Məhkəmə qərarları › İş №2(080)-175/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-175/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-175/2025 12.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı , Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh Afıyəddin oğlundan ona olan 4850 (dörd min səkkiz yüz əlli) manat borcun, 115 (bir yüz on beş) manat notarius ödənişinin və ödəmiş olduğum 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5036 (beş min otuz altı) manat pulun alınaraq ona ödənilməsi, Bakı şəhərində yaşadığından və maddi imkanı olmadığından məhkəmə proseslərində iştirak edə bilməyəcəyini nəzərə alınmasını, məhkəmənin hazırlıq və məhkəmə baxışı iclaslarını onun iştirakım olmadan keçirib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki o, 09 sentyabr 2024-cü il tarixdə borclu Cavabdeh Afıyəddin oğlu ilə bağladıqları borc müqaviləsinə əsasən Cavabdeh Afıyəddin oğluna 4850 (dörd min səkkiz yüz əlli manat ) manat pul vermişdir. Cavabdeh həmin borc müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinədək həmin pulu ona qaytarmağı öhdəsinə götürsə də, bugünkü günə qədər borcunu qaytarmamış, heç bir ödəniş etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olumuş və Cavabdeh Afıyəddin oğlundan ona olan 4850 (dörd min səkkiz yüz əlli) manat borcun, 115 (bir yüz on beş) manat notarius ödənişinin və ödəmiş olduğum 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5036 (beş min otuz altı) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki hazırda Ordubad rayonunda yaşamadığını, iddiaçıya borcu olduğunu və bunu nəzərə alaraq borcun əmək haqqının yüzdə iyirmi beş faizinə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh Afıyəddin oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 4850 manat məbləğində pulu faizsiz bor verməyi öhdəsinə götürmüş, cavabdeh isə həmin borc məbləğini, xx.xx.2025-ci il tarixədək qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı iddia ərizəsində həmçinin borc müqaviləsi bağlanarkən borc müqavilənin təsdiq edilməsi ilə bağlı 115 (bir yüz on beş) manat notariat ödənişinin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etsə də, xx.xx.2024-cü il tarixli Borc müqaviləsinin 11-ci bəndində qeyd edilmişdir ki, müqavilənin notariat qaydasında təsdiq edilmiş xərclərini borcalan çəkir. Məhkəmə bu səbəbdən də İddiaçı 115 (bir yüz on beş) manat notariat ödənişinin cavabehdən tutulması barədə tələbinin rədd edilməsi qənaətinə gəlir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki İddiaçı Cavabdeh Afıyəddin oğluna qarşı xx.xx.2024-cü il tarixli Borc müqaviləsinə əsasən 4850 manat məbləğində borc Cavabdeh Afıyəddin oğlundan alınaraq İddiaçı verilməli, 115 (bir yüz on beş) manat notarius ödənişləri ilə bağlı tələb isə rədd edilməlidir. Belə ki Cavabdeh Afıyəddin oğlunun İddiaçı 4850 manat məbləğində borcunun olası faktını tərəflər arasında bağlanmış və mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Borc müqaviləsi ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim ) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 70 manat dövlət rüsumunun 68.50 (altmış səkkiz manat əlli qəpik ) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edildiyindən isə İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 70 manat dövlət rüsumunun 1.50 (bir manat əlli qəpik ) manatı özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4850 (dörd min səkkiz yüz, əlli manat ) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 68.50 (altmış səkkiz manat əlli qəpik ) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddia qalan hissədə rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 70 manat dövlət rüsumunun 1.50 (bir manat əlli qəpik ) manatı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar