Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-160/2021 13.10.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdim: DəmirBank ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh oğlundan 19 avqust 2014-cü il tarixli 174663 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 305.77 (üç yüz beş manat. 77 qəpik) AZN əsas, 1232,01 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra faiz AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40.16 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Xahqverdi oğlundan tutularaq Ləğv prosesində olan "xxxx" ASC-y ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdir ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2014-cü il tarixli 174663 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) av müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. 19.08.2014-cü il tarixli Kredit Müqaviləsinə 21 may 2015-cı il tarixli Əlavə Sazişə əsasən kredit xəttinin məbləği 2000 Azn müəyyənləşdirilmişdir, lakin cavabdeh kredit məbləğini və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirmədiyini bildirmişdir..Bu səbəbdən də Cavabdehdən 305.77 (üç yüz beş manat. 77 qəpik) AZN əsas, 1232,01 (bir min iki yüz otuz iki manat. 01 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40.16 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Xahqverdi oğlundan oğlundan tutularaq DəmirBank ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DəmirBank ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət etmiş iddianı müdafıə etdiklərini,iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakları olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtdı barədə məhkəmə bildirişləri göndərilərək xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, və gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı DəmirBank ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini, və işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir.Belə ki iddia tələbində göstərilmiş, 1232,01 manat cərimə əsas borca münasibətdə mütənasib və ədalətli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydad mütənəsib və ədalətli olmalıdır.Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadı vəziyyətinin nəzərə alınmasını tələb edir.Bu səbəbdən də məhkəmə belə qənatə gəlir ki bu iş üzrə cərimə məbləgi 200 manat məbləğində müəyyən olunmalıdır. Mülki işə əlavə edilmiş 12.01.2018-cı il tarixli, ********** saylı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrinin çıxarışına əsasən DəmirBank Açıq Səhimdar Cəmiyyəti 23.11.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş 28.04.2021-ci il tarixdə DİN-in BPQNİ-nin MAPS tərəfindən verilmiş arayışa əsasən Cavabdeh oğlu Naxçıvan MR Ordubad rayonu Biləv kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 305.77 manat əsas, 1232,01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40.16 manat faiz borcu, təşkil edir. Mülki işə əlavə edilmiş 19 avqust 2014-cü il tarixli 174663 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh oğlu şərtlərlə razılaşaraq üzərinə öhdəlik götürərək müqaviləni imzalamışdır. Mülki işə əlavə edilmiş 22.02.2021-ci il tarixli cavabdehə məhkəmədən kənar pretenziya qaydasında bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mülki işə əlavə edilmiş 08.07.2021-ci il tarixli Vəkalətnamədən görünür ki Nümayəndə DəmirBank ASC-nin nümayəndəsidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verən qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə Cavabdeh oğlundan iddiaçı DəmirBank ASC-nin xeyrinə xeyirinə 305.77 manat əsas, 200 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40.16 manat faiz borcu cəmi 545.93 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən , məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 305.77 AZN əsas borc, 200 AZN cərimə, 40.16 AZN faiz borcun, cəmi 545.93 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-160/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-160/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver