Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-202/2023 14.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 2768 (iki min yeddi yüz altmış səkkiz) manat, 47.68 manat dövlət rüsumunun və 200 manat vəkil xərcinin, ümumilikdə 3015.68 (üç min on beş manat altmış səkkiz ) manat pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 aprel 2023-cü il tarixdə saat 18:15 radələrində Bakı, Binəqədi yolu istiqamətində hərəkətdə olub, etibarnamə əsasında idarə etdyi “OPEL ASTRA” markalı, **-VR-*** dövlət'*qeydiyyat nişanlı avtomobillə yolda tıxac olduğundan sürət həddi 10-15 ilə irəliləyərkən həmin vaxtı qarşıdan gələn “KAMAZ 55111 YÜK” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobil, üstü yüklə dolu döngəyə sərt girdiyindən avtomobilin üstündə yük olan taxta-şalban onun avtomobilinin üzərinə tökülmüş, elə həmin vaxt hadisə yerinə DYP nəfərləri və sığorta şirkətlərinin əməkdaşları gəlmiş, müəyyən ölçü-biçidən sonra Cavabdeh barəsində DYP tərəfindən inzibati protokol tərtib edilmişdir. Dəymiş zərər qiymətləndirildikdən sonra 4825.00 manat məbləğində müəyyən olunmuşdur.İddiaçı idarə etdiyi avtomobil "xxxx" Qroup Sığorta Şirkəti ASC-də sığorta olunduğundan ona 2057 manat sığorta pulu ödənildi və 3000 manata yaxın zərər də qalmışdır ki, ödənilmədi. İddiaçı cavabdehə zəng vurub, zərəri qarşılamasını istəmiş, lakin cavabdeh konkret olaraq bildirmiş ki, dəymiş zərəri ödəmir, ver məhkəməyə. Həmin qəzanın törədilməsində iddiaçının heç bir günahı olmayıb. Artıq həmin qəzanın törədilməsindən 3 aya yaxın müddət keçməsinə baxmayaraq, bu günədək ona dəymiş ziyan Cavabdeh tərəfindən ödəniılməyib.Artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh tərəfindən etibarnamə əsasında idarə etdyi “OPEL ASTRA” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 2768 (iki min yeddi yüz altmış səkkiz) manat, iş üzrə ödəmiş olduğum 47.68 (qırx yeddi manat altmış sıkkiz qəpik) dövlət rüsumunun və 200 (iki yüz) manat vəkil xərcinin ümumilikdə 3015.68 (üç min on beş manat altmış səkkiz ) manat pulun iddiaçıya qaytarılması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, 10- VR-968 dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA”” markalı avtomobilin təmirinə tələb olunan xərc 4.825 manat (ehtiyyat hissələri-2325+dəmirçi 900 manat, elektrik 300 manat, boya 1300 manat) manat təşkil edir. - Hüquqi yardımın göstərilməsi haqqında 28 iyul 2023-cü il tarixli, 04/430 saylı müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 200 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 18 aprel 2023-cü il tarixdə saat 18:15 radələrində Bakı, Binəqədi yolu istiqamətində hərəkətdə olub, etibarnamə əsasında idarə etdyi “OPEL ASTRA” markalı, **-VR-*** dövlət'*qeydiyyat nişanlı avtomobillə yolda tıxac olduğundan sürət həddi 10-15 ilə irəliləyərkən həmin vaxtı qarşıdan gələn “KAMAZ 55111 YÜK” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı qoşqulu avtomobil, üstü yüklə dolu döngəyə sərt girdiyindən avtomobilin üstündə yük olan taxtaşalban onun avtomobilinin üzərinə tökülmüş, elə həmin vaxt hadisə yerinə DYP nəfərləri və sığorta şirkətlərinin əməkdaşları gəlmiş, müəyyən ölçü-biçidən sonra Cavabdeh barəsində DYP tərəfindən inzibati protokol tərtib edilmişdir. qiymətləndirildikdən sonra 4825.00 manat məbləğində müəyyən olunmuşdur. Dəymiş zərər "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, 10- VR-968 dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA”” markalı avtomobilin təmirinə tələb olunan xərc 4825.00 manat (ehtiyyat hissələri- 2325+dəmirçi 900 manat, elektrik 300 manat, boya 1300 manat) manat təşkil edir.İddiaçı idarə etdiyi avtomobil "xxxx" Qroup Sığorta Şirkəti ASC-də sığorta olunduğundan ona 2057 manat sığorta pulu ödənilmiş və 3000 manata yaxın zərər qalmışdır.Yerdə qalan xərcin ödənilməsi cavabdehdən tələb olunsa da, o, bundan imtina etmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində (baş vermiş qəza üzrə) iddiaçıya məxsus avtomobilə ziyan dəymiş, dəymiş ziyanın bir hissəsi sığorta tərəfindən ödənilmişdir. İddiaçı cavabdehə zəng vurub, zərəri qarşılamasını istəmiş, lakin cavabdeh konkret olaraq bildirmiş ki, dəymiş zərəri ödəmir, ver məhkəməyə. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 2009-cu il buraxılışlı, “OPEL ASTRA”” markalı 10- VR-968 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 2009-cu il buraxılışlı, “OPEL ASTRA”” markalı 10- VR-968 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2768 (iki min yeddi yüz altmış səkkiz) manat borc, 200 (iki yüz) manat hüquqi yardım üçün ödənilmiş pulun əvəzi İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 3015.68(üç min on beş manat altmış səkkiz ) manat olduğundan Cavabdeh 47.68 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Opel Astra” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 2768 (iki min yeddi yüz altmış səkkiz) manat, 47.68 manat dövlət rüsumunun və 200 manat vəkil xərcinin, ümumilikdə 3015.68 (üç min on beş manat altmış səkkiz ) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-202/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-202/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver