Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-250/2023 06.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ordubad rayon Məhkəməsinin 15 yanvar 2021 -ci il tarixli, 2(080)-2/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 08 iyul 2011-ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X11 01 may 2014-cü il təvəllüdlü X10, 23 iyul 2017-ci il təvəllüdlü X13 və 21 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, hal-hazırda X9, X10 və X13 orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. X11 anadangəlmə əlildir və buna görə pensiya müavinəti kəsilmişdir. Naxçıvan MR Ordubad rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırkı dövr üçün uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. İddiaçı Ordubad rayonunda kirayə mənzil tutub yaşayır, hal-hazırda heç bir yerdə işləmir. Bu səbəbdən də maddi imkanı yaxşı deyil. Cavabdeh 2021- ci il tarixdən qət olunmuş 250 manat alimenti ödəməklə atalıq borcunun bitmiş olduğunu hesab edir. Uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olur. Aldığı ailment bu gün uşaqlarının təminatını ödəmir və tək qadın olaraq o bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Uşaqlarına aliment 2021-ci ilin avqustunda kəsilib, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində davamlı olaraq artım müşahidə olunur və bu da onun ailə büdcəsinə təsir edir. Bu səbəbdən də övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmas barədə məhkəmə tərəfindən qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Alimentin artırılması üçün ilkin mediasiya sessiyasında iştirak eləsə də orada məsələ öz müsbət həllini tapmadığından iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ordubad rayon Məhkəməsinin 15 yanvar 2021 -ci il tarixli, 2(080)-2/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 08 iyul 2011 -ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X11” 01 may 2014-cü il təvəllüdlü X10, 23 iyul 2017-ci il təvəllüdlü X13 və 21 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Mülki işə əlavə edilmiş 461114, 461112,461113, 461115,461102 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, 08 iyul 2011 -ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X11, 01 may 2014-cü il təvəllüdlü X10, 23 iyul 2017-ci il təvəllüdlü X13 və 21 noyabr 2019-cu il təvəllüdlü X12 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. 25.10. 2023-ci il tarixli, 210 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad Rayonunun Məzrə kəndində qeydiyyatdadır. Ordubad Rayon Məhkəməsində tətbiq olunan AZEMİS elektron portalının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Pirimov X4 Rayonunun Məzrə kəndində qeydiyyatdadır. M-1402 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-2/2021 nömrəli, 15 yanvar 2021-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş , 08 iyul 2011 -ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X11” 01 may 2014-cü il təvəllüdlü X10, 23 iyul 2017-ci il təvəllüdlü X13 və 21 noyabr 2019-cu il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 50 manat olmaqla hər ay cəm olaraq 250 manat miqdarında alimentin Cavabdeh oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Ordubad rayon məhkəməsinin 2(080)- 2/2021 nömrəli, 15 yanvar 2021-ci il tarixli qətnamədən görünür ki, 08 iyul 2011 -ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X6 01 may 2014-cü il təvəllüdlü X2, 23 iyul 2017-ci il təvəllüdlü X7, və 21 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 50 manat cəm olaraq 250 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmiş, lakin iddiaçının bildirdiyinə görə cavabdehin və qazancı yaxşıdır, övladları böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır, İddiaçı maddi vəziyyəti pisləşir. Həmçinin hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. İddiaçı aliment miqdarının dəyişdirilərək bir uşaq üçün 120 manat cəm olaraq 600 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmamasından asılı olmayaraq uşaqların atası uşaqlarını saxlamağa borcludur. Həmçinin cavabdehin qazancı barədə sübutun təqdim edilməməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə məlumat olmadığından alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə xx.xx.2012-ci il tarixdə doğulmuş , 08 iyul 2011 -ci il təvəllüdlü X9, 29 iyun 2012-ci il təvəllüdlü X11” 01 may 2014-cü il təvəllüdlü X10, 23 iyul 2017-ci il təvəllüdlü X13 və 21 noyabr 2019-cu il təvəllüdlü X12 oğlunun hazırda İddiaçı yanında yaşamasını, onun gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur Cavabdeh, Ordubad Rayon Məhkəməsinin 2(080)-2/2021 nömrəli, 15 yanvar 2021cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 50 manat cəm olaraq 250 manat aliment miqdarının dəyişdirilərək hər uşağa görə 110 manat cəm olaraq 550 manat məbləğində aliment tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu 6600 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 86 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-2/2021 nömrəli, 15 yanvar 2021-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 08 iyul 2011 -ci il təvəllüdlü X3, 29 iyun 2012-ci il təvəllüdlü X6, 01 may 2014-cü il təvəllüdlü X2, 23 iyul 2017-ci il təvəllüdlü X7 və 21 noyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 110 manat, cəm olaraq 550 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 86 manat alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-250/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-250/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver