Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-164/2021 08.12.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ İş № 2(080)-164/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ ORDUBAD RAYON MƏHKƏMƏSİ 08 dekabr 2021-ci il Ordubad şəhərində Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X28 oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 cavabdeh X2 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh oğlundan 1400 (on dörd min) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh Ordubad rayon Çənnəb kənd sakini Cavabdeh onun sabiq qaynatası olub. Cavabdeh oğlu X9 ilə 2013-cü ilin noyabr ayında Ordubad rayon Çənnəb kənd İƏDÜN-də nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladları doğulmuşdur. 2018-ci ildə əri X9 ilə Culfa şəhərində mənzil almaq barədə qərara gəlmişlər. Mənzilin alınması üçün 2018-ci ilin may ayında ona məxsus qızıl-zinət əşyalarını anası Şahid5 və əri Novruz Novruzovun iştirakı Culfa şəhərində qızıl satışı ilə məşğul olan Elçin adlı şəxsin mağazasında 3780 (üç min yeddi yüz səksən) manata satmışlar. Əlavə olaraq iddiaçı atasından aldığı 2220 (iki min iki yüz iyirmi) manatı da qızıl-zinət əşyasının satışından əldə etdiyi pulun üzərinə əlavə edib 6000 (altı min) manatı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün ilkin ödəniş olaraq ödənilməsi üçün qaynatası olan Cavabdeh şəxsən 2018-ci ildə vermişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin alınması satıcı ilə 1400 (on dörd min) manata razılaşdırılmışdır. Qalıq 8000 (səkkiz min) manatı isə 2018-ci ilin may ayından başlayaraq 2019-cu ilin dekabr ayı daxil olmaqla 20 ay müddətində hər ay 400 (dörd yüz) manat olmaqla satıcının vəkil etdiyi şəxs Culfa rayon Bənəniyar kənd sakini Şahid1 ödəmişdir. Həmçinin bildirir ki, mənzilin alqı-satqısına dair notariat əməliyyatı alıcı kimi onun, yaxud əri X3 adına rəsmiləşdirilməli idi. Sonradan müəyyən olunub ki, həmin mənzil qaynatası Cavabdeh adına alınıb. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki 2018-ci ildə Culfa şəhərində ev almaq istədiklərini və bu zaman maddi imkanları olmadığından özünə aid olan qızıl-zinət əşyalarını satdığını ilkin ödəniş olaraq 6000 manat ödədiklərini qalan 8000 manat pulu isə hissə -hissə ödədiklərini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alanda isə evin qaynatası olan Cavabdeh oğlunun adına qeydiyyata alındığını bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddianı müdafiə etdiklərini, iddiaçının 2018-ci ildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 1400 (on dörd min ) manata aldıqlarını, mənzilin alqı-satqısına dair notariat əməliyyatı alıcı kimi onun, yaxud əri X3 adına rəsmiləşdirilməli olduğu halda Cavabdeh adına rəsmiləşdiyini, həmin evə ilkin ödəniş olaraq İddiaçı tərəfindən keçmiş qaynatasına 6000 manat pul verildiyini, qalan 8000 manatı isə iddiaçının hissə-hissə ödəniş etdiyini X9 ilə aralarında olan nikahları pozulduqdan sonra isə cavabdehin, iddiaçını evdən çıxardığını bu səbəbdən 1400 (on dörd min ) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini və iddialarının təmin edilməsini xahiş etmişdir. Sədrlik edən mülki işə Cavabdeh oğlunın iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ifadəsində bildirmişdir iddia tamamı ilə əsassızdır və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2018-ci ildə 1400 (on dörd min) manata aldığını ilkin olaraq 6000 min manatı həmin günün məzənnəsi ilə dollar şəklində Şahid7 ödədiyini digər ödəniləcək 8000 manat məbləği isə Türkiyə Respublikasında işləyən oğlunun göndərdiyi pul ilə ödədiyini ifadəsində bildirmişdir. Məhkəmə iclasında iştirak cavabdehin vəkili Vəkil2 , məkkəmə bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddianı rədd etdiklərini, və iddiaçı tərəfindən məhkəmə baxışında dindirilməsini istədiyi şahidlərin ifadələrində də, 1400 (on dörd min) manatın iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiqini tapmadığını bu səbəbdəb də iddianın əsassız olduğunu və məhkəmə tərəfindən iddianın rədd olunmasını xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını sübut etmək üşün şahidlər Şahid7, Şahid1 Nurulla oğlunun, Şahid5 X5, X6 məhkəmədə onun tərəfindən şahid kimi dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Nurulla oğlu ifadəsində bildirmişdir ki evi satanda ev qohumunun olduğunu sadəcə razilaşdırılmış məbləği onun aldığını cavabdehin isə pulu ödəyən zaman pulu “gedim pulu evdən götürüb gəlim “ ifadəsini işlətdiyini qalan ödəniləcək 8000 manat məbləği isə hər ay iddiaçının atası olan Məmmədov Etibardan aldığını ifadəsində bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində bildirmişdir ki cavabdehin adına olan evi alanda evin ilkin ödənişindən sonra qalıq qalan ödənişləri yəni 8000 min manatı hər ay 400 manat olmaqla onlar ödəyiblər. O və həyat yoldaşı Məmmədov Etibar həmin pulu ödəyəndə iddiaçı onların qızları olduğundan bu əsasa görə borc kimi həmin pulu verməyiblər. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki 2018-ci ildə Məmmədov Xuraman və tanımadığı bir nəfərin qızıl satmaq üçün onun yanına gəldiklərini ev almaq üçün qızıl- satdıqlarını onun qızılı hesablayaraq aldığını ancaq uzun müddət keçdiyinən nə qədər ödəniş olduğunu xatırlaya bilmədiyini ifadəsində bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində bildirmişdir ki 2018-ci ildə Novruzov Novruzun həyat yoldaşının qızıllarını satmaq üçün onun yanına gəldiyini ancaq qızılın qiymətində Novruz ilə razılaşa bilmədikləri üçün üçün alışın baş tutmadığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki hazırda cavabdehin mülkiyyətində olan ev cavabdehin adına rəsmiləşdirilməmişdən əvvəl X1 mülkiyyətində idi o, satıcı qismində iştirak etmişdir cavabdeh evi alanda bildirdi ki 6000 manat olan ilkin ödənişi ödəməyə hazırdır bir az gözləsinlər oğlunun həyat yoldaşı olan gəlini İddiaçı Etibar qızında pul var götürüb ilkin ödəniş kimi razılaşdığları 6000 min manatı ödəsin. Şahid sonra ifadəsində bildirmişdir ki, cavabdeh 6000 manat pulu gətirib ona vermişdir. Məhkəmə şahid ifadələrinin qiymətləndirilməsi əsasında belə nəticəyə gəlir ki iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki Şahid7 ifadəsində 6000 manat pulun cavabdeh tərəfindən ona ödənildiyini ancaq həmin məbləğin iddiaçi tərəfindən cavabdehə şəxsən verdiyini təsdiq edə bilmədi. Şahidlər X14 və X13 ifadəsində iddiaçının qızıllarını satmaq üçün onlara müraciət etdiyini iddiaçı qızıllarını satdığını lakin həmin məbləğin cavabdehə verildiyini ifadələrində təsdiq edə bilmədilər.Şahid ifadələrindən göründüyü kimi sübut üçün əhəmiyyətli olan pulun cavabdehə verilməsi hissəsində iştirak etməyiblər. Şahid X15 ifadəsində cavabdehin adına olan evi alanda evin ilkin ödənişindən sonra qalıq qalan ödənişləri yəni 8000 min manatı hər ay 400 manat olmaqla onlar ödədiklərini və həmin pulu ödəyəndə iddiaçı onların qızları olduğundan borc kimi həmin pulu vermədiklərini ifadəsində bildirdi. Məhkəmə şahidin ifadəsində belə nəticəyə gəlir ki, ödənilmiş 8000 min manat pulu Məmmədov Xuraman və Məmmədov Etibar əvəzsiz olaraq bağışlayıblar. X22 və Məmmədov Etibar 8000 min manatı borc kimi cavabdehə versələr idi bu onların subyektiv hüququ idi və ancaq onlar cavabdehə qarşı iddia qaldıra bilərdilər. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 25.06. 2018-ci il tarixli çıxarışından görünür ki ünvan 3 ünvanında olan fərdi yaşayış evi cavabdeh Novruzlu Sərvər Novruz oğlunun mülkiyyətindədir. 17 avqust 2021-ci il tarixli 2205 saylı arayışdan görünür ki, Məmmədova X18 şəhəri, M. Əsgərov ev 16 mənzil 3 ünvanında qeydiyyatdadır. 17 iyun 2021-ci il tarixli 113 saylı arayışdan görünür ki, Cavabdeh oğlu Ordubad rayon Çənnəb kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə əsasən iddiaçının cavabdehdən 1400 (on dörd min) manatın tələb edilməsi üçün yazılı müqavilə bağlanmamışdır. İddiaçı da öz ifadəsində cavabdehə borc vermədiyini etiraf edir. Bu səbəbdən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. İddiaçı öz ifadəsində də cavabdehə borc vermədiyini etiraf edir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu o deməkdir ki iddiaçı onun onun xeyrinə olan lakin cavabdehin qəbul etmədiyi halları sübut etməlidir. İddiaçı isə İddiaçı 1400 (on dörd min) manatın cavabdehə verildiyini sübut etmək üçün məhkəmədə şahid kimi X8, X5, X6 Şahid7, Şahid1 Nurulla oğlunun dindirilməsini istəyib, məhkəmədə dindirilən şahidlərin ifadələri ilə iddaçının cavabdehə 1400 (on dörd min) manatı verməsi təsdiqini tapmayıb. Məhkəmədə dindirilən şahidlər iddiaçı tərəfindən pulun cavabdehə verilməsini ifadələrində təsdiq edə bilməyiblər. Bu səbəbdən iddiaçı daha çox inandırıcı əsaslar gətirməli və sübut etməli idi ki həqiqətən iddiaçı cavabdehə 1400 (on dörd min) manat məbləğində pul verib. Məhkəmə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğlundan 1400 (on dörd min) manatın alınaraq ona verilməsi barədə iddiası rədd edilməlidir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 14000(on dörd min) manat pul tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev NAXÇİVAN MUXTAR RESPUBLİKASİ ORDUBAD RAYON MƏHKƏMƏSİ İddiaçı: X10 Ünvan: Ordubad şəhəri, M.F.Axundov küçəsi 34/10 İddiaçının nümayəndəsi: Həsənov Telman Əsgər oğluna Ünvan: Ordubad şəhəri, M.F.Axundov küçəsi 34/10 Cavabdeh X7 Ünvan: Ordubad şəhəri, X19 75/7 Ordubad Rayon Məhkəməsinin 2(080)-68/2021 saylı, 30 aprel 2021-ci il tarixli Qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: 04 vərəqədə. Sədr: Tural Haqverdiyev “30” aprel 2021-ci il İŞ №2(080)-68/2021
Məhkəmə qərarları › İş №2(080)-164/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-164/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver