Məhkəmə qərarları › İş №2(080)-2/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-2/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-2/2025 14.03.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ vurulmuş maddi zərərin ödənilməsi ” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ona dəymiş olan ümumilikdə 1500( bir min beş yüz) manat zərərin ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyim 35 manat dövlət rüsumunun mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin sentyabr ayında özünə aid olan avtomobili satmaq üçün təmir etmək qərarına gəlmiş, Naxçıvan şəhərində yerləşən avtomobil təmiri sexində avtomobil ustası işləyən Ordubad rayonu, Azadkənd kəndi sakini Cavabdeh ilə şifahi razılaşmalarına əsasən ona aid olan nəqliyyat vasitəsini kosmetik və boya təmirin 750 (yeddi yüz əlli) manat qarşılığında təmir edəcəkdi. O ilk olaraq təmir üçün lazım olacaq materialların alınması üçün 200(iki yaz) manat iddiaçıdan almış, sonra isə 440 manatda bir alaraq, ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində pul almışdır.Maşının təmiri bitdikdə təmirin bərbad olduğu üçün iddiaçı narazılığını bildirmiş, vurulmuş boya maşının müxtəlif hissələrində tünd olmuş və maşının boyası axıntı vermiş, buda avtomobili pis göstərərək bazar qiymətindən aşağı salırdı. Sora cavabdeh iddiaçı ilə razılaşmış ki, qıssa müddətdə yenə gətirib üzərin sürtüb yenidən boyayacaq və pulun geri qalanında alacaqdır.Onlar bu barədə razılaşalar da iddiaçını çox get-gələ saldıqdan sonra cavabdeh maşını boyasını sürtüb təmizləmiş, amma boyamamışdır. Artıq 1 il 8 aydan çoxdur ki, Cavabdeh onun sexə təmir adına aladadaraq çağırmış, maşını isə təmir etmir. 20 aydan artıqdır təmiri başa çatdıra bilməyib, nəqliyyat vasitəsinin dəyəri ortalama 7000 manat məbləğindən 5000 manat məbləğinə qədər düşüb. İddiaçı 2000 manata yaxın zərər etmiş və hazırda maşının yenidən təmiri üçün ustalar 1000 manat pul tələb edir. İddiaçı isə vicdanlı davranaraq ondan aldığı 620 manat usta yananına gedib gəldiyi yol xərci maşının bazar qiymətinin keçən zaman müddətində azalması səbəbinə görə 2000 (iki min) manat və yenidən təmir etmək üçün lazım olan 1000 manat ümumilikdə 3620 manat məbləğini deyil 1500 manat tələb edir. Bu qədər zərərin ödənilməsi tələbi üçün cavabdehlə əlaqə saxladıqda müxtəlif növ bəhanələr gətirərək borcun qaytarmaqdan boyun qaçırmış, yenədə ödəyəcəyini bildirsə də amma nəticədə ödəməmişdir. Cavabdeh ona olan borcun etiraf edir, cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlayaraq borcun ödəməyi haqqında danışıqlar olmuş, telefon danışıqlarında da aşkar borcu boynuna almış, ödəyəcəyinə vəd edir, lakin uzun zamandır ki cavabdeh ona olan borcunu birmənalı olaraq qaytarmaqdan yayınır. Cavabdeh ona dəymiş olan ümumilikdə 1500( bir min beş yüz) manat zərərin ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyim 35 manat dövlət rüsumunun mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ondan aldığı 620 manat usta yananına gedib gəldiyi yol xərci, maşının bazar qiymətinin keçən zaman müddətində azalması səbəbinə görə 2000 (iki min) manat və yenidən təmir etmək üçün lazım olan 1000 manat, ümumilikdə 3620 manat məbləğini deyil, 1500 manat tələb edir kimi göstərdiyi hissənin dəyişdirilməsini, “maşının bazar qiymətinin keçən zaman müddətində azalması səbəbinə görə 500( beş yüz) manat, maşının yenidən təmiri üçün usta xərci olaraq 2300 manat tələb edirə” ilə əvəz edilməsi, yekunda məhkəmədən xahiş etdiyi iddia tələbimin həcmi olan 1500( bir min beş yüz) manatdan, iddia tələbimin həcminin 2800 (iki mln səkkiz yüz) manatadək artırdığını, iddia ərizəsinin verilməsinə üçün ödədiyim rüsumun 35 manatdan 48 manata dəyişdirməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmənin elektron ünvanına göndərdiyi ərizəsində Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iclas xx.xx.2025-ci il tarixində, saat 16:00-a Naxçıvan MR Ordubad Rayon Məhkəməsində baxılacağını, X7 Məktəbində müəllim işlədiyini, bayram tədbirlərinin keçirilməsi ilə bağlı hazırlıqlarda iştirak etdiyi üçün sözü gedən iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, zəruri olacaq bütün sübutları məhkəməyə təqdim etdiyini, bu halı nəzərə alaraq təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmiş, cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bunu nəzərə alan məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İşdə olan Naxçıvan Motor MMC-nin xx.xx.2025-ci il tarixli qaiməsindən görünür ki, qabaq kaport 286.00 manat, sağ qabaq kırlo 98.00 mant, dəmirçi malyar işi 2300.00 manat dəyərində detallar Naxçıvan Motor MMC-dən sifarişi xahiş edilmişdir. İşdə olan AD N924261 ömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, tipi Sedan, buraxılış ili 2007, rəngi qızılı, mühərrik **********9, ban 73202551 avtomobil X2 adınadır. İşdə olan 10 dekabr 2020-ci il tarixli Etibarnamənin surətindən görünür ki, X4 nəqliyyat vəsitəsini idarə etmək üçün İddiaçı etibar etmiş, etibarnamənin müddəti xx.xx.2029-cu ilə qədər etibarlıdır. İşdə olan səs yazıları və şəkillərdən də görünür ki, avtomaşın keyfiyyətli təmir olmamış, iddiaçıya maddi zərər dəymişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edldi ki, Azsamad markalı Sedan markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 məxsusdur. Həmin avtomobil tam səlahiyyətlər verilməklə X3 10 dekabr 2020-ci il tarixdən xx.xx.2029-cu il tarixədək Etibarnamə əsasında etibar etmişdir. 2022-ci ilin sentyabr ayında özünə aid olan avtomobili satmaq üçün təmir etmək üçün Naxçıvan şəhərində yerləşən avtomobil təmiri sexində avtomobil ustası işləyən Ordubad rayonu, Azadkənd kəndi sakini Cavabdeh ilə şifahi razılaşmalarına əsasən ona aid olan nəqliyyat vasitəsini kosmetik və boya təmirin 750 (yeddi yüz əlli) manat qarşılığında təmir edəcəkdi. Cavabdeh ilk olaraq təmir üçün lazım olacaq materialların alınması üçün 200(iki yaz) manat iddiaçıdan almış, sonra isə 440 manatda bir alaraq, ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində pul almışdır. Maşının təmiri bitdikdə təmirin bərbad olduğu üçün iddiaçı narazılığını bildirmiş, vurulmuş boya maşının müxtəlif hissələrində tünd olmuş və maşının boyası axıntı vermiş, buda avtomobili pis göstərərək bazar qiymətindən aşağı salmışdır.Sora cavabdeh iddiaçı ilə razılaşmış ki, qıssa müddətdə yenə gətirib üzərin sürtüb yenidən boyayacaq və pulun geri qalanında alacaqdır. Onlar bu barədə razılaşalar da iddiaçını çox get-gələ saldıqdan sonra cavabdeh maşını boyasını sürtüb təmizləmiş, amma boyamamışdır. Artıq 1 il 8 aydan çoxdur ki, Cavabdeh onun sexə təmir adına aladadaraq çağırmış, maşını isə təmir etmir. 20 aydan artıqdır təmiri başa çatdıra bilməyib, nəqliyyat vasitəsinin dəyəri ortalama 7000 manat məbləğindən 5000 manat məbləğinə qədər düşüb. İddiaçı 2000 manata yaxın zərər etmiş və hazırda maşının yenidən təmiri üçün ustalar 1000 manat pul tələb edir. Bu qədər zərərin ödənilməsi tələbi üçün cavabdehlə əlaqə saxladıqda müxtəlif növ bəhanələr gətirərək borcun qaytarmaqdan boyun qaçırmış, yenə də ödəyəcəyini bildirsə də amma nəticədə ödəməmişdir. Cavabdeh ona olan borcun etiraf edir, cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlayaraq borcun ödəməyi haqqında danışıqlar olmuş, telefon danışıqlarında da aşkar borcu boynuna almış, ödəyəcəyinə vəd edir, lakin uzun zamandır ki cavabdeh ona olan borcunu birmənalı olaraq qaytarmaqdan yayınır. Bu səbəbdən də “ondan aldığı 620 manat usta yananına gedib gəldiyi yol xərci, maşının bazar qiymətinin keçən zaman müddətində azalması səbəbinə görə 2000 (iki min) manat və yenidən təmir etmək üçün lazım olan 1000 manat, ümumilikdə 3620 manat məbləğini deyil, 1500 manat tələb edir kimi göstərdiyi hissənin dəyişdirilməsini, “maşının bazar qiymətinin keçən zaman müddətində azalması səbəbinə görə 500( beş yüz) manat, maşının yenidən təmiri üçün usta xərci olaraq 2300 manat tələb edirəm” ilə əvəz edilməsi, yekunda məhkəmədən xahiş etdiyi iddia tələbimin həcmi olan 1500( bir min beş yüz) manatdan, iddia tələbimin həcminin 2800 (iki mln səkkiz yüz) manatadək artırdığını, iddia ərizəsinin verilməsinə üçün ödədiyim rüsumun 35 manatdan 48 manata dəyişdirməsini məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmənin mövqeyi: Sadalanan hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə cəmi 2800 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 48 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh cəmi 2800 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 48 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar