Məhkəmə qərarları › İş №2(080)-22/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-22/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-22/2022 02.03.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində pulun, 500 manat vəkil xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh və ailə üzvləri ilə uzun müddət münasibətləri olmuşdur. Ehtiyacı olduğu üçün Cavabdeh İddiaçı 10658 (on min altı yüz əlli səkkiz) manat borc pul istəmiş, F.İsmaylov etiraz etməyərək Cavabdeh istədiyi məbləği ona vermişdir. Onlar 13 aprel 2020-ci il tarixdə Babək rayon notariat ofisinə müraciət edərək aralarında kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinə əsasən Cavabdeh hər ay 400 manat olmaqla 13.06.2022-ci il tarixə qədər borcunu tam şəkildə ödəməli idi. Cavabdeh ilk ödənişini 25.05.2020-ci il tarixdə 400 manat olaraq ödəmiş, sonrakı ödənişləri 27.06.2020-ci il tarixdə 400 manat, 29.07.2020-ci il tarixdə 400 manat, 27.08.2020-ci il tarixdə 400 manat. 21.10.2020-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 2000 manat iddiaçıya pul ödəmişdir. Həmin tarixdən etibarən bu günə qədər Cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Dəfələrlə Cavabdeh şifahi formada müraciət etsə də, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edir. Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində pulun, 500 manat vəkil xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi və vəkili Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh və ailə üzvləri ilə uzun müddət münasibətləri olmuş, Cavabdeh pula ehtiyacı olduğu üçün Cavabdeh İddiaçı 10658 (on min altı yüz əlli səkkiz) manat borc pul istəmiş, F.İsmaylov etiraz etməyərək Cavabdeh istədiyi məbləği ona vermişdir. İddiaçı və Cavabdeh 13 aprel 2020-ci il tarixdə Babək rayon notariat ofisinə müraciət edərək aralarında kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinə əsasən Cavabdeh hər ay 400 manat olmaqla 13.06.2022-ci il tarixə qədər borcunu tam şəkildə ödəyəcəkdir. Cavabdeh ilk ödənişini 25.05.2020-ci il tarixdə 400 manat olaraq ödəmiş, sonrakı ödənişləri 27.06.2020-ci il tarixdə 400 manat, 29.07.2020-ci il tarixdə 400 manat, 27.08.2020-ci il tarixdə 400 manat. 21.10.2020-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 2000 manat İddiaçı pul ödəmişdir. Həmin tarixdən etibarən bu günə qədər Cavabdeh İddiaçı heç bir ödəniş həyata keçirməmişdir. Dəfələrlə İddiaçı Cavabdeh şifahi formada müraciət etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində pulun, 500 manat vəkil xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 13 aprel 2020-ci il tarixdə 3M-25 reyestr nömrəsi ilə qeydə alınmış “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı Cavabdeh 10658 manat məbləğində borc pul vermiş, Cavabdeh hər ay 400 manat qaytarmaqla 13 iyun 2022-ci il tarixədək borc məbləğini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. 12 oktyabr 2021-ci il tarixli 755 nömrəli Ordubad rayon İcra Hakimiyyətinin Xanağa kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki Cavabdeh Ordubad rayon Xanağa kəndində qeydiyyatdadır. 12 noyabr 2021-ci il tarixli 1084 nömrəli Babək rayon İcra Hakimiyyətinin Yarımca kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki İddiaçı Babək rayon Yarımca kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində pulun alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 13 aprel 2020-ci il tarixdə kredit müqaviləsi imzalanmış, İddiaçı Cavabdeh 10658 manat məbləğində borc pul vermiş, Cavabdeh borc məbləğini 13 iyun 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehin müqavilədə qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh 02 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında izahatında bildirmişdir ki, onun iddiaçıya yaranan borcu məcburiyyətdən olub. Belə ki, oğlu iddiaçı X2 aid dükanda satıcı işləyirdi. Bir gün oğlunun polis bölməsinə aparıldığını eşitmiş, oğlunun polis bölməsinə aparılmasına səbəb kimi oğlunun iddiaçının dükanından, kassadan oğurluq etməyi oluduğunu demişlər. İddiaçı oğlunun kassadan dəfələrlə oğurluq etdiyini və buna görədə oğlunu polisə verdiyini demişdir. Cavabdeh da bir ana olaraq oğlunun düşdüyü bu vəziyyətdən çıxarmaq üçün iddiaçıdan dükkana dəymiş zərərin nə qədər olduğun soruşmuş, iddiaçı oğlunun kameralarda 48 dəfə oğurluq etməsinə dair görüntüləri olduğunu demişdir. Daha sonra Cavabdeh İddiaçı 7000 manat pul vermişdir. Sonra iddiaçı əlavə olaraq 10658 manat pul ödənildiyi halda dəymiş zərərin bitəcəyini demişdir. Əgər məbləğ ödənilməsə oğlunun polisdə qalacağını, məsuliyyətə cəlb olunacağını bildirmişdir. Cavabdeh oğlunu incitməsinlər deyə iddiaçı X1 10658 manat pulu borc aldığına dair iddiaçı ilə 13 aprel 2020-ci il tarixdə Babək rayon notariat ofisində muqavilə bağlamışdır. Müqaviləyə əsasən hər ay 400 manat olmaqla 13.06.2022-ci il tarixə qədər borcunu tam şəkildə bitirməli idi.İlk aylar 400 manat ödəniş etsə də sonradan maddi vəziyyəti buna yol vermədiyindən ödəniş etməmiş. Oğlunun həpsə düşməməsi üçün onların dediklərini edərək cavabdeh aldadıldığını düşünür. Oğlu dükandan o qədər pul götürməyib. Oğlu cəmi bir dəfə 50 manat götürdüyünü cavabdehə etiraf etmişdi. Məhkəmə iddianı təmin edərkən, aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 10658 manat məbləğində borclandığını kredit müqaviləsini imzalamaqla təsdiq etmiş, həmin pulu hər ay 400 manat ödəmək şərtilə 16 iyun 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, kredit müqaviləsini cavabdehin imzalaması iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin olmasını və iddiaçının cavabdehdən qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, tərəflər arasında kredit müqaviləsi imzalandığından, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilməli olan 500 manat vəkil xərcinin və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat məbləğində pulun, 500 manat vəkil xərcinin və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar