Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-135/2020 15.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rаyon Məhkəməsinin X4 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 250 manat maddi zərərin və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru Əhəd Əsgərov iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh yetkinlik yaşına çatmamış övladı İddiaçı MMC-nin Bakı şəhəri, Nizami küçəsində yerləşən mağazasında satışa çıxarılmış yeni SONY BDVN9200W/BME3 markalı səsgücləndiricini ehtiyasızlıqdan zədələmiş, zərərin məbləği 300 manat müəyyən edilmişdir. Cavabdeh yetkinlik yaşına çatmamış övladının İddiaçı MMC-nə vurduğu zərərin məbləğinin 300 manat olduğunu etiraf etmiş, buna baxmayaraq həmin məbləğin yalnız 50 manat hissəsini ödəyə biləcəyini bildirmiş və yerdə qalan zərəri ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. İddiaçının nümayəndəsi Əhəd Əsgərov məhkəməyə ünvanlandığı məktubda iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və nümayəndəsinə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC-nin direktoru Əhəd Əsgərov xx xxxxxx 2020-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olanxx.xx.2020ci il tarixli, ödəniş qəbizindən görünür ki, Cavabdeh İddiaçı MMC-nin hesabına 50 manat ödəmişdir Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Baxşıyev X2 MR Ordubad rayonu Azadkənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 18 may.2020-ci il tarixdə Cavabdeh tərəfindən iddiaçı İddiaçı MMC-yə ünvanlanmış ərizədə bildirir ki, Bakı şəhəri Nizami küçəsində yerləşən “Nizami” mağazasında onun övladı tərəfindən edilmiş ehtiyatsızlığ nəticəsində SONY BDVN9200W/BME3 markalı səsgücləndiriciyə zərər dəymişdir və həmin zərər 300(üç yüz ) manatdır, həmin məbləği ödəyə bilməz çünki zərər yetkinlik yaşına çatmayan şəxs tərəfindən vurulub və yetkinlik yaşına çatmayan şəxsin heç bir məsuluyyəti ola bilməz. Lakin koməklik məqsədi ilə dəymiş zərərin 50(əlli) manat hissəsini ödəməyə hazırdır. Mülki işə əlavə edilmiş xx.xx.2019-cı il tarixli,**********822800 saylı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışına əsasən Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən iddiaçı İddiaçı MMC xx.xx.2013--cü il tarixdə dövlət qeydiyyatına alınmış və qanuni təmsilçisi X3r. Mülki işə əlavə edilmiş 12 12.2020-ci il tarixdə İddiaçı MMC tərəfindən Ordubad Rayon Məhkəməsinə ünvanlanmış ərizədə iddia tələbinin tam təmin edilməsini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə k Cavabdeh iddiaçı İddiaçı MMC-yə ünvanlanmış ərizəsində bildirmişdir ki onun övladı tərəfindən edilmiş ehtiyatsızlığ nəticəsində SONY BDVN9200W/BME3 markalı səsgücləndiriciyə zərər dəymişdir və həmin zərər 300(üç yüz ) manatdır ancaq zərərin bir qismini yəni 50 (əlli ) manatını ödəyə bilər, çünki zərər yetkinlik yaşına çatmayan şəxs tərəfindən vurulub və yetkinlik yaşına çatmayan şəxsin isə heç bir məsuliyyəti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə tələbinə əsasən Mülki hüquq pozuntusu (delikt )hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə ) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan ) əməldir (hərəkət və hərəkətsizlikdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə tələbinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fizi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmədə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinin tələbinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideyinləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.Beləliklə məhkəmə belə qənaətə gəlir ki. Cavabdeh yetkinlik yaşına çatmamış övladı İddiaçı MMC-nin Bakı şəhəri, Nizami küçəsində yerləşən mağazasında satışa çıxarılmış yeni SONY BDVN9200W/BME3 markalı səsgücləndiricini ehtiyasızlıqdan zədələməsi mülki hüquq pozuntusu (delikt) ilə tövsif edilməli və azyaşlının vurduğu zərərə görə maddi məsuliyyət daşımalıdır. Mülki Məcəlləsinin 1103.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh tərəfindən iddiaçİddiaçı MMC-yə ünvanlandığı yazılı ərizəsində övladının vurduğu zərəri qəbul etdiyi ancaq övladının yetkinlik yaşına çatmadığını əsas gətirərək vurulmuş zərəri ödəməkdən yayınmışdır. Mülki Məcəlləsinin 1103.1-ci maddəsinin tələbinə tələbinə isə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideyinləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Beləliklə Cavabdeh övladının vurduğu zərərə görə məsuliyyəti sənədlər ilə təsdiqini tapır və 250 manat maddi zərər tutularaq İddiaçı MMC-nin xeyirinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan”İddiaçı” MMC-nin xeyrinə 250 manat maddi zərər məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə münasibətdə isə hesab edir ki, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 250 manat maddi zərərin və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 270 (iki yüz yetmiş ) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-135/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-135/2020
15.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver