Məhkəmə qərarları › İş №2(080)-102/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-102/2022

05.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-102/2022 05.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sudan istifadəyə görə maneənin aradan qaldırılması tələbinə dair mülki işə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh tərəfindən su quyusundan istifadə etməyinə edilən maneənin aradan qaldırılması və onun özbaşına hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildimişdir ki, Ordubad rayonunun Vələver kəndində yaşayır. 1997-ci ildən əvvəl küçə qapısının ağzında oğlu ilə birlikdə quyu qazmışıdır . 25 ildir ki, həmin sudan istifadə eləmişdir. Qonşusu olan Cavabdeh indi həmin sudan istifadə etməyinə maneçilik törədir, ona gələn su trubasını kəsir. Dəfələr ilə həmin quyunu bərpa etdirmişdir. Lakin o özbaşınalıq edərək hərəkətlərini davam etdirir. İddiaçı müxtəlif inzibati orqanlara müraciət etsə də heç bir orqan onun hərəkətlərinin qarşısını almır. Bu səbəbdən də Cavabdeh tərəfindən su quyusundan istifadə etməyinə edilən maneənin aradan qaldırılması və onun özbaşına hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə mülki işə İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, o Ordubad rayonunun Vələver kəndində yaşayır. 1997-ci il ildə küçə qapısının ağzında quyu qazmışdır. 25 ildir ki, həmin quyunun suyundan istifadə etmişdir. Qonşusu Cavabdeh indi həmin sudan istifadə etməyinə maneçilik törədir, onun həyətinə gələn gələn su turbasını kəsir. Dəfələrlə həmin quyunu bərpa etdirmiş, lakin cavabdeh özbaşınalıq edərək hərəkətlərini davam etdirir. Müxtəlif inzibati orqanlara müraciət etsə də heç bir orqan onun hərəkətlərinin qarşısını almır Cavabdeh tərəfindən su quyusundan iddiaçının istifadə etməyinə edilən maneənin aradan qaldırılması və onun özbaşına hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.” Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil ifadəsində iddianı müdafiə etdiklərini və cavabdeh tərəfindən iddiaçının 1997-ci il ildə küçə qapısının ağzında qazdığı su quyusundan istifadəsinə maneənin aradan qaldırılması və onun özbaşına hərəkətlərinin qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddia tələbi ilə bağlı iddiaçı tərəfindən mülki iş üzrə şahid qismində Həbibov X3 X1 Cəfər Qulu oğlu Şahid3, Şahid4 dindirilməsi barədə vəsatət vermişdirdir. Məhəkəmə mülki iş üzrə Şahid4, Şahid5, Şahid3, Şahid2, və Şahid1 mülki iş üzrə şahid qismində dindirmişdir. Mülki iş üzrə məhkəmə baxışında ifadə verən Şahid5 ifadəsində, iddiaçı və cavabdehin onun qonşusu olduğunu iddiaçının həyətində sudan istifadə etdiyini lakin su quyusunun kimə aid olduğunu bilmədiyini ifadəsində bildirmişdir. Mülki iş üzrə məhkəmə baxışında ifadə verən Şahid1 ifadəsində, iddiaçının həyətində sudan istifadə etdiyini lakin su quyusunun kimə aid olduğunu və hansı müddətdən istifadə etdiyini bilmədiyini ifadəsində bildirmişdir. Mülki iş üzrə məhəkəmə baxışında ifadə verən digər şahidlər Şahid4 Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək iddiaçının sudan istifadə etdiyini ancaq su quyusunun kimə aid olduğunu bilmədiklərini ifadələrində bildirmişlər Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 135.4-cü maddəsinin tələbinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər.Torpaq sahələri,yer təki sahələri,ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr,binalar,qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələbinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə mülki iş üzrə tərəfələri dinləyib, sənədləri araşdırıb və iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə tərəfindən şahid qismində dindirilmiş şahid ifadələrinə əsasən iddiaçının tələbi təsdiqini tapmadığından iddia rədd edilməlidir. Məhkəmə iş üzrə işin faktiki halları araşdırıb və sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı Ordubad rayonunun Vələver kəndində mülkiyyətində və istifadəsində olmayan qonşu torpaq sahəsində quyu qazaraq həmin quyunun suyundan istifadə etmişdir. İddiaçının istifadə etdiyi quyu sahəsi Cavabdehun mülkiyyətində olmayan ancaq ödənişdə saxlanılaraq onun istifadəsinə verilmiş torpaq sahəsidir. Bu faktı 05 sentyabr 2022-ci il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin məhkəməyə ünvanlanmış rəyində də qeyd edilmişdir. Аzərbаycаn Rеspublikаsının Torpaq Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən torpaq istifadəçilərinin və icarəçilərinin torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdirlər. Аzərbаycаn Rеspublikаsının Su Məcəlləsinin 34-ci maddəsinin tələbinə əsasən su obyektlərindən istifadə hüququ bir şəxsdən başqasına bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadə məqsədlərini dəyişməmək şərti ilə keçə bilər. Аzərbаycаn Rеspublikаsının Torpaq Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən Ordubad rayonunun Vələver kəndində yerləşən su quyusundan istifadə edilməsinə maneənin aradan qaldırılmasına və onun özbaşına hərəkətlərinin qarşısının alınması barədə iddiaçının tələbi əsassızdır. Belə ki mübahisə edilən su quyusu ödəniş təyinatlı torpaq sahəsi kimi, iddiaçının istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşir və həmin su quyusundan istifadə qaydasını ancaq iddiaçı müəyyənləşdirə bilər. İddiaçı tərəfindən iddia tələbi ilə bağlı mülki iş üzrə şahid qismində dindirilməsini istədiyi və məhkəmə baxışında , mülki iş üzrə dindirilmiş şahidlər ifadələrində ancaq iddiaçının su quyusundan istifadə etdiyini təsdiq etdilər. Məhkəmə mülki iş üzrə tərəfələri dinləyib, sənədləri araşdırıb və iddiaçı tərəfindən şahid qismində dindirilməsini istədiyi və məhkəmə tərəfindən şahid qismində dindirilmiş şahid ifadələrinə əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi təsdiqini tapmadığından iddia rədd edilməlidir. Mülki işə əlavə edilmiş 26 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad Rayonu Vələver kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 28 aprel xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ordubad Rayonu Vələver kəndində yaşayır və qeydiyyatdadır Mülki işə əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin rəyindən görünür ki, mübahisə edilən su quyusu Cavabdeh hüququ sənədləri ilə müqayisədə artıq olduğundan ödənişdə saxlanılan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı oğu tərəfindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı su quyusundan istifadə etməyinə edilən maneənin aradan qaldırılması və onun özbaşına hərəkətlərinin qarşısının alınması tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar