Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-227/2023 29.11.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Üzeyir oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Üzeyir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat borcun və 110 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Üzeyir oğlu iddia ərizəsində bildirmişdir ki, o, Cavabdeh 10 may 2022-ci il tarixində 5000 (beş min) manat borc pul vermişdir.Bu münasibətləri notariat qaydasında qarşılıqlı kredit müqaviləsi bağlamaqla etmişdir. Cavabdeh borcu xx.xx.2022-ci ildə ona qaytarılmalı idi. Bundan başqa ona xx.xx.2022-ci ildə borc olaraq 2000 (iki min) manat pulu vermişdir. Eyni vəziyyəti Abşeron rayon 1 saylı notariat ofisində etmişdir. Bundan başqa 200 manat kartla 1500 manat isə əlbə-əl vermişdir. Bu məbləği cavabdeh xx.xx.2022-ci ildə qaytarmağı öz öhdəsinə götürmüşdür. Hər iki müqavilə Dövlətin Natarusunda aparılıb. Cavabdehə inanmağı və etibarı səbəbindən bu həddə məbləği ona etibar edib vermişdir. İddiaçı Cavabdeh tanıyır və normal münasibətləri vardır. Cavabdeh İddiaçı inandırdıqdan sonra 1 ay ərzində dərhal pulunu qaytaracağını inandırmış, onu bu vəziyyətə salmışdır. Şəxsə dəfələrlə müraciəti heç bir səmərə vermir. Cavabdeh İddiaçı pulunu alıb bu şəkildə onu aldadıb. İddiaçı Cavabdeh pulunu tələb edir. Cavabdeh ümumi məbləğin cəmi 8700 manat borcun və 110 manat dövlət rüsumunun ondan tutulmasında israrlıdır. İddiaçı Cavabdeh pritenziyanı həm yaşayış yerinə, həm də qeydiyyat ünvanına göndərmiş, təssüflər olsun ki, pritenziya yaşayış yeri üzrə münasibətdə hərəkətsiz qalmış, qeydiyyatına münasibətdə də isə çatmışdır. Cavabdeh ona olan borcunun 8700 manat məbləğin 110 manat dövlət rüsumun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Üzeyir oğluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Üzeyir oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 2 ay müddətinə faizsiz olaraq 5000 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 1 ay müddətinə faizsiz olaraq 2000 manat məbləğində kredit verilmişdir. Yevlax Rayon polis şöbəsinin Təhqiqat bölməsinin təqiqatçısı polis mayoru Qurban Qasımovun tərtib 24 iyul 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə Qərarından görünür ki, Cavabdeh izahatında İddiaçı Üzeyir oğlundan aldığı 8700 manat borc pulu şəxsi ehtiyacları üçün xərclədiyini və sonradan 8700 manat borc pulu iddiaçıya qaytara bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim ) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün 110 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun, və 110 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı Üzeyir oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-227/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-227/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver