Məhkəmə qərarları › İş №2(080)-18/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-18/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-18/2022 21.01.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 1300 manat məbləğində pulun, 33 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad rayonunun Parağa kəndində yaşayır, təsərrüfatla, maldarlıqla məşğul olur. 2020-ci ilin fevral ayında 2 baş iribuynuzlu heyvanı olmuşdur. Cavabdeh İddiaçı evinə gələrək iki iribuynuzlu heyvanları ona satmasını və hər ay 250 manat ödəyəcəyini bildirmişdir. Onlar şifahi nolaraq iribuynuzlu heyvanları 2500 manata, hər ay 250 manat ödəmək şərti ilə razılaşmışlar. İlkin olaraq 5 ay ərzində Cavabdeh İddiaçı 1200 manat pul ödəyib. 2020-ci ilin əvvələrində sonra Cavabdeh İddiaçı pul ödəmir. Bu barədə İddiaçı Cavabdeh hərəkətlərindən 14.04.2021-ci il tarixdə Ordubad rayonunun Biləv Polis bölməsinə müraciət etmiş, mübahisə əsnasında Z.X3 bölməsində 1300 manatı 2021-ci ilin avqust ayına dək ödəyəcəyi barədə iltizam vermişdir. Buna baxmayaraq Cavabdeh İddiaçı olan 1300 manatı ödəməyib. Hər dəfə bir bəhanələr gətirir. Cavabdeh Əliabbas oğlundan 1300(bir min üç yüzi) manat borcun və 33 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, iddiaçının izahatında bildirdikləri ilə eyni məzmunda izahat vermiş, İddiaçı iki iribuynuzlu heyvan aldığını bildirmişdir. Aralarında olan razılaşma əsasında İddiaçı 10 ay hər ay 250 manat ödəməklə ümumilikdə 2500 manat ödəyəcəkdir.Cavabdeh beş ay 250 manatdan pulu İddiaçı ödəmiş, sonradan pulu ödəməmiş. Aralarında olan razılaşmada İddiaçı Cavabdeh satdığı iribuynuzlu heyvanın doğan, bala verən heyvan olduğunu ona demişdi. İribuznuz mal bir ildir ondadır, amma bala verməyib. Cavabdeh belə olduğu halda İddiaçı gəl heyvanını apar dedimdir. Amma İddiaçı Cavabdeh pulun tələb etmişdir. Hal-hazırda ödənişi edə bilmir, buna maddi imkanı çatmır.İddiaçı 1300 manat pul borcu olduğunu etiraf edir. Cavabdeh o pulu qaytarmağa hal-hazırda imkanı çatmadığından İddiaçı razıdırsa ona verdiyi pulları ona geri verməsini, əvəzində isə heyvanları İddiaçı qaytaracaq. Son günlərdə iddiaçı ilə bu məsələdə razılığa gəlmək üçün cavabdeh çox cəhdlər etsə də, yəni buzov pul əvəzi ona vermək istəmiş, amma iddiaçı razı olmamişdır. İş materiallarında olan “vəkalətnamədə” qeyd edilmişdir ki, “Mən Cavabdeh Biləv bölmə rəisinin yanında Parağa kənd sakini İddiaçı avqust ayının sonunda 1300 manat dəyərində pul ya dana verərəm. imza Cavabdeh. 14.04.2021” Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını binləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1300 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 2500 manat dəyərində 2 baş iribuynuzlu mal satmış, cavabdeh hər ay 250 manat pulu iddiaçıya verəcəyini öhdəsinə götürmüş, borcun etirafı barədə “vəkalətnamə” yazmışdır. Cavabdeh iddiaçıya 2500 manat dəyərində iki baş iribuynuzlu mal, 1200 manat pul vermiş, 1300 manat borcu qalmış, lakin 1300 manat pulu iddiaçıya verməmişdir. Cavabdeh iddiaçıya olan 1300 manat borcunu 2021-ci il avqust ayının sonunda verəcəyinə söz vermişdir. Cavabdeh borcun etirafı barədə imzaladığı sənəddə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1300 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 1300 manat borcu var. Bu tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə aşağıda qeyd edilmiş maddi hüquq normaları barımından da gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi tərəflərin iradəsi ifadəsi ilə bağlanmışdır. İddiaçı 2 baş iribuynuzlu malı cavabdehə təhvil vermiş, cavabdeh isə hər ay 250 manat məbləğində pulu iddiaçıya verəcəyini öhdəsinə götürmüş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdür. Cavabdehin öhdəliyi iş materiallarına əlavə edilmiş, “vəkalətnamə” adı ilə yazılmış sənədlə də öz təsdiqini tapır. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsi və borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış “vəkalətnamə”yə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 2500 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu hər ay 250 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini tam yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh oğlunun İddiaçı 1300 manat borcunun olması tam sübuta yetdiyindən, Cavabdehdan 1300 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz manat) manat məbləğində pul və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar