Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-130/2023 25.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı su arxına yaranmış maneənin aradan qaldırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinə gələn su arxına Cavabdeh Sadiq oğlu tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki, Orduba rayonun Vənənd kəndində yerləşən həyətyanı sahəsinə gələn su arxından istifadə etməyinə onunla qonsu olan Cavabdeh Sadiq oğlu maneçilik törədir. İddiaçı hazırda 63 yaşı var Uzun illərdir ki, onlar ailəliklə həmin arxdan istifadə etmişlər.İddiaçı həyətə gələn həmin su arxının mövcüdluğu bütün texniki sənədlərdə öz əksini tapmışdır. Belə ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon idarəsinə bu haqda ünvanladığı müraciətinə cavab olaraq Vənənd kəndində aparılan torpaq islahatı zamanı tərtib olunmuş yerqurulusu planında Cavabdeh adına ölçülmüş 994A nömrəli həyətyanı torpaq sahəsi ilə X2 adına ölçülmüş 993 A nömrəli həyətyanı torpaq sahəsi arasında su yolunun olduğu göstərilmiş və plana alınmışdır. Cavabdeh adı çəkilən su yolunu kəsməklə qonşusu İddiaçı həyətyanı torpaq sahəsinin suvarılmasına ciddi çətinliklər yaratdığından haqlı narazılığa səbəb olunmuşdur. Həmçinin Cavabdeh müvafiq izahat verilmiş, 2 dəfə isə həmin məsələ ilə əlaqədar yerində baxış keçirilmişdir. Buna baxmayaraq, bu günə qədər Cavabdeh vətəndaşın su yolundan istifadəsinə lazımı şərait yaratmamışdır. Bundan əlavə İddiaçı məsələ ilə bağlı Odubad rayon İcra hakimiyyətinə və Ordubad rayon polis bölməsinə də müraciət etmişdir , ancaq bir nəticəsi olmamışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət edir. İddiaçı həyətyanı torpaq sahəsinə gələn su arxına Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil ifadəsində iddianı müdafiə etdiklərini, İddiaçı həyətyanı torpaq sahəsinə gələn su arxına Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ifadəsində bildirmişdir ki, onun mane yaratdığı iddia edilən su arxı onunla günəş çıxan tərəfdə qonşu olan Zahid Əkbərov arasında sərhəd olaraq mövcud idi.Günəş batan tərəf olaraq öz yerindən hasar hörmüşdür.Qarşı tərəf Zahid Əkbərov su arxını dolduraraq ləğv etmiş, 2018-ci ildə edilən bu dəyişikliyi 2006-cı ildə kitaba saldırmış, bu barədə cavabdehə demişdir. A.X8 səbəbini soruşduqda 206-cı ildə peykdən belə çəkildiyini bildirmişdir.Cavabdeh bu barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə bu barədə müraciət etmiş, Bələdiyyə sədri olan zaman Z.Əkbərovun bu dəyişikliyi etdiyini ifadəsində bildirmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinin nümayəndəsi X3 iddia edilən su arxı ərazisinin tərəflərdən heç kimin mülkiyyətində olmadığını, 50.2 kvadrat metr bələdiyyənin balansında olduğunu və həmin su arxının keçdiyi ərazinin bələdiyyə ərazisi olduğunu mövcud bildirmiş və bu barədə Ordubad Rayon Vənənd kəndində yerləşən torpaq sahəsinin yerqurluşu planından çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X16 ifadəsində bildirmişdir ki, mübahisəli arxdan İddiaçı istifadə etdiyini onun hər kəsdən eştdiyini, sonradan Cavabdeh S.İsmayolovun həyətinə gedən arxı kəsdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində, onun Ordubad Rayonu Vənənd kəndində yaşadığını, Cavabdeh İddiaçı gedən arxını ləğv etdiyini, 1964-cü ildən həmin su arxından istifadə edərək ərazilərini suvardıqlarını, Cavabdeh son vaxtlara qədər həmin su arxından istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, İddiaçı, Cavabdeh hazırda bağladığı ərazidən su arxı və yolu olduğunu, son iki ildir ki, Cavabdeh həmin su arxını və yolunu kəsdiyini, bacısı evi həmin məhlədə olduğunu, uşaq vaxtından indiyə qədər su arxının oradan keçdiyini bildirmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 02 mart 2023-cü il tarixli 82 saylı arayışdan görünür ki, İddiaçı Ordubad Rayonu Vənənd kəndində yaşayır və qeydiyyatdadır. Belə ki, iş materiallarına əlavə olunmuş 02 mart 2023-cü il tarixli 136 saylı arayışdan görünür ki, Cavabdeh Ordubad Rayonu Vənənd kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş JN 1029 A KOD 10707018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Ordubad rayonu, Vənənd kəndində Ordubad rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 saylı qərarına əsasən 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Ordubad Rayon Bələdiyyəsinə və İddiaçı ünvanlanmış 13 mart 2023-cü il tarixli 26 saylı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon idarəsinin məktubundan görünür ki, Vənənd kəndində aparılan torpaq islahatı zamanı tərtib olunmuş kəndin yerquruluşu planında Cavabdeh adına ölçülmüş 994A nömrəli həyətyanı torpaq sahəsi ilə X2 adına ölçülmüş 993A nömrəli həyətyanı torpaq sahəsi arasında su yolunun olduğu göstərilmiş və plana alınmışdır. Cavabdeh adı çəkilən su yolunu kəsməklə qonşusu İddiaçı həyətyanı torpaq sahəsinin suvarılmasına ciddi çətinliklər yaratdığından vətəndaşın haqlı narazılığına səbəb olmuş və aidiyyəti təşkilatlara şikayət ərizəsi yazmağa şərait yaratmışdır.Cavabdeh idarədə müvafiq izahat verilməsinə və mütəxəssisin 2 dəfə həmin məsələ ilə əlaqədar yerində baxış keçirməsinə və müvafiq izahat verməsinə baxmayaraq bu günə qədər vətəndaşın su yolundan istifadəsinə lazımi şərait yaradılmamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı həyətinə gedən su arxının qarşısını bağlaması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Ordubad rayonu, Vənənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısı Cavabdeh tərəfindən bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçi təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli və Ordubad Rayon Vənənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən, Cavabdeh tərəfindən bağlanmış su yolunun təbii axımı bərpa edilməli, mübahisəli arx əvvəlki vəziyyətinə gətirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı su arxına yaranmış maneənin aradan qaldırılması tələbi təmin edilsin. İddiaçı Ordubad Rayon Vənənd kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə JN-1029A, 10707018 reyester nömrəsi ilə mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün istifadə olunan su arxına Cavabdeh adına ölçülmüş və mülkiyyətində olan 994A nömrəli həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşən X2 adına ölçülmüş 993A nömrəli həyətyanı torpaq sahəsi arasında olan su arxından istifadəyə Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-130/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-130/2023
25.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver