Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-160/2024 08.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İbtidai (orta) təhsilin təşkili” Müqaviləsi üzrə X1 ödənilməmiş əsas təhsil haqqı borcu 4500 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 65 (altmış beş) AZN dövlət rüsumu olmaqla, ümumilikdə 4500 manat təhsil haqqı borcunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında 10 oktyabr 2022-ci il tarixində “İbtidai (orta) təhsilin təşkili” Müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladı X2 İddiaçınin təhsil pilləsinə qəbul edilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı 7500, AZN təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli “İBTİDAİ(ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinə 335 nömrəli əlavə razılaşmaya əsasən, 7500,0 manat təşkil etmiş təhsil haqqına 1500.00 manat özəl güzəşt olunaraq, X5 təhsil haqqının 3 hissəyə bölünməklə, ilkin ödənişin 2000 (iki min) manat olmaqla xx.xx.2023-cü il tarixində, ikinci ödənişin 2000 (iki min) manat olmaqla xx.xx.2023-cüil tarixində, üçüncü ödənişin isə 2000(iki min) manat olmaqla xx.xx.2023-cü il tarixində ödənilməsi nəzərdə tutulmuşdur.. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 6000,0 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan kassa mədail orderindən görünür ki, Cavabdeh tərəfindən 1500,0 manat pul vəsaiti İddiaçı MMC-yə ödənilmişdir. İş materiallarında olan 353 nömrəli hesab-fakturadan görünür ki, 10 oktyabr 2022-ci il tarixli “İbtidai (Orta) Təhsilin Təşkili” müqaviləsinə əsasən (X2) Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməli olan məbləğ 7500,0 manat təşkil edir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən kiçik iddiaya dair ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddiaçının tələbi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500,0 manat əsas borc və 65 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X3 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-160/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-160/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver