Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-142/2020 12.11.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün 250 manat manat sabit pul məbləğində alimentin tutulması və 150 manat məbləğində əlavə xərclərin ödənilməsinə cəlb olunması barədə qətnamə çıxarılmasını, Cavabdeh ölkədən getmək hüququnun məhdudlaşdırılması, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılması və qiyabi qətnamə çıxarılmasını və qətnamənin dərhal icrasını təmin edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,Cavabdeh ilə xx xxx 2000-ci il tarixdə Ordubad rayon Aza kənd İƏDÜ nümayəndəsində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər.Birgə nikahdan iki övladları xx xxxxx 2001-ci il tarixdə X5 və xx xxxxxxxx 2007-ci ildə X6 anadan olmuşlar.Ordubad Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(080)-10/2015 nömrəli qətnaməsi ilə X5 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi aliment olaraq hər ay tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.Cavabdeh qərəzli şəkildə öz uşaqlarına maddi və mənəvi dəstək göstərmədiyi və maraqlanmadığı üçün Cavabdeh alimentin sabit pul məbləğində təyin olunması tələbinə dair Ordubad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(080)-10/2015 nömrəli qətnaməsi ilə X5 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 90 manat, cəm olaraq 180 manat hər ay tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.Hal-hazırda uşaqların səhəti və təhsili ilə bağlı zəruri tələbatları və ehtiyacları artmış, uşaqları təkbaşına saxlamaq onun üçün maddi cəhətdən çətindir.Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olur, bir neçə iribuynuzlu mal-qarasının olduğunu, Türkiyyə Respublikasında işləyir. İddiaçı himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını və Abşeron rayonunda işlədiyini nəzərə alıb onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş edir. İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşaq üçün 250 manat manat sabit pul məbləğində alimentin tutulması və 150 manat məbləğində əlavə xərclərin ödənilməsinə cəlb olunması barədə qətnamə çıxarılmasını, Cavabdeh ölkədən getmək hüququnun məhdudlaşdırılması, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılması və qiyabi qətnamə çıxarılmasını və qətnamənin dərhal icrasını təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə və teleqramla məhkəməyə müraciət etmiş, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını və Abşeron rayonunda işlədiyi üçün gələ bilmədiyini bildirmişdir. Məhkmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş,gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ordubad Rayon Məhkəməsinin 2(080)-128/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli İcra Vərəqəsinin surətindən müəyyən olunur ki, Ordubad rayon Məhkəməsinin 2(080)-128/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, X5 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 90 manat, cəm olaraq 180 manat hər ay tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir Ordubad Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2015-ci il tarixdə verilmiş AZ-İ № 174193 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxx 2015-ci il tarixdə nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 11 saylı akt qeydi ilə qeyd edilmışdir. Ordubad Rayon Polis İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR.Ordubad rayonunun Başdizə kəndində anadan olmuşdur. Başdizə kəndində qeydiyyatdadır. Ordubad Rayon Sabirkənd X8 üzrə tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 24 saylı arayışdan görünür ki, Cavabdeh Ordubad rayon Başdizə kəndində qeydiyyatdadır. Ordubad Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZE № 10531829 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə X1 rayonu Başdizə kəndində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Ordubad Rayon Məhkəməsinin 2(080)-128/2015nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli,xx xxxxxxxx 2007-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2015-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, hazırda Esmanın 13 yaşı var, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda uşaqları saxlayan, onlarının qayğısını çəkən ananın, İddiaçı maddi vəziyyəti pisləşir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçının ərizəsində və Sabir kənd İƏDÜN-nin arayışında müəyyən olunmuşdur ki, Cavabdeh Türkiyyə Respublikasında işləyir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olubolmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstə olması, əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Məhkəmə onu da nəzərə alır ki, Türkiyyə Respublikasında yaşayan bir şəxsin işləməməsi, qazanc əldə etməməsi mümkün deyil. Cavabdeh qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu hallarda uşağın ağır xəstə olması, şikəst olması, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmamış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İddiaçı ərizəsində cavabdehin əlavə xərclərə cəlb olunmasına dair heç bir sübut təqdim etmədiyindən (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə dair)ərizə həmin hissədə təmin edilməməlidir. Əlavə olaraq ərizədə cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azərbaycan Respublikası İcra Haqqında Qanunun 84.1-ci maddəsinə əsasən bu barədə “İcra Məmuru” tərəfindən əsaslandırılmış təqdimat əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bu səbəbdən də iddianın cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin edilməməlidir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin X4 13 yaşının olmasını, uşağın böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcminin artmasınınəzərə alaraq hesab edir ki, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini, yəni 120 manatı cavabdeh bir uşaq üçün iddiaçıya ödəməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(080)-128/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh bir uşaq üçün 120 manat məbləğində aliment alınaraq xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-142/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-142/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver