Məhkəmə qərarları › İş №2(080)-120/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-120/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-120/2021 27.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X8 Haqverdiyevin sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Cavabdeh 1300(bir min üç yüzi) manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, vəkili və nümayəndəsi ilə təmsil edilmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan, vəkili və nümayəndəsinin iştirakı ilə baxmışdır. İddiaçı iddiasını onunla əsaslancırmışdır ki, Cavabdeh onun sabiq qaynatası olub. Cavabdeh Bakı şəhəri, Hökməli qəsəbəsində torpaq almaq üçün 2018-ci ildə 3000.00( üç min) manat pul vermişdir. Cavabdeh qızı Çinarə Novruzova ilə ailə münasibətləri pozulduqdan sonra Cavabdeh qeyd olunan ərazidə torpaq sahəsinin onun adına alınmasını inkar etdi. Qeyd olunan torpaq sahəsinin alınmasına dair Cavabdeh ilə aralarında mübahisə ilə bağlı 15.09.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh Binəqədi RPİ-nin 40-cı PB-nə çağırılmış və izahatı alınmışdır. Cavabdeh Binəqədi RPİ-nin 40-cı PBdə 20.09.2020-ci il tarixdə verdiyi izahatında torpaq sahəsini İddiaçı adna alınmasından xəbəri olmadığını, ona 1300.00(bir min üç yüz) manat bank vasitəsilə göndərdiyi pul borcu olduğunu etiraf etmiş və pulu olanda qaytaracağını göstərmişdir. Cavabdeh 1300.00(bir min üç yüz) manat borc pulun, ödənilmiş 30.00(otuz) manat dövlət rüsumu, hüquqi yardıma görə vəkilə ödənilmiş 200.00(iki yüz) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Seyidov Mircəlal Cəfər oğlu iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı sabiq qaynatası olub. İddiaçı Cavabdeh Bakı şəhəri, Hökməli qəsəbəsində torpaq almaq üçün 2018-ci ildə 300.00( üç min) manat pul vermişdir. Cavabdeh qızı Çinarə Novruzova ilə İddiaçı ailə münasibətləri pozulduqdan sonra Cavabdeh qeyd olunan ərazidə torpaq sahəsinin onun adına alınmasını inkar etdi. Qeyd olunan torpaq sahəsinin alınmasına dair İddiaçı Cavabdeh ilə aralarında mübahisə ilə bağlı 15.09.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Cavabdeh Binəqədi RPİ-nin 40-cı PB-nə çağırılmış və izahatı alınmışdır. Cavabdeh Binəqədi RPİ-nin 40-cı PB-də 20.09.2020-ci il tarixdə verdiyi izahatında torpaq sahəsini İddiaçı adna alınmasından xəbəri olmadığını, İddiaçı 1300.00(bir min üç yüz) manat bank vasitəsilə pul göndərdiyini və pulu olanda borcunu qaytaracağını göstərmişdir. İddiaçının nümayəndəsi və vəkili Seyidov Mircəlal Cəfər oğlu Cavabdeh 1300.00(bir min üç yüz) manat borc pulun, ödənilmiş 30.00(otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200.00(iki yüz) manatın alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ilə təmsil edilmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan, nümayəndəsinin iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, həyat yoldaşı Cavabdeh E Novruzovdan pul borca almış və qaytarmalıdır. Ancaq indiki vəziyyətlə əlaqədar pulu tam şəkildə verə bilmədiyindən hissəhissə qaytaracaqdır. İş materiallarında olan- Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində 15.09.2020-ci və 17.09.2020-ci il tarixli izahatlarda görünür ki, “Cavabdeh həqiqətən də İddiaçı 1300 manat borcu vardır. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1986-cı ildə Azərbaycanda doğulmuşdur. 77 saylı 17 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu Darkənd kəndində qeydiyyatdadır. 32 saylı 19 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ordubad rayonu Yuxarı Əylis kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Мəhkəmə iddiaçının vəkili və nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1300 manat pul alınıb İddiaçı oğluna verilməliidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə Bank vasitəsi ilə cəmi 1300 manat borc pul vermiş, cavabdeh iddiaçıdan 1300 manat borc pul aldığını, iddiaçıya 1300 manat borcunun olmasını etiraf etməsi barədə izahat yazmışdır. Cavabdeh borcun etirafı barədə izahatında üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1300 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya 1300 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin yazdığı izahat ilə təsdiqlənir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi tərəfləri razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 1300 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 1300 manat borcunun olması sübuta yetir, ona görə də Cavabdeh 1300 manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300(bir min üç yüz) manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar