Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-227/2024 05.11.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh “Kapital Bank”dan götürdüyü 5588 manat, 300 manat “Bir Bank”-da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxartdığı pul, 417 manat, “lambard”-dan qızılı götürdüyü üçün ödədiyi pul, 2000 manat pulun Cavabdeh oğlu Azada verdiyi pul və 120 manat ödədiyim dövlət rüsumu, cəmi 9625 (doqquz min altı yüz iyirmi beş) manat pul tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Q.Qarayev metrosu yaxınlığında Cavabdeh ilə görüş, söhbət əsnasında Məmmədova da, Naxçıvan MR yaşayır. Uzun müddət qardaşıyla və həyat yoldaşıyla birlikdə Moskva şəhərində yaşayaraq, kanditer məhsulları hazırlayaraq ticarətlə məşğul olublar. Hazırda, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində oğlu və qızı ilə kirayə yaşayır. İddiaçı Cavabdeh müharibə əlili olduğunu, hal-hazırda təqüddə olduğunu, işləmədiyini bildirmişdir. Cavabdeh isə İddiaçı birlikdə iş qurmalarını təklif etmiş, İddiaçı isə onun maddi imkanı məhdud olduğunu, bankdan isə ona kredit verilmədiyini bildirmişdir. Çünki əvvəllər aldığı krediti vaxtında ödəmədiyindən ona “STOP”siqnalı tərtib ediblər. Cavabdeh İddiaçı narahat olma mən məsələni həll edəcəyini bildirmişdir.Onu Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Kapital Bnak”-ın yanına çağıraraq gözləməyini təklif etdi, Cavabdeh əvvəllər tanıdığı bank əməkdaşı ilə təkbətək söhbət edərək ona bildirdi ki, artıq “STOP” siqnalını götürdülər, 5000 manat bankdan pul götürə biləcəyini bildirmişdir.İddiaçı həmin məbləği bankdan götürmüş, əlavə isə 300 manatlıq “Bir Kart” vermişlər. Götürdüyü puldan qızı Zeynəbin yanında, işlətdiyi obyektin binasında , 1600 manat nağd pul və 300 manatlıq “Bir Kartı” Şəfaya vermiş, sonra isə 3400 manat əlavə vermişdir. Cəmi 5000 manat nağd pul və 300 manat dəyərində olan “ Bir Kart” Cavabdeh vermişdir. Hazırda hər ay “Kapital Bank” -a 465 manat 77 qəpik pul ödəyir. 2023-cü ildə iyun ayından sentyabrın 7-dək obyekt çox yaxşı gəlir vermişdir. Lakin Cavabdeh ona pul verməmişdir. Hər gün obyektin fəaliyyətini genişləndirməklə məşğul olduğunu bildirmişdir.Əlavə olaraq 3000 manatlıq dəyərində şirniyyat aparatları almış, bundan əlavə işlətdikləri kafenin üstünü örtmək üçün Cavabdeh ondan yenidən pul istədikdə o, Cavabdeh daha pulunun olmadığını bildirmişdir. Yalnız bir bahalı üzük var dedikdə ondan üzüyü istəmişdir. Cavabdeh İddiaçı razılığı olmadan həmin üzüyü “lambarda” qoyaraq 380 manat pul götürmüşdür. Polis tərəfindən təhqiqat aparılan zaman Şəfa, üzüyü hansı “lambarda” qoyduğunu bildirdikdən sonar o, həmin “lambard”-a gedərək, 417 manat ödəyərək həmin üzüyü götürmüşdür. Bu fakt ərizəyə əlavə edilmiş sənədlərlə təstiqini tapmışdır. Bundan əlavə onun pensiya kartından Cavabdeh Bakı şəhərində, Yeni Günəşli qəsəbəsində evlərinin yanında yerləşən “Ballı” ticarət mərkəzində yerləşən bankamatdan 3 ay ərzində 1200 manat çıxararaq, öz tələblərinə xərcləmişdir. Suraxanı rayonu 33-cü Polis Bölməsi tərəfindən bu fakt üzrə təhqiqat aparılan zaman Cavabdeh dəfələrlə ondan ərizəsinin geri götürməyini xahiş etmişdir. Hətta öz telefon nömrəsi ilə ona “sms” göndərərək “qardaşı Eldəniz gəlib bankın pulunu ödəyəcəyini yazmışdır. Cavabdeh bu dələduz hərəkətləri barədə həyat yoldaşı Məmmədov Vüqara +7 99964505, qardaşı Eldənizə + 7 ********** və əmisi Novruza 055 ***-**-** zəng vuraraq məlumat vermis, Şəfannm qardaşı Eldəniz əvvəl bankın 5000 manat borcunu ödəyəcəyini, sonra Şəfadan imtina etdiklərini, Şəfa adlı bacısı olmadığını bildirmişdir. Bundan əlavə on gün ağır xəstəlikdən sonra 16 sentyabr 2023-cü il tarixdə, işlətikləri obyektə gəldiyini, lakin obyekt tamamilə boş olduğunu, obyektin sahibi Zaur adlı oğlan 070 ***-**-** nömrəli mobil telefonu ilə Şəfa yük maşını ilə iki dəfəyə obyektdə olan avadanlıqları, ona məlum olmayan istiqamətə apardığını bildirmişdir. Hətta, Cavabdeh obyektdə işlətdiyi 180 manat işıq pulunu ödəməmişdir. 2023-cü il tarixdə iyul ayının 28-də saat 12 radələrində əvvəllər tanıdığı taksi sürücüsü ilə işlətdiyi obyektin qarşısına gələrək, Şəfanın xahişinə əsasən sürücünün yanında onun oğlu Azada 2000 manat pul vermişdir. Oğlu Azad bu faktı etiraf edir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında Cavabdeh “Kapital Bank”dan götürdüyüm 5588 manat, 300 manat “Bir Bank”-da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxartdığı pul, 417 manat, “lambard”-dan qızılı götürdüyü üçün ödədiyi pul, 2000 manat, oğlu Azada verdiyi pul və 120 manat ödədiyi dövlət rüsumu, cəmi 9625 (doqquz min altı yüz iyirmi beş) manat pul tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 .11 2024-cü il tarixdə məhkəmə baxışında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş ifadəsində bildirmiş ki, iddiaçı yalan danışaraq onun üzərinə şər-böhtan atır. İddiaçı ilə tanış olmamışdan 4 ay əvvəl peraşki yeri açmışdır. Yanında işçiləri də var idi. Bir xanım ona yaxınlaşaraq imkanın olmadığını demiş və ona yemək ala bilərəmmi deyə ondan soruşmuşdur. O da xanıma yemək almış və xanımla iş haqqında söhbət etməyə başlamışlar. İddiaçı ona yaxınlaşaraq və ona istəyirsizsə sizə köməklik edim demişdir. Cavabdeh bir şərtlə qəbul etmiş ki, ona maddi imkanının olmadığını və imkanı düzəldikdən sora köməyinin qarşılığını ödəyəcək. İddiaçı da qəbul etmiş, daha sora təndir qoydurmuş, aparatlar gətirmişdir. Oğlunun yanında ona pul verdiyini iddia edir və ona şər atır. Oğlu əsəb xəstəsidir, əqli cəhətdən zəifdir və 2-ci qrup əlildir. Oğlunun yanında ona pul verilməyib. İddiaçı həmçinin onu oğru adı ilə polisə vermişdir. Halbuki o, oğurluq etməmişdir. Obyektin sahibi ilə əlbir olub obyektin qiymətini qaldırdıqları üçün obyekti işlətməyə imkanı çatmadığından obyekti bağlamış və əşyaların hamısını aparıb Bakı şəhərində İnşaatçılar adlanan yerə yığmışdır. Daha sora iddiaçıya aid olan aparatları iddiaçının özünə qaytarmışdır. İddiaçının qeyd etdiyi üzüyü ona iddiaçı hədiyyə kimi vermişdir. İddiaçının kartından çıxardığı pulları özünə xərcləməmişdir. İddiaçı pulu çıxarmaq üçün karı verib ona vermiş pulu kartdan çıxartdıqdan sora kartla birlikdə pulu iddiaçının özünə qaytarmışdır. İddiaçı tamamilə onun üzərinə şər-böhtan atır. Artıq 2 ildir ki, işsiz qalıb. İddiaçının şər-böhtanı ucbatından ailəsi ondan imtina edib, danışdırmır. O, iddiaçıdan heç nə istəməmiş, onla şərik olmamış, iddiaçının özü köməklik göstərmək istəyib. İddiaçı tərəfindən adları şahid kimi yazılan şəxslərin heç birini tanımır və İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Şahid məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda iddiaçı Əkbərov X1 Şəfa Nəcəf qızına qarşı olan iddia ərizəsini tam təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəfindən şahid X5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda onun yanında 2000 manat pulu Suraxanı rayonu Y.Günəşli ərazisində Şəhlanın oğluna verdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəfindən şahid X4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda iddia ərizəsini tam təstiq etdiyini, İddiaçı Bankdan onun yanında 5000 manatı və 300 manat birkartla pul götürüb hamısını Cavabdeh verdiyini, şəxsən ona aid olan 100 yeşik mineral suyu İddiaçı xahişi ilə Cavabdeh versə də Cavabdeh 540 manat pulunu vermədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Şahid məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramda iddia ərizəsini tam təstiq etdiyini, Cavabdeh işlətdiyi kafeyə İddiaçıla soyuducu aparmış, İddiaçı Bankdan götürdüyü 5300 manatı Cavabdeh verdiyini, Şəfanın bunu etiraf etdiyini bildirmişdir. İş materiallarında olan- 26 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Suraxanı RPİ-in Qərarından görünür ki Cavabdeh əməlində cinayət hadisəsi olmadığından və mülki mübahisə olduğundan müvafiq məhkəmə orqanına müraciət etmək hüquqlarının olduğunu bildirilmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Kapital Bank 12 ay müddətinə, 21% olmaqla 5000 manat İddiaçı pul vermişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh 9505 (doqquz min beş yüz beş manat ) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş olduğu 120 manat dövlət rüsumu ümumilikdə, 9625 manat məbləğində pul tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 120 (bir yüz iyirmi ) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh “Kapital Bank”dan götürdüyü 5588 manat, 300 manat “Bir Bank”-da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxartdığı pul, 417 manat, “lambard”-dan qızılı götürdüyü üçün ödədiyi pulun və 2000 manat pulun cavabdehin oğlu Azada verdiyini iddia etsə də, iddiaçı tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə dəvət olunan şahidlər məhkəməyə gəlmədiklərindən, İddia tərəfinədən sübut növü kimi təqdim “Whatsap” yazışması təqdim etmış və həmin yazışmada “ Əzimov Eldəniz gəlir Bankın pulun ödəyəcək” yazısı iddiaçının bankdan götürdüyü pulun cavabdehə verdiyini təsdiq edə bilmir. Bundan əlavə 26 sentyabr 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Suraxanı RPİ-in Qərarından görünür ki iddiaçının şikayəti əsasında izahatı alınmış X3 izahatlarında iddiaçının cavabdehə pul verməsi təsdiqini tapmır. iddiaçı tərəfindən başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən iddianın qanuni əsası tapılmır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Həmin məcəllənin 62.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 9505 (doqquz min beş yüz beş manat ) borcun və dövlət rüsumu olaraq ödədiyi 120 (bir yüz iyirmi manat) manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı, Cavabdeh 9505 (doqquz min beş yüz beş manat ) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş olduğu 120 manat dövlət rüsumu ümumilikdə, 9625 manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun, 115 manatı özünə aid edilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən artıq ödənilmiş 5 (beş) manat dövlət rüsumu özünə qaytarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-227/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-227/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver