Məhkəmə qərarları › İş №2(080)-120/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-120/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-120/2020 26.11.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ordubad Rayon Vənənd kənd sakini Cavabdeh1 1000 ABŞ Dollarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, yaxından tanıdığı, dostluq etdiyi və hərbi xidmətdə bir yerdə olduğu Cavabdeh1 ilə yaxın münasibətdə olub dostluq etmişlər.Xidməti başa çatdıqdan sonra onlar bir-biri ilə yaxın dostluq münasibətlərini davam etdirmişlər.Cavabdeh1 işləmək üçün Rusya Fedarasiyasına getsə də onlar yenədə telefonla əlaqə saxlamışlar.Bir müddət sonra Mərhəməd ona zəng edərək bir az pul cəhətdən sıxıntısı olduğunu, 300 dollar pula ehtiyacı olduğunu bildirmiş, İddiaçı bir dost kimi 300 dollar Cavabdeh1 Bank vasitəsi ilə göndərmişdir.Bir neçə ay sonra Mərhəməd ona zəng vuraraq Rusyada Dönərxana açmaq istədiyini, onu isə şərik edəcəyini bildirib bunun üçün isə hər birinə 1000 ABŞ dolları pul lazım olacağını bildirdikdə İddiaçı 1000 ABŞ dolları Cavabdeh1 Rusyada yaşadığı ünvana Rabitəbank vasitəsi ilə X3 Korona adlanan banka göndərmişdir.Cavabdeh1 pulu göndərdikdə əgər gələcəkdə pulla bağlı hər hansı problem çıxarsa və ya iş alınmazsa pulu ondan alacağını İddiaçı bildirmişdir. Cavabdeh1 İddiaçı uzun müddət keçməsinə baxmayaraq Rusiyaya işləməyə çağırmamış, sonradan işlər alınmır, pulun məndədir nə vaxt istəsən göndərə bilərəm demişdir.İddiaçı qardaşı gözdən ikinci qrup əlildir, müalicə üçün pul lazım olduğundan Cavabdeh1 pulumu geri istəmiş, Cavabdeh1 pulu bir həftəyə göndərəcəyini bildirsə də üstündən iki il keçməsinə baxmayaraq pulu qaytarmamışdır. Cavabdeh1 İddiaçı vatcap vasitəsi ilə pulu qaytaracağını bildirsə də qaytarmamışdır. İddiaçı Cavabdeh1 zəng vurduğunda zənginə cavab vermədiyini, onu telefonda qara siyahıya atmışdır. İddiaçı Cavabdeh1 2019-cu ilin payızında evlərinə gəlmiş, Ordubad Rayonu Vənənd kəndində olması barədə isə İddiaçı heç nə deməmişdir.İddiaçı Cavabdeh1 Vaççapda şəkil paylaşanda gördükdə Cavabdeh1 zəng edib əlaqə saxladıqda ata və anası xəstə olduğundan həkimə aparacağını bildirmiş, İddiaçı isə insanlıq edərək xəstəsi olduğundan Cavabdeh1 heç nə deməmişdir..Bir müddət sonra M.X5 getmiş, bu ilin mart ayı İddiaçı Cavabdeh1 qardaşı Cavabdeh2 ilə əlaqə saxlayıb görüşmüş, olanları ona bildirmişdir. Cavabdeh2 İddiaçı haqlı olduğunu bildirmiş, İddiaçı şərik payına isə qardaşı Cavabdeh2 şərik edərək dönərxanı bir yerdə işlətmişlər.Bu barədə İddiaçı Naxçıvan MR Prokurorluğuna bu barədə bildirdikdə Prokurorluqda Cavabdeh2 İddiaçı 200 ABŞ dollarını, 100 ABŞ dollarını isə 2 dəfəyə qaytardığını, 1000 ABŞ dolları borcu isə indiyə qəsər qaytarmadıqlarını, Cavabdeh1 İddiaçı sənin yanında xəcalətliyəm, utandığımdan sənin zənglərini qəbul etmirəm, sənə cavab yaza bilmirəm yazmışdır. İddiaçı Cavabdeh1 1000 ABŞ Dollarının ödəniş vaxtı həmin günün məzənnəsi ilə milli manat ekvivalentində pul alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini əsas götürərək mülki işə cavabdehi qanunveruciliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasını əsas götürərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində keçirilən məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 İddiaçıla qardaşı Cavabdeh1 aralarında olan borc haqqında xəbəri olmadığını, 5 ay əvvəl İddiaçı ona zəng edib bu barədə dedikdən sonra kəndin kafesində görüşdükdə İddiaçı Cavabdeh1 göndərdiyi pul məsələsini ona deiyini, qardaşı Cavabdeh1la əlaqə qurub danışacağını İddiaçı bildirdiyini, qardaşı Cavabdeh1la əlaqə saxladığınğ, ona bəli İddiaçı dönər üçün ona pul göndərdiyini bildirdiyini, ancaq İddiaçı Rusyaya vaxtında getmədiyini, dönər isə işləmədiyindən ziyan etdiyini, həmin dönər yerini isə bağlandığını, Cavabdeh2 Naxçıvan MR Prokurorluğuna çağırıb bildirildikdə, qardaşının İddiaçı borcu var, ona isə pul lazımdır, o, 200 ABŞ dollarını qaytardığını, sonra 100 ABŞ dollarını 2 dəfəyə gətirib İddiaçı verdiyini, onun ailəli olduğunu, iki övladının olduğunu, özününsə işləmədiyini, İddiaçı tanıdığını, qardaşı Cavabdeh1la əsgərlikdə bir yerdə xidmət etdiklərini, hərbi xidmətdən sonra dostluqlarını davam etdirdiklərini, qardaşı ona bu barədə heç nə demədiyini, Cavabdeh1 İddiaçı dönər işlətmələri üçün pul aldığını, pulun isə batdığını, Cavabdeh1 müflis olduğunu, hal hazırda isə başqasının yanında işlədiyini bildirərək ifadəsini bitirmişdir. Məhkəmə iddiaçının izahatnı, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş :xx xxxx 2018-ci il tarixli 1009BV saylı Rabitəbank qəbzinin surətindən görünür ki, İddiaçı 1009 USD Zolotoy Korona Bakına pul göndərmişdir. Rabitəbank OAO tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş qəbzin surətindən görünür ki, Zamanov X8 vastəsi ilə Cavabdeh1 ********* hesab nömrəsi ilə 1000 USD göndərmiş, 9 USD göndəriş üçün xidmət haqqı ödəmişdir. OAO Kapitalbank tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş qəbzin surətindən görünür ki, Zamanov X6 vastəsi ilə Cavabdeh1 ********* hesab nömrəsi ilə 300 USD göndərmişdir. xx.xx.2020-ci il tarixli 757 saylı arayışdan görünür ki, Cavabdeh1 oğlu Ordubad Rayonu Vənənd kəndində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli 756 saylı arayışdan görünür ki, Cavabdeh2 oğlu Ordubad Rayonu Vənənd kəndində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli 170 saylı arayışdan görünür ki, İddiaçı Babək Rayonu Qahab kəndində yaşayır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür .Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2cü maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.5. maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.i Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Mirbaba oğlundan 1000 ABŞ dolları ödəniş vaxtı həmin günün məzənnəsi ilə milli manat ekvivalentində pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Zamanov X8 vasitəsi ilə 1000 ABŞ dolları Zolotaya Korona bankına pul göndərmiş, Cavabdeh1 tərəfindən həmin məbləğ Rusya Fedarasiyasında qəbul edilmişdir.İddiaçı iddia ərizəsində və sübut kimi məhkəmə iclasında təqdim etdiyi Vatçap çıxarışlarından görünür ki, cavabdehin qeyd edilmiş borc məbləğini qaytarmamış, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir.İddiaçı izahatında 300 ABŞ dollarının cavabdehin qardaşı tərəfindən ödənildiyini, bu barədə iddiaçı məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh E.Seyidovdan 1000 ABŞ dolları manat ekvalentində borc alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bu səbəbdəndə iddiaçının cavabdehə verdiyi pul başqa valyuta növündə olduğundan, məhkəmə belə hesab edir ki, ödəniş vaxtı həmin günün məzənnəsi ilə milli manat ekvivalentində ödənilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi cavabdeh E.Seyidovdan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 1000 ABŞ dolarının ödəniş vaxtı həmin günün məzənnəsi ilə milli manat ekvivalentində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X7 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar