Məhkəmə qərarları › İş №2(080)-19/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-19/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-19/2021 19.03.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı MMC-nin rəhbəri X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı” MMC-i iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh tərəfindən İddiaçınə dəymiş 8.580 ( səkkiz min beş yüz səksən ) manat ziyan və eləcədə dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 8.610 (səkkiz min altı yüz on) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin rəhbəri Sadıq Ağayev iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus Daf FT XF 105.460 T Yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqu ilə Rusiya Federasiyasının Çelyabinsk şəhərinə 443 kq + "508 kq yastı şəftəli, 144 kq nektar məhsulu aparmış,məlum olmuşdur ki,SCHMİTZ SKO 24 markalı ** ZA *** d\q nişanlı qoşqu soyuducunun mühərrikini düzgün işlətməməsi səbəbindən Cavabdeh MMC-yə 330.000 ( üç yüz otuz min ) rubl pul, yəni 8.580 ( səkkiz min beş yüz səksən ) manat məbləğində iddiaçıya ziyan vurmuşdur.xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh Rusiya Federasiyasının Çelyabinsk şəhərində bildirmişdir ki, Xaçmaz şəhərindən qoşqu soyuducuya 443 kq + 1508 kq yastı şəftəli,144 kq nektar məhsulu saz vəziyyətdə qəbul edib qoşqu soyuducuya yüklənmiş məhsula baxılarkən məlum olmuşdur ki, 330.000 rubl dəyərində - 8.580 manat təşkil edən məhsulu xarab etmişdir və yazılı şəkildə söz vermişdir ki, 330.000 rubl pulu tez bir zamanda ödəyəcəkdir, əks təqdirdə mülki və ya cinayət məsuliyyəti daşıyacaqdır. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh İddiaçı MMC-nin ofisinə gələrək izahatında bildirmişdir ki, Rusiya Federasiyasının Çelyabinsk şəhərində yazmış olduğu 330.000 rubl ziyanla bağlı yazdıqlarını tam təsdiq edir və tezliklə ziyanı ödəyəcəkdir. xx xxxxxxxx 2020ci il tarixli tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Daf FT XF ' 105.460 T Yük markalı ** AC *** d\q nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** d/q nişanlı qoşqu ilə Rusiya Federasiyasının Çelyabinsk şəhərinə 443 kq + 1508 kq yastı 44 kq nektar məhsulu saz vəziyyətdə qəbul edib təyinatı üzrə aparmış və orada məlum olmuşdur ki, onun təqsiri ucbatından 330000 (üç yüz otuz min) rubl dəyərində məhsula ziyan dəymişdir. Lakin hazırkı günə qədər Cavabdeh tərəfindən 330.000 (üç yüz otuz min) rubl - yəni 8.580 ( səkkiz min beş yüz səksən ) manat ziyanı İddiaçı MMC-yə ödənilməmişdir.Ona görə də Cavabdeh tərəfindən İddiaçınə dəymiş 8.580 ( səkkiz min beş yüz səksən ) manat ziyan və eləcədə dövlət büdcəsinə ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 8.610 (səkkiz min altı yüz on) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramlarda Bakı şəhərində yaşadığını, hava nəqliyyatının işləmədiyi üçün məhkəməyə gələ bilmədiyini bildirmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etibarnamə, order və ərizələr ünvanlayaraq iş materialları ilə tanış olmaq, çıxarışlar etmək və zərurət yaranarsa vəsatətlər vermək üçün həmin işin qısa müddətə təxirə salınmasını və xxxxxxx(fin kodu) onun vahid məhkəmə portalında elektron sistemə əlavə olunmağına şəraitin yaradılmasını təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq Cavabdeh nümayəndəsi və vəkili Vəkil vahid məhkəmə portalına elektron sistemə ərizə ünvanlandığı ərizədə hal-hazırda ölkədə yeni tip koronavirus pandemiyasını olan COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə görülən zəruri tədbirlərlə əlaqədar Ordubad Rayon Məhkəməsində iştiraklarının mümkün olmadığını, bu baxımdan da izahatlarını yazılı olaraq təqdim etdiklərini, 2020-ci ilin may ayından etibarən "İddiaçı" MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh vəzifəsi həmin MMC-yə məxsus yük avtomobillləri vasitəsilə Rusiya Federasiyasına yüklərin aparılmasından ibarət olduğunu, bununla əlaqədar yük avtomobillərinə texniki qulluq MMC tərəfindən həyata keçirildiyini, hal-hazırda MMC-nin pul tələbinin əsası olan meyvə-tərəvəz məhsullarına xarab olması nəticində MMC-yə dəymiş ziyanın əvəzinin ödənilməsi olduğunu, bununla bağlı MMC-yə məxsus yük avtomobillərinə texniki qulluq göstərildikdən və avtomobilin saz vəziyyətdə olmasına MMC-nin qarajında baxıldıqdan sonra Cavabdeh Rusiya Federasiyasına yola düşdüyünü, orada avtomobilin soyuducusunda olan nasazlıq səbəbindən məhsulların cüzi hissəsinə zərər dəydiyini, Cavabdeh həmin zərərin qarşısının alınması məqsədi ilə özü xərc çəkərək soyuducunun tam dayanmasının qarşısını aldığını, daha sonra meyvə-tərəvəz məhsullarını təyinatı üzrə yerə çatdırdığını, Rusiya Federasiyasının ərazisində olan zaman MMC-nin başqa sürücüsü tərəfindən Cavabdeh fiziki zor tətbiq edilərək bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər aldığını, bununla bağlı cavabdeh tərəfindən Xaçmaz Rayon Polis idarəsinə müraciət olunduğunu, Xaçmaz rayonunda olduğu zaman MMC-nin nümayəndələri tərəfindən təziq altında şirkətə zərər vurmağı ilə bağlı izahat yazdırıldığını, həmin mətn cavabdeh tərəfindən könüllü olaraq yazılmadığını, bundan sonra cavabdeh işdən azad olunmağıyla bağlı MMC-yə müraciət etdiyini, hal-hazırki günədək cavabdehin müraciətinə cavab verilmədiyini, məhkəmə araşdırması zaman cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq əmək müqaviləmə xitam verilməsini öyrəndiyini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə mülki işə cavabdehin, nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Əmək müqaviləsindən görünür ki, "İddiaçı" MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 188 saylı qərarı ilə təstiq edilmiş tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixdə "İddiaçı" MMC və Cavabdeh arasında Azərbaycan Respublikasının əmək məcəlləsinin 200-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat işçilərə verilən sərvətlərin saxlanılması, emalı, satışı(buraxılışı) daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çatmış işçi ilə onun tutduğu vəzifə və işə götürdüyü iş Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təstiq edilmiş xüsusi siyahıya uyğun gəldikdə onunla tam məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlanır. xx.xx.2020-ci il tarixdə Cavabdeh ərizə ilə "İddiaçı" MMC-yə sürücü vəzifəsinə qəbul edilməsi barədə ərizə vermişdir. xx xxxx 2020-ci il tarixli İltizamın surətindən görünür ki, Cavabdeh idarə etdiyi DAF Fİ XE markalı ** AC *** dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** qoşqu ilə Rusiya Federasiyası istiqamətinə hərəkət edərkən nəqliyyat vasitəsini saz vəziyyətdə idarə edərək saxlamaqla verilmiş yükü tam, standartlara uyğun vəziyyətdə təyin olunmuş yerə çatdırmaq barədə öhdəliyə riayət edəcəyinə, eləcədə nəqliyyat vasitəsini, yükün pulunu, müvafiq sənədləri Xaçmaz şəhəri, Bakı prospekti 20 A ünvanında yerləşən "İddiaçı" MMC ofisinə gələrək məsul edilmiş şəxsə təhvil verəcəyinə əks təqdirdə çatışmamazlıqlar olarsa cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli İltizamın surətindən görünür ki, Cavabdeh idarə etdiyi DAFFİXE markalı ** AC *** dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** qoşqu ilə Rusiya Federasiyası istiqamətinə hərəkət edib qayıtdıqdan sonra "İddiaçı" MMC-dən işdən çıxmaq istəsədə bu barədə MMC-nin rəhbərliyini bir ay öncədən xəbərdar etməyi barədə xəbardar edilmiş, əgər bu barədə MMC-nin xəbərdar etməsə bununla əlaqədar məsuliyyət daşıdığını, şirkətə vurulacaq ziyan barədə cinayət və mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı barədə xəbardar edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh və X3 tərəfindən yazılmış izahatda Cavabdeh səhvi ucbatından 330.000 rubl dəyərində 443 kq + 1508 kq yastı şəftəli,144 kq nektar məhsulu xarab olduğunu, həmin ziyanın ödəyəcəyini, əks təqdirdə həm mülki və cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, Rusiya Federasiyası Çelyabiniski şəhərində yazdığı izahatını təstiq etmişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış əlavə izahatdan görünür ki, vurduğu ziyanı ödəməsi üçün heç bir imkanı olmadığından əlavə vaxt verilməsini bildirmişdir. xx.xx.2020-ci il tarixli Aktın surətindən görünür ki, "İddiaçı" MMC-nin balansında olan "İddiaçı" MMC-nin sürücüsü Cavabdeh təhkim edilmiş DAF Fİ XE markalı ** AC *** dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** qoşqu ilə Rusiya Federasiyası Çelyabiniski şəhərinə yastı şəftəli 443 kq + 1508 kq və nektar 144 kq məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə aparmış və orada məlum olmuşdur ki, Cavabdeh təqsiri ucbatından 330.000 rubl dəyərində məhsula ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən "İddiaçı" MMC-i tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Həmin Məcəllənin 861-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. xx xxxx 2020-ci il tarixli İltizamın surətindən görünür ki, Cavabdeh idarə etdiyi DAF Fİ XE markalı ** AC *** dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** qoşqu ilə Rusiya Federasiyası istiqamətinə hərəkət edərkən nəqliyyat vasitəsini saz götürmüş, yükü tam, standartlara uyğun vəziyyətdə təyin olunmuş yerə çatdırmağı barədə öhdəlik götürmüş, eləcədə nəqliyyat vasitəsini, yükün pulunu, müvafiq sənədləri Xaçmaz şəhəri, Bakı prospekti 20 A ünvanında yerləşən "İddiaçı" MMC ofisinə gələrək məsul edilmiş şəxsə təhvil verəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli Aktın surətindən, xx xxxx 2020-ci il tarixli İltizamların surətindən, xx.xx.2020-ci il tarixdə Cavabdeh izahatından, xx.xx.2020-ci il tarixdə Cavabdeh əlavə izahatından, xx.xx.2020-ci il tarixdə Cavabdeh və X3 tərəfindən yazılmış izahatdan ğörünür ki, Cavabdeh İddiaçı MMC-nə yastı şəftəli 443 kq + 1508 kq və nektar 144 kq məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə Rusiya Federasiyası Çelyabiniski şəhərinə apararkən səhlənkarlığından İddiaçı MMC-nə 330.000 rubl dəyərində maddi ziyan vurmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Mülki iş üzrə cavabdehin vəkili 19 03. 2021-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə baxışının təxirə salınmasını, məhkəmə -xətşünaslıq ekspertizasının təyin edilməsini, iş üzrə icraatın dayandırılmasının hüquqlarının müdafiyə etdiyi şəxsdən imza nümunələrinin götürülməsi üçün zəruri şəraitin və vaxtın təmin olunmasını xahiş etmişdir.Səbəb kimi isə hüququnu müdafiə etdiyi Cavabdeh barəsində iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş izahatın iddaçı tərəfindən təziq altında, öz iradəsinə zidd olaraq yazılmasını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki vəsatət əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə icraatının hazırlıq və baxış mərhələlərində cavabdehə əlavə sübutları təqdim etməsini təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184.3-cü mаddəsinin tələbinə əsasən yeni sübut təqdim edilməsi üçün işin təxirə salınmasını haqqında vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlankarlıqları üzundən təqdim etməyiblərsə, gecikmiş kimi rədd edə bilər. Qanunu tələbinə görə qeyd edilən şərtlər yalnız birlikdə mövcud olduqda müvafiq vəsatət təmin olunmayacaqdır. Göründüyü kimi qanunun bu müddəası hazırkı iş üzrə də mövcuddur. Məhkəmə icraatda olan mülki iş üzrə cavabdehin işə baxılana qədər sübutun adi səhlankarlıq deyil kobud səhlankarlıq üzündən yəni cavabdehin sübutu məhkəməyə təqdim etmək imkanına malik olduğu halda onu məhkəməyə təqdim etməyərək ifrat arxayınçılıqla özündə saxlaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184.3-cü mаddəsinin tələbinə əsasən yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatətin təmin edilib- edilməməsi hakimin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh idarə etdiyi DAF Fİ XE markalı ** AC *** dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** qoşqu ilə Rusiya Federasiyası istiqamətinə hərəkət edərkən nəqliyyat vasitəsini saz götürmüş, yükü tam, standartlara uyğun vəziyyətdə təyin olunmuş yerə çatdırmağı barədə öhdəlik götürmüş, Cavabdeh İddiaçı MMC-nə yastı şəftəli 443 kq + 1508 kq və nektar 144 kq məhsulunu saz vəziyyətdə qəbul edib təyinatı üzrə Rusiya Federasiyası Çelyabiniski şəhərinə apararkən səhlənkarlığından İddiaçı MMC-nə 330.000 rubl yəni 8580 (səkkiz min beş yüz səksən) manat yəni dəyərində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Buna görə də iddiaçının tələbi əsaslıdır. İddia icraatı qaydasında tələbə baxılması nəticəsində tələb təmin olunduğundan MPM-in 119.1-ci maddəsinə əsasən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 8580 (səkkiz min beş yüz səksən) manat ziyan və 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 8610 (səkkiz min altı yüz on) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr:Tural: Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar