Məhkəmə qərarları › İş №2(080)-111/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-111/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-111/2025 06.05.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, qarşı pul tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı 4845 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 68 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 06 may 2025-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinin geri qaytarılmasını, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 06 may 2025-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini geri qaytarılması ərizənin baxılmamış saxlanılması barədə etiraz etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 12 dekabr 2024-cü il tarixdə 25165 nömrəli qəbzlə ödənilmiş 68 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. 12 dekabr 2024-cü il tarixdə 25165 nömrəli qəbzlə ödənilmiş 68 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar