Məhkəmə qərarları › İş №2(080)-213/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-213/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-213/2024 09.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pulun və 88 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddiasını müdafiə etdiyini və məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. İddiaçı iddiasını onunla əsaslancırmışdır ki, o, polis bölməsində izahat verərək bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında torpaq almaq istədiyinə görə Tofiq adlı tanışına bildirmiş, Tofiq ona Məhəmmədli qəsəbəsində Nurlan adlı şəxsin torpaq satdığını demiş və ona Nurlanın əlaqə nömrəsi vermişdir. N.İddiaçıBabayevlə əlaqə saxlayaraq torpaq sahəsi almaq istədiyini bildirmiş və Cavabdeh onunla razılığa gələrək ona torpaq sahəsinin satacağını bildirmişdir.İddiaçı 2023-cü ilin sentiyabr ayın sonlarında həmin torpaq sahəsinin yerləşdiyi ünvanda Cavabdeh 200 manat beh vermiş, 2 gün sonra 1.000 manat pul vermiş, 5600 manat pulu nəğd şəkildə 5 gün sonra Nurlana təqdim eləmişdir. Cavabdeh ona X3 adına olan kənd təsərrüfatı təyinat torpağına çıxarışı olduğu bildirərək ona X3 adından ona xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir. Cavabdeh həmin torpağ sahəsində tikinti apardığını bildirmək isdədiyi zaman Cavabdeh İddiaçı torpaq sahəsinin 7 metirinin digər şəxsə məxsus olduğunu demişdir. Daha sonra ona digər yerdən torpaq sahəsinin verəcəyini bildirsə də müxtəlif bəhanələrlə torpaq sahəsinin verməmiş, Cavabdeh verdiyi 6800 manat pulu ödəməkdən Cavabdeh boyun qaçırır. Bu səbəbdən də dəfələrlə cavabdehdən pulunu isdəməyinə baxmayaraq cavabdeh pulun ona qaytarılmasından boyun qaçırır, pulunu qaytarmaq isdəmir. Cavadehlə bu barədə dəfələrlə söhbət etməyinə baxmayaraq onun sözlərinə hörmətsiz yanaşmışdır. Cavabdehə şifahi şəkildə xəbərdarlıq edilmişdir.Lakin cavabdeh pulu qaytarmadıqına görə məcburiyyət qarşısında qalaraq Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinə müraciyyət etməyinə baxmayaraq polis bölməsinin 10.05. 2024-cü il tarixli qərarına əsasən əməlində cinayət tərkibi olmadıqına görə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplamış material üzrə cinayət işin başlanması rədd edilmişdir. Bu səbəbdən də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 6800 manat mələğində pulun və 89 manat dövlət rüsumun alnıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı teleqramında qeyd etmişdir ki, İddiaçı ona qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırmış, iddiaçı tələbini belə əsasladırır ki , torpaq almaq üçün ona pul vermiş, lakin torpağı əldə edə bilməmişdir . O, iddiaçı Hümbətov X1 məxsuz torpağın satıldığını bildirmiş, İddiaçı torpaq sahəsinə baxıb razılaşmış, həmin torpaq sahəsini sənədləşdirmək üçün torpağın mülkiyətçisi tərəfindən ona etibarnamə verilmişdir . İddiaçı iddia ərizəsində ondan tələb ediyi pulu ona yox, Rüfət Piriyevə çatdığını bildiyi halda ondan pulu tələb etməsi əsasızdır. İddiaçı iddia ərizəsində tələb etdiyi pul ilə bağlı iddiasını X4 qarşı irəli sürməlidir.Həmiçin xx.xx.2024 cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməyi zəruri hesab edir, lakin Bakı şəhərindən Naxçıvana təyyarə bileti əldə etmək mümkün olmadığından qeyd edilən tarixdə məhkəmə iclasının iştiraki olmadan keçirilməsini xahiş edir. Məhkəmə cavabdehin teleqramını nəzərə alaraq mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Bakı şəhər Sabunçu rayon polis şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli Qərarında təhqiqat araşdırması zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında topraq almaq isətdiyini Tofiq adlı tanışına bildirmişdir. O, ona Məmmədli qəsəbəsində Nurlan adlı şəxsin torpaq satdığını demiş və onun əlaqə nömrəsini vermişdir. O, onunla əlaqə saxlamış və torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. O, ona Məmmədli qəsəbəsində 2 sot torpaq sahəsini göstərmiş və 6800 manata satdığını demişdir. O, onunla razılaşmışdır. 2023-cü ilin sentyabr ayının sonlarında o həmin torpaq sahəsinin yerləşdiyi ünvanda ona 200 manat beh vermişdir. Daha sonra 2 gün sonra 1.000 manat pul vermişdir. Təxminən 5 gün sonra isə qalıq 5.600 manat pulu həmin torpaq sahəsində ona nağd şəkildə ödəmişdir. Orada tikinti işləri aparmaq istədiyini bildirdikdə o, ona torpaq sahəsinin 7 metrinin digər şəxsə məxsus olduğunu demişdir. Daha sonra ona digər yerdən torpaq sahəsini verəcəyini bildirəsə də müxtəlif bəhanələrlə torpaq sahəsini verməmişdir. Ona ödədiyi pulu ondan tələb etdikdə 1 aya verəcəyini desə də müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. O, həmin torpaq sahəsinə 900 ədəd mişar daşı tökdürmüş və orada bünövrə qazdırmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı müraciəti əsasında toplanmış material icraatıma daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2023-cü ilin yay aylarında X4 məxsus Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən torpaq sahəsini İddiaçı 6800 manata satmış, həmin pulu torpaq sahibi olduğu üçün Rüfətə vermişdir. Bir müddət sonra o, İddiaçı ona satılmış torpaq sahəsinin 7 metr hissəsinin başqa şəxsə məxsus olması səbəbindən ona həmin ərazidə başqa torpaq sahəsi təklif etmiş, lakin İddiaçı torpaq istəməyərək ondan verdiyi pulu geri tələb etmişdir. Cavabdeh İddiaçı almış olduğu pulu Rüfət Piriyevdən geri ala bilmədiyi üçün İddiaçı onun barəsində polisə şikayət etmişdir. Vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material şifahi sorğu əsasında Sabunçu rayon Prokurorluğuna göndərilmiş və material prokurorluq tərəfindən öyrənildikdən sonra zərurətin aradan qaldırılması səbəbindən araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-yə geri qaytarılmışdır. Araşdırma zamanı X3 yerinin müəyyən olunması üçün 15-ci PB- yə əməliyyat tapışığı verilsə də araşdırma müddəti ərzində heç bir müsbət nəticə əldə olunmamışdır. Sabunçu RPŞ İŞ-nin müstəntiqi Rahib Cəfərov mübahisənin mülki xarakterli olduğunu bildirərək cinayət işinin başlanmasını rədd etmişdir. Şəxsiyyət vəsiqəsi məlumatına əsasən Cavabdeh xx.xx.1989-cu ildə Ordubad rayonunda anadan olmuş, Ordubad rayonun Vələver kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Мəhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6800 manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən Bakı şəhərində torpaq sahəsi almaq məqsədi ilə 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vemişdir. Bunu Bakı şəhər Sabunçu rayon polis şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli Qərarında göstərilən və izahatı alınan İddiaçı və Cavabdeh izahatlarında təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsi ilə müəyyən edilmişdir ki öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməmə mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başa düşülür. Hazırkı işdə olan sənədlərdən görünür ki, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pul mələği müqabilində İddiaçı Bakı şəhərində torpaq sahəsi verməyi öhdəsinə götürmüş lakin sonradan razılaşdıqları torpaq sahəsini iddiaçının mülkiyyətinə sənədləşdirdikdən sonra torpaq sahəsinin 7 metrinin digər şəxsə məxsus olduğunu bildikdə İddiaçı pulunu geri istəmiş, Cavabdeh İddiaçı həmin ərazidə başqa torpaq sahəsi təklif etmiş, lakin İddiaçı torpaq istəməyərək ondan verdiyi pulu geri tələb etmişdir. Cavabdeh İddiaçı almış olduğu pulu Rüfət Piriyevdən geri ala bilmədiyi üçün İddiaçı onun barəsində polisə şikayət etmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 88 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia təmin edilsin Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun və 88 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar