Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-136/2021 15.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatının Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 borc tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Finca Azerbaijan” MMC OBKT Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 14 avqust 2020-ci il tarixli, **********7502 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, cavabdehlər Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 iddiaçı Finca Azerbaijan” MMC OBKT xeyrinə 2866.00 manat əsas borc, 666,34 manat faiz borcu, 126.36 nanat cərimə borcu, cəmi 3658.70 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC OBKT-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC OBKT-in nümayəndəsi Nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, borcluya biznes məqsədləri, ailə-kəndli təsərüfatının yaradılması və genişləndirilməsi məqsədi ilə 29 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 209 azn olmaqla bərabər hissələrdə bərabər ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********7***-******* saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh Seyidov Məzhər Mirzahid oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 14 avqust 2020-ci il tarixli, **********7***-******* saylı Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin Cavabdeh2 Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 11.06.2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Seyidov Məzhər Mirzahid oğlunun borc məbləği əsas borc üzrə 2866.00 manat, faiz borcuna görə 666,34 manat, cərimə borcu üzrə 126.36 nanat, cəmi 3658.70 manat təşkil edir. Lakin cavabdeh Seyidov Məzhər Mirzahid oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" MMC OBKT-yə rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Nümayəndə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsiin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Seyidov Məzhər Mirzahid oğlu iddianı qəbul etmiş, izahatında bildirmişdir ki,o, Finca Azerbaijan” MMC OBKT-dan 14 avqust 2020-ci il tarixdə 29 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit götürmüş, Bakı şəhərində maşıların yuyulması yeri kiralayıb işləmişdir.İşləməinə baxmayaraq qazanc az olduğundan xərclədiyi pulu qazana bilməmişir.1-2 aya pulu toplam şəkildə Banka qaytaracaqdır.Hal-hazırda pulu pdəmək iqtidarında deyil. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh2 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, Seyidov Məzhər Mirzahid oğlu onun kürəkənidir.Cavabdeh1 ondan Finca Azerbaijan” MMC OBKT-dən kredit götürməsi üçün ona zamin olmasını xahiş etdiyindən Finca Azerbaijan” MMC OBKT ilə 14 avqust 2020-ci il tarixli, **********7***- ******* nömrəli müqavilə bağlayaraq M.Zeyidzadə 3000 manat məbləğində kredit götürmüşdür.Heç yerdə işləmir, pulu ödəməyə imkanı yoxdur. Cavabdeh Cavabdeh2 onu da bildirmişdir ki, 3000 manat məbləğində kredit Cavabdeh1 götürmüş və xərcləmişdir. İş materiallarında olan- 14 avqust 2020-ci il tarixli, **********7502 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC OBKT və Seyidov Məzhər Mirzahid oğlu arasında kredit müqaviləsi bağlanmış, Seyidov Məzhər Mirzahid oğluna 3000 manat məbləğində kredit verilmiş, kreditin müddəti 18 ay, illik faiz isə 29% müəyyən edilmişdir. 14 avqust 2020-ci il tarixli, **********7***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Seyidov Məzhər Mirzahid oğlunun öhdəliyi zaminliklə təmin olunmuş, zamin Cavabdeh2 14 avqust 2020-ci il tarixli, **********7***-******* nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 ğlu bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Seyidov Məzhər Mirzahid oğlunun 14 avqust 2020ci il tarixli, **********7502 nömrəli kredit müqaviləsi üzrə 11 iyun 2021-ci il tarixə əsas borcu 2866.00 manat əsas borc, 666,34 manat faiz borcu, 126.36 nanat cərimə borcu, cəmi 3658.70 manat kredit borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Kredit müqaviləsinin 1.1-ci bəndində əsasən kreditin növü istehlak krediti olaraq, ev təmiri məqsədilə, Finca Azerbaijan” MMC OBKT Seyidov Məzhər Mirzahid oğluna 18 ay müddətinə, 29%-lə 3000 manat məbləğində kredit vermiş, X3 oğlu krediti müqaviləsinin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci yarımbəndində qeyd edilmişdir ki, gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 1% əlavə dəbbə pulu hesablanır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Seyidov Məzhər Mirzahid oğlunun kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən Zamin bank qarşısında borcalanın bütün öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Seyidov Məzhər Mirzahid oğlu bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən Seyidov Məzhər Mirzahid oğlu hər ay əsas və faiz borc kimi 209 manat ödəniş etməlidir. Göründüyü kimi, cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olduğundan kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən 3658.70 manat pul tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 14.08.2020-ci il tarixli, **********7502 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 14.08.2020-ci il tarixli, **********7502 kredit müqaviləsi üzrə əsas borc 2866.00 manat, faiz borcu 666.34 manat, cərimə borcu 126.36 manat, cəmi 3658.70 manat kredit borcu alınaraq "xxxx" MMC OBKT- nin hesabına ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" X1 Bank Kredit Təşkilat və Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 arasında bağlanmış 14.08.2020-ci il tarixli, **********7502 nömrəli kredit müqaviləsi ləğv edilsin. Seyidov Məzhər Mirzahid oğlu və Cavabdeh2 “"xxxx" X1 Bank Kredit Təşkilatının xeyrinə 2866.00 manat əsas borc, 666.34 manat faiz borcu, 126.36 manat cərimə borcu, cəmi 3658.70 manat borcun və 30 manat dövlət rüsumu məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-136/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-136/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver