Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-24/2022 26.01.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X2 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 4500 manat məbləğində borc pulun və 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, işi ilə bağlı bir neçə il Bakı şəhərində yaşamış və orada fəaliyyət göstərmişdir. 2014-cü ildə Bakı şəhərində yaşadığı müddətdə Ordubad şəhər sakini Cavabdeh ilə isti münasibətləri yaranmışdır. Cavabdeh seyid olması, hərəkətləri İddiaçı da heç bir pis təsürat yaratmadığından yoldaşlıq etmişlər. Bir gün onlarla münasib olan digər Zahid adlı yoldaşları İddiaçı yaxınlaşaraq Cavabdeh barədə ondan maraqlanan da seyid adam olduğunu, pis hərəkətinin olmadığını, ondan pislik görmədiyimi bildirmişdir. Zahid isə İddiaçı inanaraq ona pul verməsini bildirdikdə, Cavabdeh inandığından heç bir problemin olmayacağını bildirmişdir. Zahid, Cavabdeh 5500 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Zahid İddiaçı Cavabdeh verdiyi pulu ondan tələb etmiş, İddiaçı dərhal Cavabdeh taparaq işin nə yerdə olduğunu soruşduğunda Cavabdeh pulu xərclədiyini, pulu olmadığını, olanda ödəyəcəyini bildirmişdir. İddiaçı Cavabdeh haqqında əlavə məlumat toplamağa başladıqda digər şəxslərin dediyindən belə məlum olmuşdur ki, o Cavabdeh yaxşı tanımamışdır, O, bir neçə nəfərə qarşı da dələduzluq edib. Ona görə də İddiaçı məcbur qalıb Cavabdeh aldığı 5500 manat pulu Bakı şəhərində olan torpağını satmaqla Zahidə ödəyib. Həmin ildən bu günə kimi Cavabdeh İddiaçı pulunu min bəhanə gətirərək verməmiş, sonda hüquq mühafizə orqanlarının vasitəsi ilə 1000 manatını hissə-hissə alsa da, 4500 manat pulunu bu günə kimi vermədiyini, Cavabdeh 4500 manat pulun və ödədiyi 65 manat dövlət rüsumun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı izahatında bildirmişdir ki, həqiqətən Cavabdeh 4500 manat borc pul verdiyini ancaq cavabde tərəfindən 200 manat pulun ona ödəndiyini, Cavabdeh ona 4300 manat borcu qaldığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 2077 nömrəli, 17 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmədə iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 65 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 65 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul və 65 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-24/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-24/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver