Məhkəmə qərarları › İş №2(080)-104/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-104/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-104/2025 01.08.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 28.300 (iyirmi səkkiz min üç yüz) manat pulun, həmçinin ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh qzından alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehin mərhum əri X3 həmkəndli olaraq uzun müddət idi tanıyırdı. 2021-ci ilin avqust ayının sonlarında kənd meydanında olarkən həmkəndlisi Şahid1 ona yaxınlaşıb Müsafirin mağaza açmaq üçün pul axtardığını, buna görə ona borca pul verib-verə bilməyəcəyini soruşmuşdur. O da ona pul verə biləcəyinŞahid1i bildirdiyində, Şahid1 onda get özün onunla danış deyə bildirmişdir. O, mərhum Müsafirə yaxınlaşıb onunla danışb razılaşmışlar və onunla razılaşmağına ona pul verməyinə əsas səbəb Müsafirin əvvəllər ticarətlə məşğul olması, bacarıqlı və işini bilməyi idi.Həmçinin iddiaçının təklif etdiyi şərt onu da qane edirdi. Belə ki, onlar mağazanı şərik olaraq açmağa, gəlirin üçdə birinin ona ödənilməsi barədə razılaşmışdırlar. Misafirin ikinci həyat yoldaşı Vənənd kəndindən olduğu üçün Mağaza orada fəaliyyət göstərəcəkdi. Razılaşmadan bir gün sonra iddiaçı həmkəndlisi Şahid2lə Vənənd kəndində "Xan Çinar" kafesində Müsafirə 20.000 (iyirmi min) manat pulu təhvil verdiyini, bu zaman xx.xx.2021-ci il tarixdə aralarında sadə yazılı formada müqavilə də imzaladıqlarını və Müsafir aldığı borcu iki ilə qaytaracağını öhdəsinə götürmüşdür. Bunun sabahı günü mağazada mallar təhvil-təslim edilib fəaliyyətə başlamışlar.İddiaçı mağazaya getmir, on-on beş gündən bir Müsafirlə haqq hesab edir, aylıq ondan 200, bəzən də 300 manat şərik pulu alırdı. Bu minvalla onlar bir ilə yaxın bu qaydada işləmişlər. Bu ərəfələrdə Disər (indiki Başkənd) kəndində kənd mərkəzi tikilirdi ki, Müsafir həmin kənddə də mağaza götürmək niyyətində olduğunu bildirdi və ondan daha 10.000 (on min) manat pul istəmişdir.İddiaçı da həmin vaxt pulu olmadığı üçün həmkəndlisi Şahid2 10.000 (on min) manat pul alıb Müsafirə vermişdir. Bu zaman onlar əvvəlki müqavilələrin yeniləyib məbləğ dəyişikliyi etməklə yenidən imzalamışlar. Mərhum M.Quliyev ümumi borcu vəd etdiyi vaxtda ödəyəcəyinə söz verdi. Lakin, vaxtsız ölüm onun verdiyi vədə əməl etməsinə imkan vermədi. Belə ki, sonuncu verilmiş borcdan sonra mağazaya getdiyində Müsafir ona səhhətində problemlər olduğunu və müayinə üçün Bakıya gedəcəyini və bir müddət onu ötüşdürməli olduğunu bildirmişdir. O da ona etiraz etməmişdir. Bakıdan qayıtdıqdan sonra onun vəziyyətinin yaxşı olmadığı və ona İ qrup əlillik təyin olunduğu məlum olmuşdu. Bundan sonra Müsafirin qardaşı Raqibə vəziyyətlə bağlı bildirdikdə o qardaşı ilə danışmadığını, arvadı-Cavabdeh bildirdikdə isə ala bilirsənsə get al deyə bildirmişdir. Bundan bir müddət sonra isə Müsafir xəstəliyi ilə əlaqədar vəfat etdi ki, yenə həmin şəxslərə borcun qaytarılması ilə bağlı təkrar müraciətm nəticəsiz qaldığından hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Mərhum M.Quliyev müxtəlif vaxtlarda ona olan borcudan 1700 (bir min yeddi yüz) manat qaytarmışdır ki, hazırda mərhum cavabdehin ona 28.300 (iyirmi səkkiz min üç yüz) manat borcu qalmaqdadır. Mərhum M.Quliyevin ondan aldığı borcu məlum səbəblərdən qaytara bilməməsi, həmçinin onun yaxınları və ailə üzvləri dəfələrələ edilmiş xəbərdarlıqlara baxmayaraq M.Quliyevin ona olan borcunu ödəmək istəmələri səbəbindən ona xeyli miqdarda maddi ziyan vurulmuşdur ki, o mülki qanunvericiliyin müddəalarına əsaslanıb borclunun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. M.Quliyevin ona borclu olduğu 28.300 (iyirmi səkkiz min üç yüz) manat pul onun vərəsəsi Cavabdeh alınaraq onun xeyrinə ödənilməlidir.Bu səbəbdən də 28.300 (iyirmi səkkiz min üç yüz) manat pulun, həmçinin ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh qzından alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil 28.300 (iyirmi səkkiz min üç yüz) manat pul onun vərəsəsi Cavabdeh alınaraq onun xeyrinə ödənilməlidir.Bu səbəbdən də 28.300 (iyirmi səkkiz min üç yüz) manat pulun, həmçinin ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh qzından alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, onlar evləndikdən sonra 5-6 il Türkiyə Respublikasında yaşamışlar.Türkiyə Respublikasından 2020-ci ildə gələrkən satmaq üçün mal vurub gətirmişdilər.Onlar mallarını satmaq üçün kirayə mağaza axtarmışlar.Vənənd kəndində mağaza satıldığını öyrəndik və maraqlandıqda mağaza əşyaları ilə birlikdə 20.000 manata ilkin isə 10.000 manat pul ödənişi istəmişlər.Mərhum yoldaşı Düylün kəndində olan torpağını sataraq İddiaçı 7000 manat borc pul götürərək mart ayı alver yaxşı olduğu üçün 20.000 manatı qaytardı.7 ay hər ay isə 500 manat olmaqla mərhum yoldaşı İddiaçı ödəmiş, o isə mərhum yoldaşından nə qədər borclarının qaldığını soruşduqda borclarının qurtarmadığını, bu pulun faiz borcu olduğunu bildirmişdir.Cavabdeh atasından və bacılarından borc alaraq 5000 manat düzəldib İddiaçı verməsi üçün mərhum həyat yoldaşı Müsafirə vermişdir və İddiaçı pulu verildikdən sonra o bir daha mağazaya gəlməmişdir.İl yarım sonra İddiaçı mağazaya gələrək mərhum Müsafirin harada olmasını soruşduqda mərhum Müsafirin ağır xəstə olduğunu, evdə yataqda olduğunu dediyini, sizə yenə borcu var müraciət etdiyində İddiaçı mən sizə pul verməmişəm pul istəyəm cavabı vermişdir.Cavabdeh evə getdikdə mərhum Müsafirə İddiaçı yenə mağazaya gəldiyini bildirmiş, bu zaman mərhum Müsafir İddiaçı borcu olmadığını çörəyə əl basıb and içmişdir. Cavabdeh adına heç bir əmlakın olmadığını, övladları ilə birlkidə atası evində yaşadığını, X9 Kazımova 30.000 manat borcu olmadığını bilmədiyini, 7000 pul faizə götürdüklərini, həmin puluda qaytardıqlarını, mərhum Müsafirin 20.000 manat pul almağı barədə yazdığı xətt onun xətti olduğunu, Disərdə atasının adına 6000 manat kredit götürərək ikinci mağaza açdıqlarını, 5 il mərhum müsafirlə mağaza işlətdiklərini, Qasımın onlara şərik olamsı barədə mərhumun ona heçnə demədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid1 izahatında bildirmişdir ki,mərhum Müsafiri əvvəldən tanıyır, 10 il bunda əvvəl İstanbul şəhərində işlədiklərini, mərhum Müsafirlə görüşdüyü zaman kənddə mağaza açmaq istədiyini, ondan borca pul istədiyini, onunsa pulu olmadığını mərhuma bildirdiyini, Qasımda pul olacağını, Qasımdan faizə pul verə biləcəyini ondan öyrənməsini, ona bu barədə məlumatı olmadığını, mərhum Müsafir kəndə gələn zaman Qasımla onu tanış etdiyini, Qasım isə tanıdığı insanlara maddi cəhətdən köməklik etdiyini bildiyini, amma mərhum Müsafirə nə qədər pul verdiyini bilmədiyini, Qasımın Müsafirə pulu faizə və ya mağazaya şərik olması üçün verdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən şahid X8 izahatında bildirmişdir ki, ilini xatırlamır, Vənənd çayxanasında onun yanında mərhum Müsafirə Qasım 20.000 manat pul verbiyini, mərhum ikinci mağazanı açmaq üçün əlavə olaraq Qasımdan 10.000 manat pul istədiyini, Qasımda olmadığı üçün ondan istədiyini, şəhid ailəsi olaraq adının hallamasını istəmədiyi üçün 10.000 manatı mərhum Müsafirə verməsi üçün Qasıma verdiyini, Qasımda həmin 10.000 manatı yanımda Müsafirə verdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid3 izahatında bildirmişdir ki, mərhum Müsafirin Disərdəki mağazasında satıcı işləmiş, övladı tələbə olduğu üçün pula ehtiyacı olduğundan Səkinənən mağaza açdıqlarını ona dedikdə o da razılıq verib işlədiyini, işinin qarşılığında hər ay ona 250-300 manat məbləğində pul verdiyini, mağazada işlədiyi müddətdə İddiaçı bir dəfə mağazada gördüyünü, mərhum Müsafirə pul verdiyini və ya mağazaya şərik olması barədə heçnə eşitmədiyini, mağazaya malı mərhum maşınla gətirdiyini, X9 Kazımova faiz verməsini görmədiyini, mağaza mərhum Müsafirlə Qasım malı sayanda onun çölə çıxdığını, Qasımın ona mağazanı götürdüyündə onun mağazada işləyəcəyini dediyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən çıxış edən Şahid4 izahatında bildirmişdir ki, Şahid3 onun həyat yoldaşıdır.2 ilə yaxın Qəmər Səkinənin mağazasında işləmişdir.X9 Kazımova pul verdiyini görməmişdir. Şahid4 iddiaçı tərəfin suallarına cavab olaraq onun mağazada malları sayıb Qasıma təhfil verilməsi üçün saymadığını, Müsafirdən açarı almaq üçün getdikdə mağazanı başqasına təhvil verəcəyini demədiyini, həmin günün səhəri Müsafirin ona mağazanı Qasım işlədəcəyini dediyini, əgər icazə verərsə yoldaşının mağazada işləyə biləcəyini dediyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə mən Düylün kənd sakini İddiaçı serya AZE-0******* Düylün kənd sakini X1 AZE-15096920 dukan işlətməsi üçün 20.000 manat pul borca verirəm.Müqavilə ilə iki illiyinə verdim.İmzaları ilə təstiqləmişlər. xx.xx.2021-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə mən Düylün kənd sakini İddiaçı Düylün kənd sakini X4 30.000 manat maqazin işlətməyi üçün pul borca verirəm.Müqavilə ilə iki illiyinə verdim.İmzaları ilə təstiqləmişlər. AR-İİN 844674 saylı Etibarnamənin və xx.xx.2025-ci il tarixli EO-1909VK-9498/25 saylı Orderdən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkildur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, İddiaçı ilə X5 arasında borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borc alan şəxs isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun İddiaçı ödənilməmiş 28.300 manat borcu qalmışdır. Hazırda İddiaçı mərhumun vərəsəsi Cavabdeh borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi mərhum X2 vərəsələri olan arvadı Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun borc müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də borc müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Cavabdeh isə ona çatmış miras əmlak Vənənd kəndində işlətdiyi mağaza iddia tələbi həmin həddən az və ya cox olub olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 28.300 (iyirmi səkkiz min üç yüz) manat pulun, həmçinin ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun Cavabdeh qzından alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28.300 (iyirmi səkkiz min üç yüz) manat pulun və iddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun əvəzi Cavabdeh qzından alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar