Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-231/2025 27.10.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(080)-8/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, 30 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 246 manat məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə el adətinə uyğun nikaha girərək ailə həyatı qurmuşlar. xx.xx.2008-ci il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində nikah qeydiyyatından keçmişlər. Birgə nikahdan üç uşaqlarıxx.xx.2006-cı il tarixdə X8, xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2010-cu il tarixdə X9 doğulmuşdur. Cavabdeh ilə aralarındakı nikah Ordubad Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(080)-8/2023 nömrəli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə birgə nikahdan olan uşaqlarının onun yanında qalması və onların saxlanılması üçün bir uşaq üçün 120 manat aliment müəyyən edilmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(080)-69/2024 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X7 ondan alınaraq atası Cavabdeh himayəsinə verilmiş və Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanədək saxlanılması üçün İddiaçı qızna ödənilən aliment öhdəliyinə xitam verilmişdir. Hazırda Cavabdeh ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü övladları- X9 onun yanında yaşayır və Cavabdeh X1 üçün ona 120 manat aliment ödəyir. Qeyd olunan aliment məbləği bu günün bazar qiymətlərinə nisbətdə uşağın bir aylıq zəruri tələbatlarının ödənilməsinə yetmir. Bundan əlavə cavabdeh bir uşaq üçün ödədiyi 120 manat aliment pulundan başqa uşağın təhsili və sağlamlıq riskləri ilə bağlı yaranan xərclərində iştirak etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh 2005-ci ildə ailə qurmuşlar. Birgə nikahlarında üç uşaqları doğulmuş, onlardan biri yetkinlik yaşına çatmışdır. Tərəflər arasındakı nikah 2023-cü ildə pozulmuşdur. Hazırda tərəflərin birgə nikahından doğulmuş Məmmədov Mahmud atası Cavabdeh, Məmmədov Nicat isə anası İddiaçı yanında yaşayır. Məmmədov Nicat əvvəl balaca olduğundan, saxlanılması üçün çox xərc tələb olunmadığından 120 manat aliment uşağın saxlanılması üçün kifayət edirdi. Lakin, hazırda həmin məbləğ uşağın zəruri ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Hər ay təkcə 250 manat məbləğində pul uşağın təhsili üçün xərclənilir. Uşağın zəruri ehtiyacları artdıqca İddiaçı maddi vəziyyəti pisləşir. Bu səbəbdən də iddiaçı aliment miqdarının artırılmasını istəyir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ordubad Rayon Məhkəməsinin 2(080)-8/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından 09 avqust 2008-ci il tarixdə doğulmuş X7, 28 noyabr 2006-cı il tarixdə doğulmuş X8 və 30 iyul 2010-cu il tarixdə doğulmuş X9 anası İddiaçı yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-69/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, 09 avqust 2008-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsindən alınaraq atası Cavabdeh himayəsinə verilmiş, 09 avqust 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 manat aliment ödənilməsi barədə Cavabdeh öhdəliyinə xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Ordubad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(080)-8/2023 nömrəli qətnaməsi ilə müyyən edilmiş aliment miqdarı dəyişdirilməli, 30 iyul 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat məbləğində aliment alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2023-cü ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağının yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstəliyi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, sağlamdır, uşağının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə alimentin artırılaraq bir uşaq üçün 200 manat həddində təyin edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri, iddiaçının alimentlə bağlı xahişini, cavabdehin qazancı barədə sübut təqdim edilməməsini və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (200:400=0.5) sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. İddiaçı 11 sentyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən müəyyən edilmiş aliment məbləği həmin tarixdən hesablanmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə iddiaçının ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sesssiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediator tərəfindən təqdim edilmiş arayışa, həmçinin məhkəməyə cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında üzrlü səbədən iştirak etməməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. 03 iyul 2025-ci il tarixli, MŞN/25-M-00818 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesssiyasında çəkilmiş xərci cavabdeh ona ödəməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(080)-8/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 30 iyul 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması 11 sentyabr 2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-231/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-231/2025
27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver