Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-112/2023 12.04.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Üzeyir oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Ordubad Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim : İddiaçı Üzeyir oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı Üzeyir oğlunun xeyrinə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli (kredit) müqavilələrinə əsasən 7000 (yeddi min) manat məbləğində borc məbləğinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizəni yoxlayaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərin ilk öncə razılığı ilə həll edilməsi nəzərdə tutulduğu halda iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət etmədiyindən, riayət edildiyi halda isə buna dair sənəd iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, İddiaçı Üzeyir oğlu tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun ödənilməsini, iddia ərizəsinin geri qaytarılmasını və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Üzeyir oğlu tərəfindən ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Üzeyir oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu İddiaçı Üzeyir oğluna geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-112/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-112/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver