Məhkəmə qərarları › İş №2(080)-142/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-142/2021

10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-142/2021 10.08.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-124/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 16 iyul 2003-cü ildə doğulmuş X6, 23 iyul 2005-ci ildə doğulmuş X5 və 29 mart 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 175 manat olmaqla hər ay 525 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh qarşı Ordubad rayon Məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış, həmin tələb üzrə işə baxılaraq aralarında bağlanmış nikah pozulmuş, 16.07.2003-cü il təvəllüdlü X11, 23.07.2005-ci il təvəllüdlü X9 və 29.03.2009-cu il təvəllüdlü X7 ananın yanında saxlanılmış və hər uşaq üçün yetkinlik yaşma çatanadək 80 AZN olmaqla cəmi 240 AZN pul miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşaqlar artıq böyüyür və onların maddi tələbatları da günü-gündən artır. Hər üç uşaq hazırlıqlara gedir və Universitetə hazırlaşırlar. İddiaçı isə bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkir, iddiaçı tərəfindən ona ödənilən 240 manat aliment pulu ilə üç övladını qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağı mümkünsüz hala gəlmişdir. İddiaçı uşaqları ilə birlikdə Naxçıvan şəhərində kirayədə yaşayırlar, özü isə heç yerdə işləmir.İddiaçı bir ata olaraq öz övladlarının güzəranları ilə maraqlanmır və onların heç bir xərclərinin ödənilməsində iştirak etmir. Uşaqlar hazırlığa gedir və əlavə olaraq onların geyimi, qidalanması və.s xərcləri də müəyyən miqdarda vəsait tələb edir. Buna görə də alimnet miqdarının artırılmasını istəyir, 16.07.2003-cü il təvəllüdlü X11 isə hərbi kolleçdə təhsil alır. İddiaçı Ordubad Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(080)-124/2019 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmaqla, 16.07.2003-cü il təvəllüdlü X11, 23.07.2005-ci il təvəllüdlü X9 və 29.03.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla cəm olaraq 525 manat aliment tutularaq onun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından 3 övladları doğulmuşdur. Aralarında olan nikah Ordubad Rayon məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların saxlanması üçün 240 manat aliment ödəyir. X11 isə hərbi kolleçdə təhsil alır və yetkinlik yaşına çatmış, 78 manat təqaüd alır. İddiaçı uşaqları saxlaya bilmirsə ona versin.İddiaçı ilə boşanmaqlarına baxmayaraq onlar ona məxsus evdə qalırdılar.İddiaçı isə şəhərdə yaşamaq üçün evdən çıxıb Naxçıvan şəhərində kirayə ev tutaraq orada yaşayır.Cavabdeh isə heç yerdə işləməməsinə baxmayaraq 6 aydır 200 manat aliment ödəyir, əlavə olaraq da iddiaçının maqazinə olan borclarını ödəmişdir. İş materiallarında olan- AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə İddiaçı Azərbaycanda anadan olmuşdur. 175136 nömrəli nikahın pozulmas haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah 04 iyun 2020-ci il tarixdə pozulmuş, həmin tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdır. 178424, 623539 və 167749 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X11 16 iyul 2003-cü il tarixdə, X9 23 iyul 2005-ci il tarixdə və X7 29 mart 2009-cu il tarixdə doğulmuş uşaqların atası Cavabdeh, anası İddiaçıdır. 29.06.2021-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad Rayonu Aza kəndində qeydiyyatdadır. 29.06.2021-ci il tarixli, 87 nömrəli arayışdan görünür ki, Cavabdeh Ordubad Rayonu Aza kəndində qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsinin 2(080)-124/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, 16 iyul 2003-cü ildə doğulmuş X11, 23 iyul 2005-ci ildə doğulmuş X9 və 29 mart 2009-cu ildə doğulmuş X2 Natəvan Abbas qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 80 AZN olmaqla cəmi 240 AZN pul miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Ordubad Rayon Məhkəməsinin 2(080)- 124/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən 240 manat miqdarında aliment müəyyən edilmiş, cavabdeh hər ay uşaqların saxlanması üçün iddiaçıya 240 manat aliment ödəyir. İddiaçı aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində 525 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh isə əlavə qazancının olmadığını bildirmiş, X6 hərbi məktəbdə oxuduğunu, 78 manat təqaüd aldığını və onun yetkinlik yaşına çatdığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 113.2.1. maddəsinə görə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə aliment öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, ödənilən aliment məbləği iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğundan alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların hazırda iddiaçının yanında yaşamasını, uşaqların gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, 16 iyul 2003-cü ildə doğulmuş X6 isə yetkinlik yaşına çatmasını və onun təqaüd almasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur və Cavabdeh uşaqların saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla 200 manat sabit pul məbləğində aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu İddiaçı tərəfindən ödənildiyindən Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-124/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 23 iyul 2005-ci ildə doğulmuş X9 və 29 mart 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu əvəzi Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar