Məhkəmə qərarları › İş №2(080)-163/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-163/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-163/2021 29.10.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X5 Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh oğlundan 5120 (beş min yüz iyirmi) manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 5150 (beş min yüz əlli) manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh oğlunu bir neçə ildir ki tanıyır. Cavabdehə 05 noyabr 2014-cü ildə 5600 manat pul borc vermişdir. Nidad onun qarşısında yazılı öhdəlik götürərək borc aldığı 5600 manat pul borcunu 05.05.2016-cı il tarixədək ona qaytarmağı söz vermişdir.Verimiş borcdan cəmi 480 manat iddiaçıya qaytarılmışdır .Dəfələrlə cavabdehə aldığı borcun, 5120 manatın ona qaytarılmasını tələb etsə də cavabdeh bu günədək aldığı borcun qaytarılması barədə heç əməli addım atmır və hər dəfə müxtəlif bəhanələr ilə borcun qaytarılmasından boyun qaçırır.Artıq bu səbəbdən də məhkəməyə müraçiət etməyə məcbur olmuşdur. İddiaçı Ordubad rayon Behrud kəndində yaşayan Cavabdeh 5120 (beş min yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödədiyi 30 otuz manat pulun, ümumilikdə 5150 (beş min yüz əlli) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş ancaq 22.10.2021-ci il tarixli teleqram vaistəsi ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini, iddiaçı İddiaçı 5120 (beş min yüz iyirmi ) manat borc aldığını etiraf etmiş və məhkəmədən xahiş etmişdir ki, maddi imkanı olmadığına görə borcu hissə -hissə ödəyə bilər. İş üzrə materiallara əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu 29.06.1984-cü iləd doğulmuşdur. 27 avqust 2021-ci il tarixli, 0/198 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayon Məzrə kəndində qeydiyyatdadır. 30 aprel 2021-ci il tarixli 30 nömrəli arayışından görünür ki, Cavabdeh Ordubad Rayonu Behrud kəndində qeydiyyatdadır. 22.10.2021-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh Babək rayon Məzrə kəndində yaşayan İddiaçı oğluna 5120 (beş min yüz iyirmi) manat borcu olduğunu etiraf etmiş və borcunu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5120 (beş min yüz iyirmi ) manat borc alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh , Cavabdeh 5120 (beş min yüz iyirmi ) manat məbləğində borc pulun alınıb İddiaçı oğluna verilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 5120 (beş min yüz iyirmi ) manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar