Məhkəmə qərarları › İş №2(080)-217/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-217/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-217/2024 30.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, ,X7 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı təyin olunmuş sabit aliment miqdarının artırılması və əmək haqqına və digər gəlirlərinə mübasibətdə üçdə bir hissədə alimentin hesablanması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2024-ci il tarixdə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Ordubad rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(080)-23/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tutulmaq üçün təyin olunmuş aliment miqdarının artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün əmək haqqına və başqa gəlirlərinə uyğun olaraq üçdə bir hissədə alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 05 iyun 2018-ci il tarixdə rəsmi olaraq nikaha daxil olduqların, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlarında övladlarının doğulduğunu, Cavabdeh ilə aralarında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verildiyini, Ordubad rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(080)- 23/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə arasında Ordubad rayon Qeydiyyat Şöbəsində 05 iyun 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Nikahın pozulmasından sonra xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X4 mənim yanımda saxlanılması, qətnamə qanuni qüvvəyə mindikdən sonra X8 və X4 Cavabdeh alınıb iddiaçıya verilməsi və xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019- cu ildə doğulmuş X4 yetkinlik yaşma çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay cəm olaraq 260 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb mənə verilməsi qət edildiyini, uşaqlara ayrılmış aliment uşağımızın maddi tələbatını qarşılamağa yetmədiyini, Uşaqların diğər xərclərinə və müalicəsinə də pul lazım oldğunu. Tək qadın olaraq bunların öhdəsindən gələ bilmədiyini, bu səbəbdən də övladlarımızın saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, uşaqların yaşı artdıqca xərcləri də artdığını, buna görə də xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehin hər ay əmək haqqına və digər gəlirlərinə uyğun olaraq aliment ödəməsini istədiyini və Ordubad rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(080)-23/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tutulmaq üçün təyin olunmuş aliment miqdarının artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün əmək haqqına və başqa gəlirlərinə uyğun olaraq üçdə bir hissədə alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında hərbiçi olduğunu, bu səbəbdən də tez-tez xidmət üçün yer dəyişdiyini və əmək haqqının dəyişən olduğunu, hazırda 900 manat əmək haqqı aldığını və ödədiyi alimentin uşaqlar üçün kifayət etdiyini eyni zamanda anasının da xəstə olduğunu bildirərək iddiaçının tələbi ilə razı olmadığın bildirdi. İş materiallarında olan- 400873 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Cavabdeh Ordubad Rayon Məhkəməsinin qətnaməsi əsasında, Ordubad Rayon Qeydiyyat şöbəsində nikahlarına xitam verilmiş və nikahın pozulması haqqında akt qeydləri kitabında 20 oktyabr 2023-cü il tarixdə 36 nömrə ilə qeyd aparılmışdır. Və eyni zamanda 400873 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, qadına Kazımova soy adı verilmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080) -23/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X9 iddiaçı X2 yanında saxlanılmış və xx.xx.2018-cü ildə doğulmuş X6 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay cəm olaraq 260 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb X3 ödənilməsi qət edilmişdir. 963750 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 may 2018-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 167630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 avqust 2019-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 96 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ordubad rayon Düylün kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080)-23/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək iki uşağın saxlanması üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində, izahatında Cavabdeh ilə nikahları Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulduğunu birgə nikahlarından doğulan uşaqları olan xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X4 onun yanında saxlanılmaqla hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat cəmi olaraq 260 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh hərbiçidir və aylıq əmək haqqı yüksəkdir. Ayrı yaşadıqları müddətdə Cavabdeh İddiaçı uşaqlarıın saxlanılması üçün alimentdən başqa əlavə maddi köməklik etməmişdir. İddiaçı isə uşağın artan tələbatlarını ödəməkdə və qarşılamaqda maddi cəhətdən çətinlik çəkmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərdən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Beləliklə, Məhkəmə hesab edir ki, alimentin dəyişdirilərək qazancın -1/3 hissədə müəyyən olunması tələbi təmin olunmalı, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080)-23/2023 saylı qətnaməsi ilə hər ay hər bir uşaq üçün 130 manat cəm olaraq 260 manat sabit pul məbləğində aliment məbləği dəyişdirilməli Cavabdeh xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması alimentin dəyişdirilərək qazancın - 1/3 hissədə müəyyən olunması tələbinə dair Ordubad Rayon Məhkəməsinin Qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080) -23/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 130 manat cəm olaraq 260 manat sabit pul məbləğində aliment məbləği dəyişdirildikdə cavabdehin aylıq qazancı olan 1/3 hissəsindən tutulduqda aliment məbləği artırılır, bu isə qanuna uyğun olaraq Ordubad Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdehdən tutularaq iddiaçıya ödəniləcəkdir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqında iddialarda – ödəmənin azaldılması və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı Cavabdeh qarşı təyin olunmuş stabil aliment miqdarının artırılması və əmək haqqına və digər gəlirlərinə mübasibətdə -1/3 hissədə alimentin hesablamnası tələbinə dair mülki iş üzrə iddia təmin edilərkən müəyyən olunur ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080) -23/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 260 manat sabit pul məbləğində aliment məbləği dəyişdirildikdə, 900 manatın üçdə bir hissəsi yəni 300 manat məbləğində aliment tutulacağı təqdirdə aliment 40 manat artırılır. Bu isə il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə Cavabdeh 30 (otuz manat) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz manat,) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-23/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx.xx.2018-cü ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat dövlət rusumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar