Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-141/2024 15.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçı X1 iştirakı ilə iddiaçı X1, Cavabdeh qarşı alimentin dəyişdirilərək qazancın -1/4 hissədə müəyyən olunması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 xx.xx.2024-ci il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması Üçün Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) - 20/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək cavabdehin qazancının -1/4 hissəsi məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X4 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 03 mart 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşuq. Bizim bu evliliyimizdən bir övladımız - xx.xx.2011-ci il təvəllüdlü Yeganə adlı qızımız dünyaya gəlmişdir. Münasibətlərimiz uyğun gəlmədiyindən cavabdehlə Ordubad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Uşağın mənim yanımda saxlanılması qət edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (bir yüz altmış jmanat alimentin tutulması müəyyən edilmişdir. Cavabdeh hərbi qulluqçudur 1000 manat əmək haqqı alır, məhkəmə tərəfindən kəsilən aliment uşağın tələbatlarını ödəmir. Cavbdeh isə övladları X2 təminatı ilə maraqlanmır. Alimenti belə vaxtında ödəmir.Uşaq böyüdükcə isə onun tələbatı daha da artır.İddiaçı Özu isə heç yerdə işləmir,əlavə qazancı və gəlirim yoxdur.Cavabdeh isə hərbiçidir yüksək maaş alır.Ona görə alimentin onun qazancına münasibətdə müəyyən olunmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 433354 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Cavabdeh Ordubad Rayon Məhkəməsinin qətnaməsi əsasında, Ordubad Rayon Qeydiyyat şöbəsində nikahlarına xitam verilmiş və nikahın pozulması haqqında akt qeydləri kitabında 01 aprel 2024-cü il tarixdə 10 nömrə ilə qeyd aparılmışdır. Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) -20/2024 saylı qətnaməsindən görünür ki,iddiaçı X4 ilə Cavabdeh arasında nikah pozulmuş tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (bir yüz altmış manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 508454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 sentyabr 2011-ci il tarixdə X5 doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 80 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad rayon Darkənd kəndində qeydiyyatdadır. 02 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Həsənov X6 rayon Darkənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) -20/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək bir uşağın saxlanması üçün Cavabdeh aylıq qazancının 1/4 hissəsi miqdarında aliment müəyyən edilməlidir. Belə ki, iddiaçı E. Həsənova iddia ərizəsində, izahatında Cavabdeh ilə nikahları Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulduğunu birgə nikahlarından doğulan uşaqları olan X2 onun yanında saxlanılmaqla hər ay sabit pul məbləğində 160 manat məbləğində aliment təyin edilmişdir.İddiaçı bildirmişdir ki, cavabdeh hərbiçidir və aylıq əmək haqqı 1000 manatdır. Ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı uşağın saxlanılması üçün əlavə maddi köməklik etməmişdir. İddiaçı isə uşağın artan təlabatlarını ödəməkdə və qarşılamaqda maddi cəhətdən çətinlik çəkmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulur. Beləliklə, Məhkəmə hesab edir ki, alimentin dəyişdirilərək qazancın -1/4 hissədə müəyyən olunması tələbi təmin olunmalı, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) -20/2024 saylı qətnaməsi ilə hər ay 160 manat sabit pul məbləğində aliment məbləği dəyişdirilməli Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması alimentin dəyişdirilərək qazancın - 1/4 hissədə müəyyən olunması tələbinə dair Ordubad Rayon Məhkəməsinin Qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) -20/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləği dəyişdirildikdə cavabdehin aylıq qazancı olan 1000 manatın dörddə bir hissəsi yəni 250 manat tutulacağından aliment artırılmış olur ki, bu isə qanuna uyğun olaraq Ordubad Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdehdən tutularaq iddiaçıya ödəniləcəkdir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqında iddialarda – ödəmənin azaldılması və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı X1 Cavabdeh qarşı alimentin dəyişdirilərək qazancın -1/4 hissədə müəyyən olunması tələbinə dair mülki iş üzrə iddia təmin edilərkən müəyyən olunur ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(080) -20/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləği dəyişdirildikdə, 1000 manatın dörddə bir hissəsi yəni 250 manat məbləğində aliment tutulacağı təqdirdə aliment 90 manat artırılır. Bu isə il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə Cavabdeh 30.80 (otuz manat, səksən qəpik) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30.80 (otuz manat, səksən qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Qət etdi: İddia təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-20/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30.80 manat alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-141/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-141/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver