Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-129/2021 24.12.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC-nin nümayəndəsi Rüfət Cəfərov məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1680 (bir min altı yüz səksən manat ) manat əsas borc, 1053.69(bir min əlli üç manat altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə 2733.69 (iki min yeddi yüz otuz üç manat altmış doqquz qəpik) manat manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Rüfət Cəfərov iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC arasında 17 oktyabr 2019-cu il tarixli, 544-1***-******* nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh 12 ay müddətində 44 % dərəcəsi ilə 1680 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürmüş, lakin öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam ödəməmişdir. Nəticədə 19 iyun 2021-ci il tarixə Cavabdeh banka 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1680 (bir min altı yüz səksən manat ) manat əsas borc, 1053.69(bir min əlli üç manat altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə 2733.69 (iki min yeddi yüz otuz üç manat altmış doqquz qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi xəbərdarlıq olunmuş, rəsmi qaydada bildiriş göndərilmiş, lakin borcun qaytarılması təmin edilməmişdir. 09 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, ifadəsində Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC arasında 17 oktyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, Cavabdeh 12 ay müddətində 44 % dərəcəsi ilə 1680 manat məbləğində kredit verilmişdir. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək borcunu ödəməmişdir. Cavabdeh 1680 (bir min altı yüz səksən manat ) manat əsas borc, 1053.69(bir min əlli üç manat altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə 2733.69 (iki min yeddi yüz otuz üç manat altmış doqquz qəpik) manat borcun və 30 manat dövlət rüsumu məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Rüfət Cəfərova məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclaslına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 17 oktyabr 2019-cu il tarixli, 544-1***-******* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC və Cavabdeh arasında kredit kartı müqaviləsi bağlanmış, Cavabdeh illik 44 % dərəcəsi ilə 1680 manat məbləğində kredit verilmişdir. 1 nömrəli əlavədən görünür ki, cavabdeh N.Hüseynova 17 oktyabr 2019-cu il tarixli, 544-1***-******* nömrəli kredit müqaviləsi üzrə banka 2021-ci il tarixə 1680 manat əsas, 426.76 manat faiz borcu ödəməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən bank müştəriyə malların əldə edilməsi üçün kredit müqaviləsində qeyd edilən şərtlərlə malların əldə edilməsi üçün kredit verir, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış barclarını müqavilə ilə müəyyən edilmiş qaydada 1 nömrəli əlavədə müəyyən edilən qaydada kreditora ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinin 4.1-ci bəndində əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 1680 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləğləri borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqavilələrinə əsasən həmin məbləğləri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit müqavilələri üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 oktyabr 2019-cu il tarixli, 544-1***-******* nömrəli kredit müqaviləsi üzrə 1680 (bir min altı yüz səksən manat ) manat əsas borc, 1053.69(bir min əlli üç manat altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə 2733.69 (iki min yeddi yüz otuz üç manat altmış doqquz qəpik) manat borcu alınaraq "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC-in hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. "xxxx" Bank olmayan Kredit Təşkilatı QSC və Cavabdeh arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, 544-1***-******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh FinTrend” Bank olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə 1680 (bir min altı yüz səksən manat ) manat əsas borc, 1053.69(bir min əlli üç manat altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə 2733.69 (iki min yeddi yüz otuz üç manat altmış doqquz qəpik) manat borcun və 30 manat dövlət rüsumu məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr:Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-129/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-129/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver