Məhkəmə qərarları › İş №2(080)-120/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-120/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-120/2022 03.10.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 8000 manat məbləğində pulun və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh 2018-ci ildən tanıyır. Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzində paltar satmışlar. Naib hərdən dollar satışı ilə də məşğul olmuşdur. Satdığı paltarları əsasən Türkiyə Respublikasından alır. Türkiyədən dollar qarşılığında paltar alan zaman əldə etdiyi gəlir çox olur. Naiblə razılaşmışdır ki, ona 8000 manat versin, Naib isə əvəzində ona ABŞ dolları versin. 2020-ci ilin avqust ayinda Naibə 8000 manat pul vermişdir. Təxminən bir aydan sonra Naibdən 8000 manatın qarşılığında dolları istəmiş, ona başqa şəxslərdən alacağının olduğunu, alan kimi 8000 manatın əvəzinə dollar verəcəyini bildirmişdir. Naibə 2021-ci ilin noyabr ayına qədər möhlət vermiş, 2021-ci ilin dekabr ayında Naiblə görüşə bilməmiş, mobil telefonuna zəng etmiş, nömrəni bloka atdığını bilmiş, zəngləri qəbul etməmişdir. Sonra Naibin Bakı şəhərinə getdiyini öyrənmiş, bu barədə onun qardaşı Vahidə demiş, Vahid isə “mən onun işinə qarışmıram, get məhkəmə yolu ilə pulunu al” demişdir. Əvvəllər aralarında whatsapp yazışmaları olmuş, ondan 8000 manat pulu istəmiş, whatsappda yazaraq öhdəsinə iki üç ay ərzində 8000 manatı qaytaracağını bildirmişdir. Təxminən bir ilə yaxındır ki, telefon zənglərini, whatsapp yazışmalarını qəbul etmir. Məlumatı var ki, Naib Bakı şəhərində biznes fəaliyyəti ilə məşqul olur. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdehə 8000 manat məbləğində pul verməsini təsdiq edən yazılı sübutu, şahidi yoxdur. İddianın təmin edilməsini, 8000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxrılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil2 iddianı müdafiə etmiş, izahatında bildrmişdir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının cavabdehə qarşılığında ABŞ dolları alması üçün 8000 manat pul verməsi təqdim edilmiş sübutlarla, whatsapp yazışmaları ilə öz təsdiqini tapır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclaslarında cavabdehin nümayəndəsi vəkili Vəkil1 iştirak etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi vəkili Vəkil1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehə 8000 manat məbləğində pul verməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus olan ********* telefon nömrəsi ilə whatsapp yazışmalarında cavabdehin “sənin pulun çatacaq” yazması cavabdehin iddiaçıya 8000 manat məbləğində borcunun olması və ya cavabdehin etirafı kimi qəbul edilə bilməz. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi-vəkilninin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia ərizəsində, izahatında qeyd etmişdir ki, Cavabdeh 2020-ci ilin avqust ayında qarşılığında ABŞ dolları alması üçün 8000 manat pul vermişdir. İddiaçı ********* telefon nömrəsi ilə whatsapp yazışmalarını sübut olaraq məhkəməyə təqdim etmiş, cavabdehin “sənin pulun çatacaq” yazısının cavabdehə 8000 manat pul verməsini, cvabdehin ona 8000 manat borcunun olmasını təsdiq etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi isə tərəflər arasında hər hansı bir yazılı və ya şifahi müqavilənin, cavabdehin iddiaçıya 8000 manat pul borcunun olmamasını bildirmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi iddiaçı pul borcunun alınması üçün pul öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası MM-nin 439-cu maddəsinə istinad etmişdir. Məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Belə ki, pul ödəliyinin icrası tələb edilirsə, tərəflər arasında yazılı və ya şifahi müqavilə bağlanmalı və müqavilədə tərəflərin öhdəlikləri müəyyən edilməli idi. Lakin iddiaçı tərəfindən cavabdehlə aralarında borc və ya başqa müqavilənin bağlanması ilə bağlı, ümumiyyətlə cavabdehə hansısa səbədən 8000 manat məbləğində pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ********* telefon nömrəsi ilə whatsapp yazışmalarında cavabdehin “sənin pulun çatacaq” yazısı isə cavabdehə 8000 manat pul verməsini, cavabdehin ona 8000 manat borcunun olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə 8000 manat məbləğindı pul verməsi sübut olunmadığında iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh 8000 manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar