Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-140/2020 14.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, Oruc Əli oğlu Məmmədəliyevin məhkəmə iclas katibliyi ilə İddiaçı ASC-nin cavabdeh Ordubad Rayonu Əylis kənd sakini Cavabdeh oğlundan borc pulun tutulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Dəmir Bank ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ordubad Rayonu Əylis kənd sakini Cavabdeh oğlundan xx xxxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 2041.28 manat əsas, 5322.32 manat cərimə, 297.36 manat faiz məbləği, cəmi 7661.96 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən İddiaçı ASC-nin tərəfindən kredit kartı vasitəsilə illik 27 %-lə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açıldığını, lakin borclu müqavilənin şərtlərini pozaraq 24.072020-ci il tarixdək həmin müqaviləsi üzrə ohdəliklərini icra etməkdən boyun qaçırdığını,və 24.072020-ci il tarixədək cavabdeh Cavabdeh oğlundan 2041.28 manat əsas, 5322.32 manat cərimə, 297.36 manat faiz məbləği, cəmi 7661.96 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsi səbəbləri barədə məhkəmiyə məlumat verməmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir.Belə ki iddia tələbində göstərilmiş, 5322.32 manat cərimə əsas borca münasibətdə mütənasib və ədalətli deyil Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydad mütənəsib və ədalətli olmalıdır.Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadı vəziyyətinin nəzərə alınmasını tələb edir.Bu səbəbdən də məhkəmə belə qənatə gəlir ki cərimə məbləgi 800 manat məbləğində müəyyən olunmalıdır. Mülki işə əlavə edilmiş xx.xx.2018-cı il tarixli,********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən İddiaçı Açıq Səhimdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Cavabdeh oğlu Naxçıvan MR Ordubad rayonu Əylis kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, X1 2041,28 manat əsas, 297,36 manat faiz, 5322.32 manat cərimə məbləği, cəmi 7661,96 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx xxxxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh oğlu şərtlərlə razılaşaraq üzərinə öhdəlik götürərək müqaviləni imzalamışdır. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli cavabdehə göndərilmiş məhkəmədən kənar pretenziya qaydasında bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Vəkalətnamədən görünür ki Nümayəndə İddiaçı ASC-nin Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür .Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 2041.28 manat əsas, 297.36 manat faiz, 800 manat cərimə məbləği, cəmi 3138.64 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1965-cı il tarixdə Ordubad Rayonu Əylis kəndində anadan olmuş, Ordubad Rayonu Əylis kəndində qeydiyyatda olan Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 2041.28 manat əsas, 297.36 manat faiz, 800 manat cərimə məbləği, cəmi 3138.64 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-140/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-140/2020
14.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver