Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-112/2020 12.11.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ordubad Rayon Gənzə kənd sakini Cavabdeh 5000 ABŞ dolların və götürdüyü parçalara görə borclu olduğu 104.109.73 LT pulun ödəyəcəyi gün manata olan məzənnəsinə uyğun olaraq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 16 .06.2020-cu il tarixli ərizəsində bildirmişdir ki, mən İstanbul şəhərində yerləşən “AHENK”kumaş tekstil şirkətində işləyirəm.2017-ci ilin payız aylarında Cavabdeh mənim işlədiyim tekstil şirkətinə gələrək İstanbul şəhərində yerləşən Ziynet tekstil şirkətində işlədiyimi və bizdən parça almaq istədiyini bildirdi.Bu ünvanla bizim aramızda münasibətlər yarandı.Biz bir neçə dəfə görüşdükdən sonra xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh mənə bildirdi ki, Türkiyyə Respublikasında iş qurmaq istəyir.Ona görə də məndən xahiş etdi ki,ona 5000 ABŞ dolları borc verim işlərini görsün və yaxın aylarda mənim pulumu qaytarsın.Bizim səmimi münasibətlərimiz yarandığından mən Cavabdeh inanaraq ona 5000 ABŞ dolları borc pul verdim.Aradan bir neçə gün keçdikdən sonra yenə mənimlə görüşdü və bildirdi ki,bütün işlərim qaydasındadır, yaxın günlərdə gəlib sizdən parça götürəcəyəm və borcumu da yavaş-yavaş ödəyəcəyəm.Beləliklə Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə 096851 nömrəli faktura ilə ümumi dəyəri KDV ilə birlikdə 34.933.25.LT dəyərində 2432 metr xx.xx.2017-ci il tarixdə isə 096852 nömrəli faktura ilə cəmi dəyəri KDV ilə birlikdə 31.039.20 LT olan 1790 metr və xx.xx.2017-ci il tarixdə 096953 nömrəli faktura ilə ümumi dəyəri KDV ilə birlikdə 19.969.70 LT olan 2935 metr müxtəlif parçalar götürdü və bildirdi ki,yaxın günlərdə həmin parçalarında pulunu birlikdə digər borcu ilə birlikdə ödəyəcək.Aradan bir neçə gün keçdikdən sonra mən Cavabdeh pulu istədim.O, hərdən bir bəhanə edərək bu gün-sabah ödəyəcəyini bildirib az bir hissəsini ödəsə də ,borcun əksər hissəsini ödəmədi.Ona görə də mən 2018-ci il in yanvar ayından başlayaraq İstanbul 37-ci icra dairəsinə şikayət etdim.İcra dairəsində Cavabdeh əmlakının üzərinə həbs qoyuldu.Sonradan həmin əmlaklar hərraca çıxarıldı.Beləliklə də mən icra müddətində əlavə pul xərcləməli oldum.Beləliklə də götürmüş olduğu parçaların dəyərindən qalan 75.698.12 LT , götürülən xərc 6.888.53 LT , etibarnamə xərci 8.676.79 LT,toplam faiz miqdarı 2498.37 LT,məxrəflərin miqdarı 10.347.92 LT,cəmi Cavabdeh götürülmüş olduğu parçalardan dolayı mənə olan toplan borcu 104.109.73 LT olmuşdur. Nəhayət xx xxxxxxx 2018-ci il tarixdə təkrarən mən Cavabdehla yenidən görüşdüm.O, mənə bildirdi ki,hazırda mənim sənin bütün borclarını ödəmək imkanım yoxdur.Ona görə də 5000 ABŞ dollarını bura qatmamaq şərti iləbelə bir razılığa gələk ki, mən sənə 80.000.00 LT dəyərində çek verim səndə çəkmiş olduğun digər məsrəflərdən imtina et.Mən fikirləşdim ki, başqa yolla bundan pul ala bilməyəcəyəm.Ona görədə bu şərtlə razılaşdım.Beləliklədə Cavabdeh xx xxxxxxx 2018-ci il tarixdə Zirat Bank A.Ş.Okmeydanı İstanbul şöbəsinə aid ******* nömrəli 80.000.00 tl, dəyərində çek yazıb mənə təqdim etdi.Mən də həmin çeki xx xxxxxx 2018-ci il tarixdə pulumu almaq üçün bankaya təqdim etdim və bankdə məlum oldu ki,həmin çek saxtadır.Beləliklədə bank həmin çekə əl qoydu və çek saxta olduğu üçün həmin çeki İstanbul Respublikası Baş Prokurorluğuna göndərdi.Bundan sonra Prokurorluqda Cavabdeh barəsində cinayət işi başladı.Hazırda Cavabdeh barəsində Türkiyyə Respublikasında cinayət işinin aparılması yubanır.Ona görə də məcbur qalıb mülki qaydada Cavabdeh qeydiyyatda olduğu Ordubad Rayon Məhkəməsində iddia qaldırmaq qərarına gəldim.Ona görə də Cavabdeh mənə saxta çek təqdim edərək aldatdığına görə onunla aramızda olan razılaşmaya əsasən 80.000.00 tl, deyil onun mənə borclu olduğu toplam 104.109.73 LT və 5000 ABŞ dolları borcun ödənilməsini tələb edirəm. İddiaçının vəkili və nümayəndəsi Cəfərov X3 Rayon Gənzə kənd sakini Cavabdeh borc olaraq almış olduğu 5000 ABŞ dolların və götürdüyü parçalara görə borclu olduğu 104.109.73 LT pulun ödəyəcəyi gün manata olan məzənnəsinə uyğun olaraq alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək ifadəsini bitirmişdir. Cavabdeh oğluna qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini əsas götürərək mülki işə cavabdehi qanunveruciliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasını əsas götürərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının, vəkili və nümayəndəsinin izahatnı, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. . Mülki işə əlavə edilmiş 04.mart 2020-ci il tarixli etibarnamədən və orderdən görünür ki Cəfərov X4 İddiaçı vəkili və nümayəndəsidir. Mülki işə əlavə edilmiş 24. 02.2020-tarixli İstanbul Respublika prokurorluğunun protokolunda Borclu Cavabdeh İddiaçı 80000 tl çek ödəniş vaistəsi kimi vermiş borc verən isə cababdehin verdiyi çek qarşılığında ona olan borcunun bitdiyini bildirmişdir. Mülki işə əlavə edilmiş 24. 02.2020-tarixli 2018/1249 nömrəli İstanbul 37-ci İcra İdarəsinin sənədində borc alan tərəfindən 104109.73 tl borc verənə borclu olduğu qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 07 11.2018-tarixli Ziraat Bankası Osmanbey filalının Ədliyyə Nazirliyinin İstanbul Respublikası Baş prokurorluğuna ünvanladığı məktubunda çek müştərisi Batıköy Emlak İNŞ.TAAH.TİC.SAN.LTD. ŞTY-yə(VÖEN:**********) məxsus ******* nömrəli 80000tl məbləğli çek xx.xx.2018-ci il tarixli çekin saxta olduğunu qeyd etmişdir. Mülki işə əlavə olunmuş Ordubad rayon Gənzə kənd İƏDÜN-si tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 102 saylı arayışdan görünür ki, Cavabdeh oğlu Ordubad Rayonu Gənzə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Türkiyə Respublikası İçişleri Bakanlığı tərəfindən verilmiş Türkiyə Respublikası Kimlik Kartından Görünür ki Göç Veysel Naci oğlu xx.xx.1963-cü ildə doğulmuş və Türkiyə Respublikası vətandaşıdır Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür .Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2cü maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.5. maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.i Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin ediləcəyi düşünüldüyündən iş üzrə məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun və hüquqi xərclərin əvəzi, cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bu səbəbdəndə iddiaçının cavabdehə verdiyi pul başqa valyuta növündə olduğundan, məhkəmə belə hesab edir ki, ödəniş vaxtı həmin günün məzənnəsi ilə milli manat ekvivalentində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüququ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işlərin hallar başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.3 və 360 maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 ABŞ dolarının və 80.000 TL pulun məbləğində borcun qətnamə icra olunduğu günə olan Azərbaycan Republikasının Mərkəzi Bankının manata olan rəsmi məzənnəsi nəzərə alınmaqla manat ekvalentində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-112/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-112/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver