Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-109/2023 16.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 400 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, O Naxçıvan şəhəri dörd yol ticarət mərkəzində 19 saylı mağazada (kirayəçi ) uşaq paltarları satır. Cavabdeh ondan bir neçə dəfə uşaq paltarı almışdı. Növbəti dəfə o qısa müddət ərzində ödəmək şərti ilə 160 (bir yüz altmış) manatlıq nisyə mal aldı. Sonra Cavabdeh yoldaşı ilə onun yanına gələrək həyat yoldaşını xəstəxanaya yerləşdirmək üçün 115 (bır yüz on beş) manat pul aldı. Daha sonra onun mağazda olmadığı müddətdə övladı Hüseynbəyli Elvin vaistəsi ilə onunla telefon əlaqəsi yaratdıqdan sonra onun icazəsi ilə əlavə xəstəxana adı ilə 125 (bir yüz iyirmi beş) manat pul almışdır. Cavabdeh ona 400 (dörd yüz) manat pul borcu var. Aldığı pulları 20 gün müddətinə qaytaracağına söz vermişdi. Cavabdeh dəfələrlə müraciət etməyinə baxmayaraq ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, Cavabdeh olundan 400 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh ilə təsadüfən onun mağazasında tanış olmuşdur. Cavabde ilə münasibətləri yarandıqdan sonra, onun mağazasından sonradan ödəmək şərti ilə 160 (bir yüz altmış) manatlıq nisyə mal almışdır. Bir müddət keçdikdən sonra, cavabdeh həyat yoldaşını xəstəxanaya yerləşdirmək üçün 115 (bır yüz on beş) manat, daha sonra isə onun mağazda olmadığı müddətdə övladı Hüseynbəyli Elvindən, onunla telefon əlaqəsi saxlayaraq əlavə olaraq da 125 (bir yüz iyirmi beş) manat məbləğində pul almışdır. Cavabdeh ona qısa müddətdə borclu olduğu 400 manatı qaytaracağı barədə söz verdi.Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan 400 manat borcunu ödəməkdən yayınır. İddiaçı, Cavabdeh olundan 400 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddia tələbinə cavabdehin iştirakı ilə baxılmışdır. Məhkəmə baxışında iştirak etmiş Cavabdeh ifadəsində iddiaçı ilə Naxçıvan şəhərində iddiaçının mağazasında təsadüfən tanış olduğunu, və sonradan bu tanışlıq nəticəsində iddiaçının mağazasından 160 (bir yüz altmış) manatlıq nisyə mal aldığını, bir müddət sonra isə 115 (bır yüz on beş) manat və əlavə olaraq iddiaçı ilə telefon əlaqəsi saxlayaraq onun razılığı ilə iddiaçının övladı olan Hüseynbəyli Elvin vaistəsi ilə onun mağazasından 125 (bir yüz iyirmi beş) manat pul götürdüyünü və iddiaçıya cəmi 400 manat məbləğində pul borcunun olduğunu ifadəsində bildirmişdir. Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsinin 04.04. 2023-cü il tarixli, 1068 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsində tətbiq edilən “Elektron Məhkəmə” sisteminin Şəxsiyyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh Ordubad Rayon Bist kəndində qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmədə iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi cavabdeh N. İxtiyarovdan alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz ) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-109/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-109/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver