Məhkəmə qərarları › İş №2(080)-138/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-138/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-138/2023 18.07.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı və Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 3000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 03 fevral 2021-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək Ordubad rayonunun Gənzə kənd sakini X1 158 baş hər biri 315 manat olmaqla cəmi 49770 manat dəyərində (xırdabuynuzlu) qoyun vermişdim. Həmin vaxt Ordubad rayonunun Nüsnüs kənd sakini X7 və Ordubad rayonunun Gənzə kənd sakini Cəbrayılın oğlu -X2 zamin durduqlarını həmin vaxt yazılan ərizədə öz imzaları ilə təsdiq ediblər. Həmin borc puldan sentyabr ayında Cəbrayıl 5000 manat ödəmiş, qalan pul isə dediklərinə görə pulları olmadığından ödəməmişlər. Daha sonra o, Cəbrayılın oğlu Nicatdan heyvanlar hardadır o da Nüsnüs kənd sakini Qadirlə bölüb satdıqlarını , ona olan borcun yarısını Qadir, yarısın isə onun ödəyəcəyini bildirmişlər. Nicata məxsus olan borcu Nicat 1 il sonra ödəmişdir.İddiaçı Cavabdeh olan 52 baş xırdabuynuzlu heyvanı gedib aldım. İddiaçı Cavabdeh heyvanları alandan sonra Qadirin ona 8695 manat borcu qalmışdır. Qadir həmin pul borcunu ona vermədiyində Ordubad Rayon Polis Şöbəsinə müraciət etmiş, onun müraciətim əsasında Qadiri şöbəyə çağırdıqlarını, həmin vaxt Qadirin 8695 manatdan 2000 manati Nicatın verəcəyini, onunda Nicatda 2000 manat ona qaytarmışdır. Qadirdə qalan 6695 (altı min altı yüz doxsan beş) manat pulun 3695 manatını Ordubad Rayon Polis rəisi Əli müəllimin göstərişi ilə cinayət axtarışın rəisi Tural müəllim alıb ona vermişdir. Qalan 3000 manat borcu dəfələrlə Qadirdən istəməyinə baxmayaraq həmin borcu ödəməkdən yayınmış, Qadirin ona borcu olduğunu öz ərizəsi ilə təsdiq etmişdir. Həmçinin Qadir ona nə qədər pul verəcəyini etiraf edən zaman vidio çəkilişdə aparılmışdır. Dəfələrlə iddiaçı cavabdehə həmin pul geri qaytarmağı barədə xəbərdarlıq etmiş, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirləri görmüşdür. Lakin cavabdeh X7 həmin borcu ödəməkdən yayınmış, borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. 3000 manat pul borcunu Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X7 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı 3000 manat borcunun olmasını, iddianı etiraf etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 18 nömrəli, 25 may 2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh Salehov X5 Rayonunun Nüsnüs kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir.Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min ) manat məbləğində pulun və 50 (əlli ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar