Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-141/2021 01.10.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X12 Haqverdiyevin sədrliyi, X9 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Babayev Nurlan Tapdıq oğluna qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh Babayev Nurlan Tapdıq oğlundan 6900 (altı min doqquz yüz) manat məbləğində pulun,1500(min beş yüz) manat maddi zərərin, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddiasını müdafiə etdiyini və məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı iddiasını onunla əsaslancırmışdır ki, 03.12.2020-ci il tarixdə Kürdəxanı qəsəbəsində təsadüfən Cavabdeh ilə tanış olmuş və Cavabdeh bildirmişdir ki, Məmmədli kəndində torpaq sahəsi vardır və uşağı xəstə olduğu üçün müalicə etmək məqsədi ilə həmin torpaq sahəsini satır. Cavabdehlə birlikdə gedərək torpaq sahəsinə baxmış, həmin torpaq sahəsinin 0,02 ha hissəsini 7000 manata ona satılması barədə razılığa gəlmişlər. Pulu hissə-hissə ödəməklə cavabdehə ilkin olaraq 04.12.2020-ci il tarixdə 2000 manat pul vermiş və cavabdeh X5 adından çıxış edən nümayəndəsi X6 tərəfindən imzalanmış və 08 dekabr 2020-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində təsdiq edilmiş, 49 il 9 ay 10 gün müddətinə etibarnamə vermişdir. Həmçinin torpaq sahəsinin pasportunun və dövlət reyestrindən çıxarışının surətlərini ona təqdim etmişdir. Onlar razılaşmışlar ki, hər ay cavabdehə 300 manat pul verəcək və sonda Cavabdeh həmin torpaq sahəsinin onun adına çıxarışını verəcəkdir (yəni alqı-satq ediləcəkdir). Bundan sonra bir ay ərzində iddiaçı cavabdehə 4900 manat məbləğində pul vermişdir, pulun 4000 manat hissəsini X2 şəhərində 21.12.2020-ci il tarixdə vermişdir.Cavabdehə ümumilikdə 6900 (altı min doqquz yüz) manat məbləğində pul verilmişdir. Bundan sonra ona satılması nəzərdə tutulan torpaq sahəsinə dair çıxarışı cavabdehdən tələb etmişdir. Lakin cavabdeh uzun müddət müxtəlif bəhanələr gətirərək yayınmışdır . Bir müddət sonra X6 ilə əlaqə saxlamış və həmin şəxs qeyd edilən sahəyə çıxarışın alınmasının mümkün olmadığını bildirmişdir. Həmçinin ümum torpaq sahəsinin çıxarışından görünür ki, bu torpaq sahəsi təyinatı üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin sahədə fərdi yaşayış evinin tikintisi mümkün deyildir. Göründüyü kimi o həmin pul vəsaitini verib digər yerdə torpaq sahəsi alıb sənədləşdirərdi, lakin cavabdehin onu aldatması nəticəsində maddi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh təqsiri üzündən iddiaçı çox ciddi stres keçirmişdir, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Aldadılmağı torpaq sahəsini əldə edə bilməməyi, maddi zərərə düşməyi onun şüuruna mənfi psixoloji təsir etmişdir.Sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Belə olan təqdirdə o, Babayev Nurlan Tapdıq oğlundan 6900 (altı min doqquz yüz) manat məbləğində pulun,1500 (min beş yüz) manat maddi zərərin, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzürlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 25.09.2021-ci il tarixli məhkəməyə ünvanlanmış teleqramda iddiasını müdafiə etdiyini və məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan- Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin 11.03.2020-ci il tarixli Qərarında İddiaçı müraciəti əsasında izahatı alınan X10 və X1 Nurlan Lətif oğlunun Cavabdeh 6900 (altı min doqquz yüz) manat məbləğində pulun verildiyini təsdiq etmiş və Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsi mübahisənin mülki xarakterli olduğunu bildirərək cinayət işinin başlanmasını rədd etmişdir. Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 07.29.1989-cu ildə Ordubad rayon Ordubad şəh, Vələver kəndində qeydiyyatdadır. 03.07 2021-ci il tarixli DİN BPQMİ-nin MAPS arayışdan görünür ki, Babayev X7 rayon Ordubad şəh, Vələver kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Мəhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 6900 manat əsas və 250 manat maddi zərərə görə pul alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən Bakı şəhərində torpaq sahəsi almaq məqsədi ilə 6900 (altı min doqquz yüz) manat məbləğində pul vemişdir.Bunu Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin 11.03.2020-ci il tarixli Qərarında göstərilən və izahatı alınan X10 və X6 da izahatlarında təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsi ilə müəyyən edilmişdir ki öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməmə mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başa düşülür. Hazırkı işdə olan sənədlərdən görünür ki, Cavabdeh 6900 (altı min doqquz yüz) manat pul mələği müqabilində İddiaçı Bakı şəhərində torpaq sahəsi verməyi ohdəsinə götürmüş lakin sonradan razılaşdıqları torpaq sahəsini iddiaçının mülkiyyətinə sənədləşdirməkdən yayınmışdır. İddiaçı Cavabdeh 1500 (min beş yüz) manat maddi zərərin, ödənilməsini də tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 444.7-ci maddəsi ilə müəyyən edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.Bu maddənin dispozisiya şərtlərinə uyğun olaraq iddiaçı cavabdehdən Bakı şəhərində torpaq sahəsi almaq məqsədi ilə 6900 (altı min doqquz yüz) manat məbləğində pulu 21.12.2020-ci ildə tam ödəmişdir.Cavabdehə ödənilən 6900 manat pulun gecikdirilmiş vaxt üçün illik beş faizi 345 manat təşkil edir və məhkəmə belə qənaətə gəlir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxta qədər yəni yeddi ay müddətində cavabdeh qaytarmadığı pul məbləğinə mütənasib olaraq iddiaçıya 250 manat maddi zərəri ödəməlidir. İddiaçı həmdə mənəvi zərərə görə cavabdehdən 500 (beş yüz) manat pulun ödənilməsini istəyir. Mənəvi zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli plenumunun qərarında qeyd edilir ki Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət, və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Məhkəmə belə qənaətə gəlir ki iddiaçının mənəvi zərərə görə bu tələbi işin konkret halına uyğun olaraq rədd olunmalıdır. Cavabdeh torpaq sahəsinin İddiaçı verilməsi barədə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 6900 (altı min doqquz yüz) manat məbləğində pulun,1500(min beş yüz) manat maddi zərərin, mənəvi zərərə görə 500 (beş yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya, 6900 (altı min doqquz yüz) manat məbləğində borcunun olması X10 və X3 izahatları da təsdiq edir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 6900 manat əsas və 250 manat maddi zərərə görə pul alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6900 manat əsas, 250 manat maddi zərər, cəm olaraq 7150 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-141/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-141/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver