Məhkəmə qərarları › İş №2(080)-147/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-147/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-147/2023 18.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 9135 (doqquz min yüz otuz beş) manat məbləğində borcun və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh 9135(doqquz min yüz otuz beş) manat borc pul vermişdir. Cavabdeh pulu ödəməkdən yayınır.Dəfələrlə İddiaçı Cavabdeh pulunu ödəməyini bildirsə də hər dəfəsində Cavabdeh bəhanələr uydurduğundan İddiaçı məcbur qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin əsasldığını təsdiq edən sübut Cavabdeh ilə telefon danışıqlarıdır.Həmin danışıqları sidiyə (elektron daşıyıcıya) köçürülərək məhkəməyə təqdim edilir. Cavabdeh 9135 (doqquz min yüz otuz beş) manat məbləğində borcun və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş X2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı 9135 (doqquz min yüz otuz beş) manat borcunun olmasını, iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh tərəfə rəsmi qaydadad bildiriş verilmiş, lakin iddiaçı tərəf məhkəmə baxışında iştirak etməmiş lakin iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir.Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 113 manat məbləğində dövlət rüsumunun ,Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 113 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9135 (doqquz min yüz otuz beş) manat məbləğində borcun və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumu əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar