Məhkəmə qərarları › İş №2(080)-117/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-117/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-117/2020 01.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ OrdubadRayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlu iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh HətəmovÜlvü İlham oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatqaydasında müqavilədən əmələ gələn öhdəlik üzrə mübahisə (borcun tutulması) tələbinədair mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” KB ASC-i məhkəməyə iddia ərizəsiilə müraciət etmiş, cavabdeh X1 07.10. 2019-cu iltarixli, PKZ-2012-02 AL saylı kredit müqaviləsi üzrə 1253.34 manat əsas borc, 65.57manat faiz borcun, cəmi 1318.91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş30 manat məbləğində pulun “xxxxxxx” KB ASC-in xeyrinə tutulması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxx” KB ASC-in nümayəndəsi iddia ərizəsinionunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxx” KB ASC-i arasında07.10. 2019-cu il tarixli, PKZ-2012-02 AL saylı kredit müqaviləsi imzalanmış, Ü.Hətəmov “xxxxxxx” KB ASC-ən istehlak məqsədləriüçün 24 ay müddətinə 21% ödəmək şərti ilə 1498 manat məbləğində kreditverilmişdir. “xxxxxxx” KB ASC arasında bağlanmış kredit müqaviləsinin şərtlərinəəsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdəkredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin Cavabdehmüqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam ödəməmişdir. xx.xx.2019-cu il tarixli, PKZ-2012-02 AL saylı kredit müqaviləsi üzrə 1253.34 manat əsasborc, 65.57 manat faiz borcu, cəmi 1318.91 manat borcu vardır. Xəbərdarlıqedilməsinə baxmayaraq, Ü.Hətəmov borcu ödəməkdən yayınır.İddiaərizəsinə əlavə edilmiş sənədlərdən “xxxxxxx” KB ASC-in tələbinin sübutayetdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər yekun məhkəməqərarının çıxarılması üçün kifayətdir. Odur ki, iddianın təmin edilməsi barədəqətnamə çıxarılmalıdır.Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyənedildi ki, “xxxxxxx” KB ASC-i və cavabdeh arasında 07.10. 2019-cu il tarixli,PKZ-2012-02 AL saylı kredit müqaviləsi imzalanmış, Ü.Hətəmov “xxxxxxx” KB ASC-ən24 ay müddətinə21% olmaqla 1498 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrininşərtlərinə əsasən cavabdeh borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehkredit müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icraetmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyəmüraciət edilmiş, bunun üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasənməhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasıkimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsiaşağıda qeyd edilən maddi hüquq normaları baxımından da qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-cimaddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsivə ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinəgörə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalaramülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynikeyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsibaşa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasənöhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyəborcludur. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olanöhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasənkiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyədaxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmiqaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehinəsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edənsənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydadaaldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmışetirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isəelektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imzavə elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdətutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyəgöndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzindəişə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən vətərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işinhəllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavəolunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-ProsessualMəcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumucavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan RespublikasıMPM-nin 284-5- 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin.HətəmovÜlvü İlham oğlundan “xxxxxxx” KBASC-in xeyrinə 1253.34 manat əsas borc, 65.57 manat faiz borcun, cəmi 1318.91 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş30 manat dövlət rüsumu pul tutulsun.Qətnamədənrəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsiləNaxçıvan X2 Məhkəməsinin Mülki Kollegiyasına apellyasiyaşikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəməqətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) aykeçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar