Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-197/2025 17.09.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat məbləğində pulun və 157.50 (yüz əlli yeddi manat,əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Ordubad şəhərində lavaş satan Nurlan adlı şəxsdən lavaş alarkən onunla tanış olmuşdur. Həmin vaxt Nurlanın avtomobili vardı. Həmin avtomobili 23500 manata ona satılması ilə bağlı Nurlanla razılıq əldə etmişlər. Avtomobildə müşahidə etdiyi nasazlıqların aradan qaldırılması üçün Nurlana 3000 manat pul vermiş, avtamobilin ona satılması üçün Nurlana 20500 manat pul verməli olmuşdur. Öz avtomobilinin satışından evdə saxladığı puldan 3000 manat Nurlana həmin gün vermiş, 10-15 gün keçdikdən sonra Nurlanla görüşdükdə qeyd edilən avtomobildə olan nasazlıqların aradan qaldırmadığını, Nurlanın rəftarı, isti münasibəti onun xoşuna gəldiyi üçün Nurlanın dediklərinə tam inanmış, bu səbəbdən əlavə olaraq ona avtomobilin təmiri üçün 3000 manat pul vermiş, avtomobilin alqı-satqısı zamanı 17500 manat pul ödəməli olduğu Nurlan tərəfindən diqqətinə çatdırmışdır. Həmin vaxt Nurlan "Qazel" markalı avtomobil alacağını, ona təcili pul lazım olduğunu bildirmişdir. Nurlana ikinci dəfə 3000 manat pul vermiş, ümumilikdə Nurlana 15.500 manat pul vermişdir. Nurlan rayonun Qoruqlar kəndində mağaza açmaq istədiyi barədə ona məlumat vermiş, Nurlan həmin işdə onunla şərikli işləyə biləcəyini bildirmiş, bu iş üçün ondan pul istəmişdir. O, Nurlanın qeyd edilən işdən pul qazanacağını, ona olan borcunu ödəyəcəyini düşünmüş, Kapital Bankdan 5000 manat kredit pul götürərək Nurlana vermişdir. Nurlanla onun arasındakı pul məbləği 20.500 manat oldu. Daha sonra Nurlanla birlikdə rayonun Qoruqlar kəndində ərzaq mağazası açaraq, 6 ay ərzində Nurlanla birlikdə şərikli olmaqla qeyd edilən ərzaq mağazasında işlədiklərini, qeyd edilən vaxt ərzində mağazaya mal almaq üçün əlavə olaraq Nurlana 12.000 manat pul vermişdir. Nurlan iri və xırdabuynuzlu heyvanlar alaraq təsərrüfatla məşğul olmaları ilə bağlı və oradan gələn qazancla ona olan borcunun Nurlan tərəfindən ödəniləcəyini, daha sonra Nurlanın yaxın günlərdə bankdan 20000 manat kredit götürərərk ona olan borcunu ödəyəcəyi barədə məlumat vermişdir. Nurlanın bu vədinə də inanaraq Moskva şəhərində işləyən kürəkəni X2 Rusiya Federasiyasına məxsus olan Sberbank bank vasitəsilə 786,943 rubl kredit pulu 2 dəfə giyəvinin vasitəsilə ekvivalentlə 17,034 manat pulu Nurlana vermişdir. Bank pulu 5% ilə onlara vermiş, lakin gecikmə olduğu üçün aylığı 27%-ə qalxmışdır. Daha sonra Nurlan tərəfindən aldaıldığını başa düşdükdə, bu səbəbdən Nurlanla aralarında olan şərikliyi sonlandırmışdır. Nurlanin ona ümumilikdə 38000 manat borcu qalıq qalmışdır.O bu barədə Ordubad Rayon Polis şöbəsinə müraciət etmiş, orada araşdırıldıqdan sonra işin məhkəməyə aid olması barədə qərar qəbul edilmişdir.Nurlanın ona 38000 boru var idi, Nurlan ona 22500 manat borcu olması barədə razılığa gəlmiş və ərizəsində etiraf edərək 15000 manatın 2024-cü ilin dekabr ayı, 7500 manatını isə hissə-hissə olmaqla hər ay ödəmək şərti ilə ona qaytaracağını qeyd etsə də, ona olan 22500 manat borcu qaytarmamışdır. İddiaçı Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat məbləğində pulun və 157.50 (yüz əlli yeddi manat,əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat məbləğində pulun və 157.50 (yüz əlli yeddi manat,əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat məbləğində pulun və 157.50 (yüz əlli yeddi manat,əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, izahatında iddiaçı tərəfin iddia ərizəsini oxuduğunu, iddiaçı tərəfin iddiasına qəbul etdiyini, Mütəllim ona hər hansı borc müqaviləsi ilə pul vermədiyini, o, Mütəllimlə şərik işlədiyini, birlikdə yaxşı qazanc da əldə etdiklərini, qazançın çoxunu isə kafelərdə yeməyə-içməyə xərclədiklərini, Mütəllim ona şərik olmaları üçün pul verdiyini, daha sonra şərikliklərini sonlandırdıqlarını və o, ərzaq mağazasını Mütəllimə təhvil verdiyini, işlərinin çox yaxşı getdiyini, kredit götürdüktən sora işləri korlandığını, 5 faizlə kredit verildiyini desələr də, onlar aldandıqlarını, 20000 manat banka keçikdirdiklərindən əlavə faiz borcu verdiklərini, Mütəllimə 22500 manat borcunun olduğunu, iddia tələbi ilə razı olduğunu, 5 uşağı olmasını qərar qəbul edərkən nəzərə alınmasını Məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, Cavabdeh tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, həqiqətən Ordubad rayonu Gənzə kənd sakini İddiaçı 22.500 manat borcum var, həmin borcun 15.000 manatını 2024-cü ilin dekabr ayı ərzində İddiaçı qaytaracam, qalıq olan 7500 manatını isə hissə-hissə olmaqla hər ay ödəməklə qaytaracağıma söz verirəm.Ərizəni yazarkən hər hansı təsirə məruz qalmadım. xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/81 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat alınıb İddiaçı verilməlifir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobili 23500 manata ona satılması ilə bağlı tərəflər razılıq əldə etmişlər. Avtomobildə müşahidə etdiyi nasazlıqların aradan qaldırılması üçün İddiaçı Cavabdeh 3000 manat pul vermiş, 10-15 gün keçdikdən sonra Nurlanla görüşdükdə qeyd edilən avtomobildə olan nasazlıqların aradan qaldırmadığını, Nurlanın rəftarı, isti münasibəti onun xoşuna gəldiyi üçün Nurlanın dediklərinə tam inanmış, bu səbəbdən əlavə olaraq ona avtomobilin təmiri üçün 3000 manat pul vermiş, avtomobilin alqı-satqısı zamanı 17500 manat pul ödəməli olduğu Nurlan tərəfindən diqqətinə çatdırmışdır. İddiaçı ümumilikdə Cavabdeh maşının alınması üçün 15.500 manat pul vermiş, əlavə olaraq Kapital Bankdan 5000 manat kredit pul, Sberbank bank vasitəsilə 786,943 rubl götürərək vermiş, ümumilikdə 38000 manat pul vermişdir.Onlar arasında razılaşdıqları 15000 manatın cavabdeh 2024-cü ilin dekabr ayı ərzində, qalan 7500 manatın isə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüş və borcunun olmasını etiraf etməsi barədə qəbz yazmışdır. Cavabdeh məhkəmə iclaslarında iddiaçıya 22.500 manat borcu olmasını etiraf etmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixdədək qüvvədə olmuş 739.1 və 740.1-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında xx.xx.2024-cü ildə 22.500 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu 2024-cü ilin dekabr ayında 15000 manatını ödəyəcəyini, qalan 7500 manatın isə hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 22.500 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 157.50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq məhkəmədə verilən iddialar üzrə, şəhid ailələri, müharibə veteranları,... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarına əlavə edilmiş **********9 nömrəli vəsiqənin surətində görünür ki, İddiaçı 157.50 manat dövlət büdcəsinə ödəmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 22500 (iyirmi iki min, beş yüz ) manat məbləğində pulun və 157.50 (yüz əlli yeddi manat,əlli qəpik ) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-197/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-197/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver