaşdırılmış “müqavilə” adlandırılan sənəddə qeyd olunur ki, biz Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə yuxarıda adı göstərilən şəxslərin iştirakı ilə heç bir təzyiq olmadan İddiaçı olan 175 000 (bir yüz yetmiş beş min) manat pul borcunu 1 il ərzində xx.xx.2023-cü il tarixinə qədər ödəyəcəyimizi bildiririk. Ödəmədiyimiz halda qanunla müəyyən edilmiş məsuliyyəti qəbul edirik. Tərəflərin izahatları və tərəflər arasında keçən səs yazıları əsasında müəyyən olunmuşdur ki, X2 borc münasibətlərinin tərəfi olmamış, Cavabdeh1 həmin kart hesabına Paşayev Əİi Vəli oğlu tərəfindən köçürülən pul vəsaitini qəbul edən şəxs olmuş və onların arasında borc hüquq münasibətləri yaranmamışdır. Cavabdeh1 oğlu Elgünün kartına iddiaçı tərəfindən köçürülən pullardan Xalidin faydalandığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə cavabdehlər arasında keçən yazışmalarla sözügedən hal təkzib olunmuşdur. Məhkəmə qeyd etməyi məqsədəuyğun hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İş materiallarında olan müqavilə adlandırılmış sənədlə xx.xx.2022-ci il tarixdə borclular Cavabdeh1 və Cavabdeh2 şahidlər Şahid2 və Şahid1 iştirakı ilə heç bir təzyiq olmadan İddiaçı olan 175000 (bir yüz yetmiş beş min) manat pul borcunu 1 (bir) il ərzində xx.xx.2023cü il tarixinə qədər ödəyəcəklərini, əks halda, qanunla müəyyən olunmuş məsuliyyəti qəbul etdiklərini imzalamaqla təsdiqləmişdirlər. Konstitusiya Məhkəməsi qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə mübahisənin əsasında duran müqavilənin etibarlılığını yoxlayan zaman yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Bununla belə məhkəmə araşdırması zamanı tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və münasibətlər həmin borc müqaviləsinin onların real iradə ifadəsinin nəticəsi olmadığını deməyə əsas verir. Belə ki, tərəflərin üst-üstə düşən izahatlarının iş üzrə digər sübutlarla birlikdə tədqiqi onu deməyə əsas verir ki, tərəflər arasında hüquq münasibətləri həmin müqavilədən təxminən 1 ildən çox müddət əvvəl yaranmış, iddiaçı cavabdehlərin onun hesabına varlandığı pul vəsaitinin geri qaytarılması üçün belə bir sənədin tərtibinə zərurət görmüş və cavabdehlər də həmin vaxt mövcud vəziyyətdən çıxmaq üçün xx.xx.2022-ci il tarixdə kimin hansı məbləğdə borcu olduğu və ya birgə məsuliyyətin olub-olmadığı qeyri-müəyyən olan həmin sənədə imza etmişlər. Buna görə də məhkəmə həmin sənədi mötəbər sübut hesab etmir və tərəflər arasında həmin müqavilə əsasında etibarlı borc münasibətlərinin yaranmadığı qənaətinə gəlir. Sözügedən hallar əsasında məhkəmə Cavabdeh1 münasibətdə iddia tələbini qalmış hissədə əsaslı hesab etmir və əsaslılığı sübuta yetirilmədiyindən təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin X6 qarşı 80000 (səksən min) manat pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 07 yanvar 2025-ci il tarixdə yazılı izahat göndərərək bildirmişdir ki, İddiaçı bir neçə dəfə bank kartına köçürülməklə borc pul almışam. Qeyd etmək istəyirəm ki, həmin ərəfədə mən işdən azad olunduğum və işləmədiyim üçün ona olan borcumun bir hissəsini qaytara bilməmişəm. Lakin o, iddia ərizəsində cəmləyib göstərdiyi böyük rəqəmin, ona verdiyi borc pula aidiyyatı yoxdur. Belə ki, rəqəmlərin bu qədər böyük göstərilməsinin hansı məqsəd güdməsini iddiaçının özü yaxşı bilir. İddiaçı müqavilə adlandırdığı "sübut" şahid qismində adları yazılmış reketlər tərəfindən həyata keçirmək cəhdlərindən başqa bir şey deyildir. Habelə o "öz şahidləri" (qoçuları) vasitəsi ilə basqı edib məndən ifadə alarkən mənim etirazlarıma baxmayaraq video və şəklimi çəkdi. Dedi ki, gələcəkdə lazım olacaq. Mən bunun Azərbaycan Respublikası qanunlarına zidd olduğunu desəm də, məhəl qoymadı. İddiaçı özünün göstərdiyi kimi iş adamıdır, onun borc verib-aldığı insanlar arasında mənim tanışım, yaxud dostlarım ola bilər. Amma mən yalnız özümə cavabdehəm. Kimlərəsə (mənim ən yaxınım olsa belə) borc verib-almasının mənə aidiyyatı yoxdur. 16 iyun, 2024-cü il tarixdə mən Naxçıvan şəhərində İddiaçı ilə görüşmüşəm. Biz razılığa gəlmişik ki, mən Əliyə qalıq borcumu hissə-hissə ödəyim. Hər ikimiz bununla razılaşdıq. Mən 18 iyun 2024-cü ildən başlayaraq, Əliyə məxsus bank kartına (Kapital bank kartı “416973...... 9397”) bir il üçün 7000 (yeddi min) manat pul köçürdüm. Yəni hər ay üçün 583 manat, 33 qəpik. Nədənsə bunu iddia ərizəsində göstərmək "yadından çıxıb". (Qoşma 1). Və borcum bitənə qədər mən ödənişimi davam etdirəcəyəm. Cavabdeh2 17 mart 2025-ci il tarixdə növbəti dəfə ərizə göndərərək müxtəlif vaxtlarda İddiaçı 20010 (iyirmi min on manat) borc pul aldığını, həmin vaxtlarda tezliklə borcu qaytaracağı ilə bağlı ona söz verdiyini, ancaq səhhətində ciddi problemlər yarandığı üçün işindən azad olunduğunu və heç yerdə işləyə bilmədiyini, söz verdiyi vaxtlarda borcunu qaytara bilmədiyini, 16 iyun 2024-cü il tarixdə Naxçıvan şəhərində İddiaçı ilə görüşdüyünü, Əliyə olan qalıq borcunu hissə-hissə ödəyəcəyi ilə bağlı razılaşdıqlarını, ilkin olaraq Əliyə olan 20010 manat borcunun 7000 min manatını ödədiyini, qalıq borcunu isə hissə-hissə ödəyəcəyini, verilmiş borcdan başqa, iddia ərizəsində göstərilmiş fantastik rəqəmlərin əsassız olduğunu, borcunu vaxtında ödəyə bilmədiyi üçün İddiaçı üzr istədiyini bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən belə məlum olur ki, İddiaçı 04 noyabr 2021-ci ildə 11215 nömrəli qəbzlə 3000 manat, 12 noyabr 2021-ci ildə 23454 nömrəli qəbzlə 4000 manat, 30 dekabr 2021-ci ildə 150 manat, 19 mart 2022-ci ildə 1500 manat, 08 aprel 2022-ci ildə 30 manat, 18 aprel 2022-ci ildə 2000 manat, 22 aprel 2022-ci ildə 3000 manat, 04 may 2022-ci ildə 2000 manat, 18 may 2022-ci ildə 1150 manat, 24 may 2022-ci ildə 3030 manat, 17 oktyabr 2022-ci ildə 150 manat olmaqla ümumilikdə 20.010 manat pulu Cavabdeh2 məxsus hesaba köçürmüşdür. Həmçinin iddiaçının təqdim etdiyi 21 avqust 2023-cü il tarixli Cavabdeh2 tərəfindən imzalanmış əlyazmada qeyd olunmuşdur ki, Cavabdeh2 2021-ci ilin may ayında NMR-dan gəldikdən sonra 2020-ci ilin noyabr ayında İddiaçı ilə dəyəri 12000 manat olan qızılın pulunu Bakıda bankdan pul götürüb verəcəyi barədə razılığa gəlmiş, may-avqust ayları ərzində əlavə olaraq 19000 manat pul götürmüş, avqust ayının ortalarından etibarən Cavabdeh1 ilə Bakıda görüşərək İddiaçı onlara olan güvən və etibarını bildiyindən 2021-ci ilin avqust ayından 2022-ci ilin iyun ayına qədər müxtəlif vaxtlarda ümumilikdə 175000 manat pul almış, bu pulun 80000 manatı Cavabdeh2, 95000 manatı Cavabdeh1 aid olmuş, Cavabdeh2 oktyabr ayı ərzində özünə aid olan 80000 manatı tam şəkildə ödəyəcəyini təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında ilkin olaraq qızılın alqı-satqısı ilə bağlı hüquq münasibətləri yaranmışdır. İddiaçı razılaşdırılmış əşyanı nisyə olaraq cavabdehə satmış və tərəflərin razılığa gəldiyi müddət ərzində cavabdeh tərəfindən həmin vəsait geri qaytarılmamışdır. İddia tələbinin qalmış hissəsi isə bağlı isə məhkəmə araşdırması zamanı fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında Cavabdeh2 izahatı, iddiaçı Paşayev Əİi Vəli oğlu ilə Cavabdeh2 arasında keçmiş səs yazıları, cavabdehin məhkəməyə göndərdiyi yazılı izahatlar və 21 avqust 2023-cü il tarixli Cavabdeh2 tərəfindən imzalanması mübahisə olunmayan borc sənədi əsasında Cavabdeh2 İddiaçı hesabına əsassız varlandığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında iddia edilən etibarlı borc hüquq münasibətləri yaranmamışdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan MM-in 739.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə məbləğə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin məcəllənin 529.6-cı maddəsinə görə əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Məhkəmə cavabdehin etirazlarının əsası kimi istinad etdiyi iddiaçıdan hesabına varlandığı pul vəsaitinin 7000 manat hissəsini geri qaytarması ilə bağlı dəlillərini əsaslı hesab edir. Belə ki, Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə saat 22:43-də çıxarışdan 5522********0344 hesabdan 4169********9397 nömrəli hesaba 4000 manat vəsaitin köçürüldüyü, ********* nömrəli qəbzdən həmçinin həmin tarixdə saat 22:46-da qəbul edən ƏL******* P******* olmaqla 1000 manat köçürüldüyü, eyni zamanda ********* nömrəli qəbzdən 523915*****8797 hesabdan qəbul edən ƏL******* P******* olmaqla 2000 manat pul vəsaitinin köçürüldüyü müəyyən olunur. İddiaçının ad və soyadının baş hərflərinə uyğun gələn məlumatlardan Cavabdeh2 pul vəsaitinin 7000 manat hissəsini iddiaçıya geri qaytardığı müəyyən olunur. İddiaçı sözügedən vəsaitin qaytarılmasını mübahisələndirməmişdir. Beləliklə Cavabdeh2 iddiaçının hesabına 73000 manat məbləğində əsassız varlanması öz təsdiqini tapmışdır və əsassız varlanmış şəxs olaraq Cavabdeh2 həmin vəsaiti iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. MPM-in 226.2-ci maddəsinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddia qismən təmin edilməli, 62510 (altmış iki min beş yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh1, 73000 (yetmiş üç min) manat pul vəsaiti isə Cavabdeh2 alınaraq Paşayev Əİi Vəli oğluna ödənilməli, iddia hər iki cavabdehə münasibətdə qalmış hissədə rədd edilməli, 179 (bir yüz yetmiş doqquz) manat vəkil xərci Cavabdeh1, 208 (iki yüz səkkiz) manat vəkil xərci isə Cavabdeh2 alınaraq Paşayev Əİi Vəli oğluna ödənilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnun bərpası üçün vəkilin göstərdiyi yardıma görə çəkdiyi xərci də cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115.0 və 115.0.6-ci maddəsi ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EM-06/63VK-16385/24 nömrəli xidmət müqaviləsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli orderdən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil oğlu arasında həmin tarixdə müqavilənin bağlanması və vəkil xərci olaraq 500 manat miqdarında pul ödənilməsi aydın olur. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş rüsumun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 167 (bir yüz altmış yeddi) manat dövlət rüsumu Cavabdeh1, 193 (bir yüz doxsan üç) manat dövlət rüsumu isə Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 62510 (altmış iki min beş yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Paşayev Əİi Vəli oğluna ödənilsin. 73000 (yetmiş üç min) manat pul vəsaiti Cavabdeh2 alınaraq Paşayev Əİi Vəli oğluna ödənilsin. İddia hər iki cavabdehə münasibətdə qalmış hissədə rədd edilsin. 179 (bir yüz yetmiş doqquz) manat vəkil xərci Cavabdeh1, 208 (iki yüz səkkiz) manat vəkil xərci isə Cavabdeh2 alınaraq Paşayev Əİi Vəli oğluna ödənilsin. 167 (bir yüz altmış yeddi) manat dövlət rüsumu Cavabdeh1, 193 (bir yüz doxsan üç) manat dövlət rüsumu isə Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar