Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-21/2021 05.03.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi və maddi ziyanın ödənilməsi barədə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 5000(beş min) manat borcun və ona dəymiş maddi ziyana görə 3000 (üç min ) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Bakı şəhəri, Qara Qarayev pr-də yerləşən ərzaq mağazasında bir yerdə iş qurmaq məqsədi ilə 5000 manat məbləğində pul vermişdir.Cavabdeh Cavabdeh İddiaçı etimadından sui-istifadə edərək onu aldadaraq pulu mənimsəmişdir. İddiaçı aldandığını başa düşərək dərhal Nizami Rayon Şöbəsinin 25-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Nizami Rayon Şöbəsinin 25-ci Polis şöbəsinə dəvət olunub pulu ondan borc məqsədi ilə alması barədə izahat vermişdir.Bu səbəbdəndə Nizami Rayon Şöbəsinin 25-ci Polis şöbəsinin baş təhqiqatcısı polis mayoru Zamin Həsənov cinayət işinin başlanmasını rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə qərar qəbul etmiş, və İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir.İddiaçı Cavabdeh verdiyi pulu ACSSEC bank H.Aslanov filialından götürdüyü 5000 manat məbləğində pulun üzərinə gələn faiz borclarına görə ona ciddi maddi ziyan dəydiyini bildirmişdir. İddiaçı Cavabdeh 5000(beş min) manat borcun ona dəymiş maddi ziyana görə 3000 (üç min ) manat pulun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi ilə bağlı məhkəməyə ərizə və teleqram ünvanlayaraq onun gözdən əlil olmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edən mülki işə İddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək İddiaçı almış olduğu 5000 manatın müəyyən hissəsini qardaşı Cavabdeh vasitəsi ilə iddiaçının şəxsən iştirakı ilə nağd olaraq Banka ödəsə də təxminən 2700 manata yaxın borcun qalmasına baxmayaraq iddiaçı qərəzli olaraq borcu tam şişirdilmiş məbləğlə göstərdiyini və onun uzun illərdir ki Bakı şəhərində yaşadığını və onunla əlaqəsinin olmasını bildirərək iddia ərizəsini yaşamadığı Ordubad rayon məhkəməsinə göndərərək və onlar arasında olan mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyini bildirmişdir. Cavabdeh iddia tələbinə aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasının mülki iş üzrə çəkişmə pirinsipinin təmin edilməsinə və gələcəkdə obyektiv qərar qəbul edilməsinə əsas olacağını bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, xx xxxxxx 2021-ci il tarixdə Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 44.2.1-ci və 44.2.5-ci maddəsinin tələbinə əsasən bu barədə iddiaçı Z. İbrahimava bildiriş göndərmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək onun gözdən əlil olmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.5-ci maddəsinin tələbinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İddiaçı cavabdehin verdiyi vəsatətlə bağlı münasibət bildirərək iddia ərizəsinə Ordubad Rayon Məhkəməsində baxılmasını istəmişdir.Bu səbəbdən cavabdehin iddia tələbinə Bakı şəhəri Nəsimi rayon məhkəməsində baxılması üzrə vəsatəti rədd olunmalıdır.Həmçinin cavabdeh vəsatətində iddiaçı ilə aralarında borc qalığı və mübahisənin qabaqcadan məhkəmədən kənar(pretenziya) qaydada həll edilməsi barədə qanunla müəyyən edilmiş qaydaya yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinin ərizənin baxılmamış saxlanılması qaydasına əməl edilmədiyini vəsatətində bildirmişdir. Mülki işə əlavə edilmiş Nizami Rayon Şöbəsinin 25-ci Polis şöbəsinin baş təhqiqatcısı polis mayoru Zamin Həsənov cinayət işinin başlanmasını rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə qərar qəbul etmiş, və cavabdeh ifadəsində Cavabdeh İddiaçı pulu borc məqsədi ilə alması barədə izahat vermişdir. Mülki işdən görünür ki, iddiaçı cavabdehdən borc pulu istəmişdir yəni həmin tələblərə əməl olunmaması formal xarakter daşıyır və bu pretenziyanın verilməməsi kimi qiymətləndirilə və iddianın bu əsaslarla geri qaytarılması üçün əsas ola bilməz. İş üzrə materiallara əlavə edilmiş xx.xx.2010-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Qarayev X4 Rayonu Şəhriyar qəsəbəsi ərazi dairəsi Kotam kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Nizami Rayon Şöbəsinin 25-ci Polis şöbəsinin Qərarından görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc pul aldığını etiraf etmiş, İddiaçı aldığı 5000 manatı borclarına vermiş,və İddiaçı aldığı borcu qaytaracağını etiraf etdiyindan cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə göndərir. Həmin Məcəlləsinin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verdikdə həmin yerin məhkəmsinə göndərilmlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000(beş mini) manat borc alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Belə ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-in 339.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 449.1-ci maddəsinə müvafiq olaraq (Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Beləliklə qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq kreditor onun pulunun qanunsuz olaraq borclu tərəfindən saxlanılması nəticəsində borc vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bildikdə həmin zərəri Mülki Məcəllənin 21.2 və 449.3-cü maddəsinə əsasən borcludan tələb edə bilər. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borc verdiyi pulu bankdan götürməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh verdiyi pulu ACSSEC bank H.Aslanov filialından götürməsini qeyd etsə də məhkəməyə bu barədə sübut təqdim etməmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ünvanladığı vəsatətində iddiaçının şəxsən iştirakı ilə nağd olaraq Banka ödəniş etməsi və İddiaçı təxminən 2700 manata yaxın borcunun qalmasına dair sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh , Cavabdeh 5000 manat məbləğində borc pulun alınıb İddiaçı verilməlidir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000(beş min) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X3 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-21/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-21/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver