Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-16/2024 20.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X10 məhkəmə iclas katibliyi, cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, X2 12850 manat borcun və 129 manat dövlət rüsumunun, ümumilikdə 12979 manatın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 16.03,2022-ci il tarixdə Ordubad rayon Gəncə kənd sakini X7 ondan 75 ( yetmiş beş) baş yanı balalı xırda buznuzlu heyvan satın alıb. 5 nəfər şəxsin iştirakı ilə 4 ay müddətində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müddətin bitməsinə 15 gün qalmış özünə qəsd edərək özünü öldürmüşdür. Bildiyinə görə həmin heyvanları o satmış və əldə olunan pul vəsaitini ailəsinin ehtiyacları üçün xərcləmişdir. Aza kənd sakini Cahangir adlı şəxsin 3 Qazel markalı avtomaşını ilə heyvanları yığıb ona təhvil vermişdir. Vasitəçilər Emil, Yaqub və Samir olmuşdur. Heyvanları satandan 1 həftə sonra ona heyvanı alan X6 dələduzluqla məşğul olduğunu demişlər. Həyat yoldaşı, o və Dizə kənd sakini Əli onların evinə getmişlər. Bu zaman Səfərin əmisi Kamil evə gələrək get Ordubada araşdır, biz indiyə qədər heç kimin malın mənimsəməmişik, narahat olma, ona zamin dururam demişdir. Bundan sonra onlar qayıtmışlar, bir daha onlara müraciət etməmişlər. Səfər vəfat etdikdən sonra o, mərhumun evinə getmiş, Səfərin həyat yoldaşı və atası Səfər ölübsə pul da ölüb demişlər və bu qapını bir də açmamağını söyləmişlər. Səfər 26 iyul 2022- ci il tarixdə Ordubad şəhərində vəfat etmişdir. X1 arasında bağlanmış nikah 08 aprel 2013- cü il tarixdə Ordubad rayon qeydiyyat şöbəsində 19 nömrə ilə qeydə alınmışdır. Cavabdeh ona olan 12850 (on iki min səkkiz yüz əlli ) manat borcun və 129 manat dövlət rüsumunun, ümumilikdə 12979(on iki min doqquz yüz yetmiş doqquz) manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya, nümayəndəsi - vəkilinə məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, nümayəndəsi -vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X5 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə mərhum həyat yoldaşı arasında bağlanmış borc müqaviləsindən xəbəri olmayıb. Eyni zamanda hazırda onun adına həyat yoldaşından qalma hər hansı bir əmlak yoxdur. Vərəsə kimi heç bir əmlak qəbul etməmişdir.Mərhum həyat yoldaşının sağlığında o valideyinlərinə və qayınanasına məxsus evdə qalmış, hətta bir müddət kirayədə yaşamışlar. Məhkəmə iclasında iştirak etmiş Şahid1 izahatında iddiaçının onlara gələrək Səfərə heyvan verdiyini, gedib onların evini tapıb pulu almalarını bildirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 izahatında 2022-ci ilin qış ayında Səfər ilə iddfiaçı İddiaçı evinə gedərək üç qazel heyvan yığaraq aparmişlar. Sonradan Kərimin ona zəng edərək heyvanların Səfərgildən geri götürmək istədiyini bildirdiyini, Səfərin əmisi Kamilin onlara “narahat olmayın pulunuz çatacaq” dediyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə əl yazısı ilə yazılmış vərəqdə qeyd edilmişdir ki, “mən X7 12850 manat dəyərində Kərimdən heyvan götürdüm, iyulun 30-na ödəmə sözləri yazılmış və imza edilmişdir. 603186 nömrəli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X7 və Cavabdeh Mərdan qızı arasında nikah Ordubad Rayonu Qeydiyyat şöbəsində xx.xx.2013cü il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, X8 15 iyul 2022-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 26.07.22-ci il tarixdə 152 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmənin həqiqətə nail olması üçün sorğuları əsasında alınmış Naxçıvan MR Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidməti Ordubad Rayon İdarəsinin 20 fevral 2024-cü il tarixli 24 nömrəli məktubundan görünür ki, X6 Naxcıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində yaşayış evi, həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydə alınmamışdır. Həmçinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ordubad Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 26 nömrəli məktubunda Ordubad şəhər sakini olmuş X6 adına xx.xx.2024-cü il tarixli elektron notariat informasiya sistemindəki axtarışın nəticələrinə əsasən Ordubad Rayon Notariat Ofisində vərəsəlik işi açılmamışdır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Beləliklə müəyyən olunur ki, mərhum X6 yaşayış evi, həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahəsi yoxdur və Cavabdeh Mərdan qızı mərhumun vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almamış və heç bir əmlak qəbul etməmişdir.Bu səbəbdən də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf Cavabdeh Mərdan qızından 12850 manat borcun və 129 manat dövlət rüsumunun, ümumilikdə 12979 manatın alınaraq ona qaytarılmasını tələb etsə də, Cavabdeh Mərdan qızı mərhum X6 yaşayış evi, həyətyanı və kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmadığından qəbul etməmiş, Cavabdeh Mərdan qızı mərhumun vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi almamış və heç bir əmlak qəbul etməmişdir. iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmiş və iddiaçı tərəfindən də həmin sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh 12850 (on iki min səkkiz yüz əlli ) manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-16/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-16/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver